OKTAY ƏSƏDOVUN DEKAN BACISINDAN ŞİKAYƏT: "UNİVERSİTETDƏ "AT OYNADIR", REKTORU SAYMIR"

OKTAY ƏSƏDOVUN DEKAN BACISINDAN ŞİKAYƏT: "UNİVERSİTETDƏ "AT OYNADIR", REKTORU SAYMIR"Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun bacısı Gülnarə Əsgərəlizadədən şikayət var.

Bu barədə Gununsesi.info-ya , Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışan şəxslərdən daxil olan məlumatda deyilir.

Bildirilib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə fakültəni şəxsi biznes obyektinə çevirərək özbaşınalıqlara yol verir:

"Gülnarə Əsgərəlizadə universitetdə "at oynadır". Rəhbərlik etdiyi fakültəni şəxsi biznes obyektinə çevirən dekan xanımın özbaşınalıqlarının sayı o qədər çoxdur ki, saymaqla bitməz. Bir zamanlar vəzifədədə olan qardaşının hesabına bu gün vəzifə, kreslo sahibi olan Əsgərəlizadə yerini o qədər bərkidib ki, artıq Universitetin rektorunu da saymır.

Bu gün iddiası yerə-göyə sığmayan dekan xanım Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur, təsviri incəsənət müəllimidir. Adicə rəsm müəllimi kimi fəaliyyətə başlasa da, qardaşı vəzifəyə gəldikdən sonra həyat yolunda yaşıl işıq yanmağa başlayıb. 2011-ci ildən AzMİU-da assistent kimi işə başlayıb, 2015-ci ildə Dövlət Rəssamlıq Akademiyasında "Müstəqillik dövründə Azərbaycan dizaynında üslub xüsusiyyətləri" adlı namizədlik dissertasiyasını müdafiə edib, ilk elmi dərəcəni - sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Az müddətdə mühit dizaynı kafedrasında dosent adını alıb. İldırım sürəti ilə ard-arda elmi adlara sahibləndikdən sonra dekan xanım AzMİU-da çoxlarının "yağlı tikə" kimi baxdığı əcnəbi vətəndaşların hazırlığı fakültəsinə dekan seçilib.

Dekan seçildiyi gündən Əsgərəlizadənin mühit dizaynı kafedrasının dosenti kimi bir dəfə də olsun, auditoriyaya girmədiyini, dərslərinin kafedranın bir xanım müəllimi tərəfindən aparıldığını, dekanın müəllim maaşının hamısını həmkarına verdiyini universitetdə hamı bilir. O da iddia olunur ki, bu, xanımın dekan kimi işinin çoxluğundan deyil, müəllim kimi auditoriyanı, tələbələri idarə edə bilməməsindən irəli gəlir".

O da bildirilir ki, xanım dekanlıqda etibarlı komanda yaradıb, müfəttiş ştatında oturan Əminə Torabi adlı xanımın köməyi ilə talançılıqla məşğuldur:

"Hər il universitetin hazırlıq fakültəsinə qəbul olunan əcnəbi tələbələr rəsmi şəkildə 1200 dollar ödəməklə yanaşı, Əminə xanıma əlavə 200 dollar verirlər. Təbii ki, Əminə xanım bunu "universitetdaxili xərclər" adı ilə əcnəbilərdən alır, rüşvətə bu cür don geydirir. Mənbə semestr imtahanlarında xanım müfəttişin əcnəbiləri sıxışdıraraq qiymətlərini aşağı salıb onları gözükölgəli edib, guya kömək məqsədilə sonradan dekan xanımın mərhəmətinə sığınaraq universitetə qəbul olunmasını təmin etdiyini iddia edir. Bunlar nədir ki, Əminə, eləcə də əcnəbilərə dərs deyən digər müəllimlərin də necə deyərlər, əcnəbiləri sağıb yedikləri deyilir, xüsusilə Türkiyədən olan tələbələrin adı hallanır. Hədiyyələr, paylar, dərmanlardan tutmuş ərzaq məhsullarına (pendir, çərəz, ləpə və s.) qədər Türkiyədən gətirdirlər. Əcnəbi vətəndaşlardan yığdığı dollarlar hesabına Əminə Antalya bölgəsindən villa alıb, bunu dekanlıqda çoxları bilir.

