Qadın cinayətlərində hüquqi boşluqlar və sərt cəza tələbi - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Azərbaycanda son illər qadınlara qarşı törədilən zorakılıq və qətl hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Hər belə hadisədən sonra ictimai qınaq artsa da, bir müddət keçdikdən sonra mövzu yenidən gündəmdən kənarda qalır və problem sistemli şəkildə həll olunmamış qalır. Bu isə cəmiyyətdə haqlı bir sual yaradır: qadınlara qarşı ağır cinayətlərin qarşısını almaq üçün mövcud hüquqi mexanizmlər kifayət edirmi, yoxsa daha sərt və qaçılmaz cəza siyasətinə ehtiyac var?
Bu gün əsas müzakirə mövzusu yalnız cəzanın artırılması deyil, həm də hüquqi mexanizmlərin effektivliyi və tətbiq praktikasıdır. Qadınlara qarşı törədilən ağır cinayətlərə görə maksimum cəzanın tətbiqi məsələsi ictimai təhlükəsizlik və ədalət hissi baxımından getdikcə daha çox müzakirə olunur. Cəmiyyətdə formalaşan gözlənti ondan ibarətdir ki, belə cinayətlərə qarşı hüquqi yanaşma daha prinsipial və qaçılmaz olmalıdır.
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, bizim qanunvericilikdə cəzalar kifayət qədər sərtdir. Onun sözlərinə görə, bizdə sadəcə ölüm cəzası yoxdur: "Qəsdən adam öldürmək cinayət məcəlləsinin 120-ci maddəsində öz əksini tapıb. Cinayət adi qaydada törədilibsə, şəxsi 14 ilədək həbs cəzası gözləyir. Amma xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, eyni zamanda hamilə qadını öldürmə, köməksiz vəziyyətdə adam öldürməyə görə ömürlük azadlıqdan məhrum etməyə kimi cəza verilə bilər. Eyni zamanda insanın sağlamlığınada ağır zərər vurmaya görə 12 ilədək azadlıqdan məhrum etmə cəzası var. Sadəcə olaraq ağırlaşdırıcı və ya yüngülləşdirici hallar var.
Ümumiyyətlə kimsə ailədə və ya qıraqda hər hansısa bir cinayət əməli ilə rastlaşırsa polisə məlumat verməlidir ki, sabah eyni hal yenidən təkrarlanarsa, ağırlaşdırıcı hal hesab edilsin. Kişi öz həyat yoldaşını döyübsə, əlbbətdəki üstündən xeyli vaxt keçdikdən sonra onu sübut edə bilməyəcək. Zorakılıq halında dərhal Təcili Tibbi Yardım və Polisə məlumat verilməlidir. Yadınızdadırsa, Əhməd cinayətində o öz ailəsini öldürməmişdən əvvəldə Əhmədin daha əvvəldə cinayətlər törətdiyi üzə çıxmışdı. Ona görədə birinci zorakılıq və cinayət halında dərhal polisə məlumat vermək lazımdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 633 Tarix: 20 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
04.10.2026 246 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
04.10.2026 161 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
04.10.2026 184 Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
04.10.2026 136 "Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
04.10.2026 161 İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
04.10.2026 148 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
04.10.2026 236 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
04.10.2026 569 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın
04.10.2026 181