Abşeron Mərkəzi Xəstəxanasında növbə biabırçılığı - Video
Pasiyentlər Abşeron rayon Mərkəzi Xəstəxanasındakı növbə problemi, həkim çatışmazlığı, "sabah gələrsiz" süründürməçiliyindən narazıdır.
Tribuna.az-a bu barədə yazan, növbə problemindən əziyyət çəkən pasiyentlər bildirib ki, nə vaxt gəlsələr xəstəxanada izdihamdır, növbəyə yazılmaq, həkim tapmaq mümkün deyil.
Şikayətçilər bildirib ki, xəstəxanada növbə probleminin yaranmasına səbəb həkim çatışmazlığı və olan həkimlərin də yerində olmamasıdır:
"Rəsmi olaraq xəstəxanada 8 ştatlı lor həkimi olmalıdır, ancaq cəmi iki həkim var. Biri əməliyyatdadır, digəri də xəstədir, gəlməyib. Belə deyib geri göndərirlər. Səhər gələndə isə qəbula düşmək mümkün olmur. Müraciət edən çox, həkim isə az.
2 gündür uşağı aparıb gətirirəm. Həkimin qəbuluna düşə bilməmişik.
Xəstəxananın baş həkiminə də bildiririk, deyir, bizdə həkim azdır, başqa xəstəxanaya get".
Şikayətçilər bildirib ki, ölkədə səhiyyə ilə bağlı bir neçə dövlət qurumu var. Ancaq heç biri indiyə qədər normal sistem, şərait qura bilməyib.
Qeyd edək ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və baş həkimi isə Fərrux Sədirovdur. S.Sadıxova TƏBİB-in vəzifəsindən yeni azad edilən keçmiş rəhbər Vüqar Qurbanova ən yaxın kadrlardan sayılır. S.Sadıxovanı neçə ildir V.Qurbanovun himayə etdiyi bildirilir.
Həmçinin V.Qurbanov S.Sadıxovanı dəfələrlə böyük təhlükələrdən qoruyub.
Bununla bağlı növbəti yazılarımızda daha ətraflı yazacağıq.
Yeri gəlmişkən onu da əlavə edək ki, məsələ ilə bağlı xəstəxana ilə danışmaq istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1165 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
04.10.2026 236 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 147 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
04.10.2026 160 Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk
04.10.2026 150 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 164 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
04.10.2026 164 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
04.10.2026 152 Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
04.10.2026 160 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın
04.10.2026 181