Gülnarə-Əminə işbirliyi bununla bitmir. Univertsitetdə hamı bilir ki, AzMİU rektorunun daxili əmriylə yaşı 75-ə çatmış müəllimlərin dərs yükü elmi dərəcəsindən asılı olmayaraq avtomatik yarımştat iş vahidinə endirilir. Lakin Hazırlıq fakültəsinin tabeliyində olan Azərbaycan dili və pedaqogika kafedrasında elmi dərəcəsi olmayan yaşı 90 və 78 olan müəllimlər (Roza Vəlibəyova və Zemfira Cəlilova) nəinki bütöv ştatla, hətta 2 ştatla təmin olunublar. Belə ki, rəsmi sənədlərdə adıçəkilən müəllimlərə 1.5 ştat verilib, 05 ştat vahidi isə kafedrada 1 ştatda olan müəllimlərin adına yazılır, pulu Roza və Zemfira alır. Bundan başqa, hər iki xanım, eləcə də əcnəbi tələbələrə dərs deyən digər müəllimlər də eyni qaydada 2 ştat işlə təmin olunmaqla yanaşı, əlavə saathesabı dərsləri də öz aralarında bölüşüblər. Təbii ki, dekan və əlaltısı Əminənin belə səxavətliliyinin arxasında çirkin əməllərinin olmadığını düşünmək ağılsızlıq olar. Təbii ki, əcnəbilərin dollarları hesabına quduran bu iki xanım bu "yaxşılıqları" əvəzsiz etmirlər. Amma maraqlıdır ki, görəsən bütün bu özbaşınalıqlardan rektorun xəbəri var?

Son günlər dekan xanımın at oynatdığı dekanlıqda bir gülməli hadisə də baş verib. Fakültə yeni korpusla təmin olunub, yeni binada kabinet bölgüsünü öz mənafeyinə uyğun şəkildə bölən dekan xanım sanitar qovşaqları da mənimsəyib. Belə ki, 2 mərtəbəli korpusun 1-ci mərtəbəsində öz yaxınlarını ən yaxşı kabinetlərlə təmin etməklə yanaşı, onlar üçün ayaqyolunun birini bağladıb".

O da qeyd olunub ki, xanım ayaqyollarından birini də özü üçün mənimsəyib:

"Bununla kifayətlənməyib 2-ci mərtəbədə nəzərdə tutulan sanitar qovşaqlardan birinin də ağzını bağlayıb açarını əcnəbi tələbələrə dərs deyən 3 müəllimə verib, yerdə qalan Universitetin bakalavr qruplarında dərs deyən 20-ə yaxın müəllimi isə tələbələr üçün nəzərdə tutulmuş sanitar qovşaqlarından istifadə etməyə məcbur edir. Kafedranın müəllimləri arasında (əcnəbilərə dərs deyənlər və bakalavrlara dərs deyənlər) ikitirəlik yaradan dekan xanımın məqsədinin nə olduğunu başa düşən yoxdur. Kafedranın müdiri, sabiq metropoliten rəisi Tağı Əhmədovun xanımı Salatın Əhmədova ilə ulduzu heç cür barışmayan Əsgərəlizadə belə çıxır ki, qisasını müəllimlərdən alır? "Mehriban düşmənlər" olan bu xanımların pərdəarxası çirkin oyunlarının qurbanı olan müəllimlər sözlərini kimə deyəcəklərini də bilmirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5557   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

04.10.2026 246
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 161
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 184
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 136
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

04.10.2026 161
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

04.10.2026 236
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 569
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 181
.