Kommunal güzəştlər edilə bilər
Azərbaycanda bir sıra sosial kateqoriyalara kommunal ödənişlər və ictimai nəqliyyatda gedişhaqqı ilə bağlı güzəştlər tətbiq olunur və bu mexanizm mövcud qanunvericiliklə tənzimlənir. Bəs gələcəkdə aztəminatlı və çoxuşaqlı ailələr kimi yeni qrupların da bu siyahıya daxil edilməsi mümkündürmü? Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Azərbaycanda kommunal ödənişlər və ictimai nəqliyyatda güzəşt tətbiq olunan kateqoriyaların genişləndirilməsi hüquqi baxımdan mümkündür və bu, birbaşa dövlətin sosial siyasətindən asılıdır.
"Hazırda güzəştlər əsasən konkret sosial statusa malik şəxslərə, şəhid ailələrinə, müharibə əlillərinə və digər həssas qruplara şamil edilir və bu mexanizm qanunvericiliklə müəyyən olunub. Yeni kateqoriyaların, o cümlədən aztəminatlı və çoxuşaqlı ailələrin siyahıya əlavə olunması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi və ya yeni normativ qərarların qəbul olunması tələb olunur".
İqtisadi tərəfə toxunan A.İbrahimov vurğulayıb ki, belə addımlar prinsip etibarilə mümkündür, lakin əsas amil dövlət büdcəsinin imkanlarıdır:
"Əgər dövlət sosial müdafiə tədbirlərinin genişləndirilməsini prioritet hesab edərsə, xüsusilə aztəminatlı ailələr üçün kommunal subsidiyalar və nəqliyyat güzəştlərinin tətbiqi real və effektiv sosial dəstək mexanizminə çevrilər. Bu cür qərarlar bir tərəfdən həssas əhali qruplarının xərclərinin azalmasına, digər tərəfdən isə sosial bərabərliyin güclənməsinə xidmət edir".
Onun fikrincə, son illər yaşayış xərclərinin artdığı şəraitdə əlavə sosial güzəştlərin tətbiqi sosial sabitliyin qorunması baxımından da mühüm rol oynaya bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 780 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
04.10.2026 236 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 147 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
04.10.2026 160 Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk
04.10.2026 150 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 164 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
04.10.2026 164 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
04.10.2026 152 Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
04.10.2026 160 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın
04.10.2026 181