Vaşinqtonda təxribat: Azərbaycan əleyhinə aksiyanın arxasında kimlər dayanır?

Vaşinqtonda təxribat: Azərbaycan əleyhinə aksiyanın arxasında kimlər dayanır?ABŞ-ın paytaxtı Washington, şəhərində keçirilən Sülh Şurasının ilk iclası zamanı Azərbaycan dövlət rəhbərliyinə qarşı bir qrup radikal ünsür tərəfindən təxribat xarakterli hərəkətlərə cəhd göstərilib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, həmin şəxslər təhqiramiz və qeyri-etik ifadələr səsləndirərək mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları və Vaşinqton polisi operativ müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar. İnsident nəticəsində ciddi təhlükəsizlik pozuntusu qeydə alınmasa da, sosial şəbəkələrdə yayılan videogörüntülərdə radikal qrup üzvlərinin nalayiq ifadələr işlətdiyi əks olunub:

"Vaşinqtonda baş verən bu insident bir daha göstərir ki, Azərbaycanla bağlı məsələlər müəyyən dairələr tərəfindən məqsədli şəkildə siyasiləşdirilir. Böyük beynəlxalq tədbirlər ərəfəsində və ya zamanı bu tip aksiyaların təşkil olunması təsadüfi görünmür. Bu, informasiya və siyasi təzyiq alətləri kimi istifadə edilən klassik taktikanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

ABŞ-da etiraz aksiyaları adi haldır və xüsusilə mühüm beynəlxalq tədbirlər zamanı müxtəlif motivli aksiyalar keçirilir. Lakin bu dəfə təhlükəsizlik perimetrinin pozulmasına cəhd, aqressiv davranış və təxribat xarakterli şüarlar hadisəni fikir azadlığı çərçivəsindən çıxararaq hüquq pozuntusu müstəvisinə keçirir. Təhlükəsizlik protokollarına ciddi əməl olunan bir ölkədə belə addımların atılması aksiyanın spontan deyil, müəyyən siyasi məqsədlərə xidmət etdiyini düşündürür.
Vaşinqtonda təxribat: Azərbaycan əleyhinə aksiyanın arxasında kimlər dayanır?Hadisə ilə bağlı iki məqam xüsusi diqqət çəkir:

İlk açıq reaksiya və dəstək bəyanatı Armenian National Committee of America (ANCA) tərəfindən verildi;

Qısa müddət sonra anti-Azərbaycan mövqeyi ilə tanınan konqresmen Frank Pallone məsələ ilə bağlı mövqe bildirdi.

ANCA ABŞ-da fəaliyyət göstərən erməni mənşəli ictimai-siyasi lobbi təşkilatıdır və əsas məqsədi ABŞ siyasi sistemində erməni icmasının maraqlarını müdafiə etməkdir. Bu kontekstdə səsləndirilən şüarların - "Tofiq Yaqubluya azadlıq", "Əli Kərimliyə azadlıq", "siyasi məhbuslara azadlıq" - təşkilatın əsas fəaliyyət istiqaməti ilə nə dərəcədə əlaqəli olduğu sual doğurur.

Frank Pallone isə ABŞ-ın Nyu-Cersi ştatını təmsil edən Demokratlar Partiyasının üzvüdür. O, uzun illərdir Ermənistanla bağlı məsələlərdə açıq mövqe nümayiş etdirir və Konqresdə erməni məsələləri üzrə fəaliyyət göstərən qrupun həmtəsisçilərindən biridir. Pallone Qarabağ münaqişəsi dövründə separatçıların "öz müqəddəratını təyinetmə" arqumentlərini dəstəkləyən çıxışları ilə tanınıb. O, həmçinin Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin təşəbbüskarlarından biri kimi göstərilir.

Hazırda Ermənistanla Azərbaycan arasında danışıqların davam etməsi və münasibətlərin normallaşması istiqamətində müəyyən irəliləyişlərin qeydə alınması diqqət mərkəzindədir. ABŞ administrasiyasının regiona artan marağı və Azərbaycanı tərəfdaş kimi qiymətləndirməsi bəzi dairələri narahat edə bilər.

Xüsusilə 907-ci düzəlişin ləğvi məsələsinin zaman-zaman gündəmə gəlməsi, ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi ehtimalı müəyyən lobbi qruplarının siyasi mövqelərinin zəifləməsi ilə nəticələnə bilər. Bu baxımdan, təxribat xarakterli aksiyalar vasitəsilə prosesi kölgələmək və ictimai rəyə təsir göstərmək cəhdləri istisna edilmir.

Nəticə etibarilə, Vaşinqtondakı hadisə təkcə lokal insident deyil, daha geniş siyasi kontekstin tərkib hissəsi kimi dəyərləndirilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 20 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

04.10.2026 246
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 161
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 184
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 136
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

04.10.2026 161
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

04.10.2026 236
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 569
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 181
.