Ruben Vardanyan işi: məhkəmə qərarı və beynəlxalq reaksiyalar

Ruben Vardanyan işi: məhkəmə qərarı və beynəlxalq reaksiyalarFevralın 17-də keçirilən məhkəmə iclasında Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işinə baxılıb. Məhkəmənin qərarına əsasən, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silah dövriyyəsi, cinayətkar təşkilat yaratma və digər ağır maddələri üzrə təqsirli bilinib.

Qərara görə, Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ilk 10 ili həbsxanada, qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, Azərbaycan hüquq sisteminə uyğun olaraq proses həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normaları çərçivəsində aparılıb. Təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edilib, sübutlar açıq məhkəmə iclaslarında təqdim olunub və bütün mərhələlər sənədləşdirilib. Qərar beynəlxalq humanitar hüquq prinsipləri və insan haqları normaları nəzərə alınmaqla qəbul edilib. Cinayətlərin ağırlıq dərəcəsi və xarakteri nəzərə alınaraq cəzanın növü və çəkilmə rejimi müəyyən edilib:

"Məhkəmə materiallarında Vardanyanın təcavüzkar müharibənin planlaşdırılması və aparılması, mülki əhaliyə qarşı zorakılıq, məcburi köçürmə, beynəlxalq humanitar hüquq normalarının pozulması, terrorçuluq fəaliyyəti və digər ağır cinayətlərdə iştirakı qeyd olunub. Sadalanan əməllər Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq baxımından ağır cinayət kateqoriyasına daxildir və məhkəmə bu istiqamətdə ciddi hüquqi qiymətləndirmə aparıb.

Beynəlxalq insan haqları təşkilatı Amnesty International isə məhkəmə prosesi ilə bağlı tənqidi açıqlama yayıb. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Marie Struthers prosesi formal və ədalətsiz adlandırıb. Azərbaycan tərəfi isə bu iddiaları əsassız və qərəzli hesab edir, prosesin hüquqi çərçivədə və şəffaf şəkildə aparıldığını vurğulayır.

Rəsmi dairələr bildirir ki, "Amnesty International"ın yanaşması selektiv xarakter daşıyır. 2020-ci ildə təşkilat mülki əhaliyə qarşı müəyyən silahlardan istifadə ilə bağlı geniş kampaniya aparmış, lakin Ermənistanın Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olan mülki şəxslərlə bağlı eyni intensivlikdə mövqe sərgiləməmişdir. Bundan əlavə, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqları ilə bağlı müraciətlərə təşkilatın konkret reaksiya vermədiyi bildirilir.

Azərbaycan tərəfi vurğulayır ki, Vardanyan işi fərdi münasibətlər deyil, dövlətin suverenliyi və konstitusiya quruluşunun qorunması kontekstində qiymətləndirilməlidir. Hüquqi proses yalnız milli qanunvericiliyə deyil, beynəlxalq hüquq prinsiplərinə də əsaslanıb. Məhkəmə qərarı, törədilmiş cinayətlərin sənədləşdirilməsi və cəzanın seçimi bütün aspektlərdə qanuni əsaslara söykənir.

Nəticə etibarilə, Ruben Vardanyanla bağlı məhkəmə qərarı təkcə hüquqi məsələ deyil, həm də beynəlxalq informasiya və siyasi müstəvidə müzakirə olunan mövzu kimi çıxış edir. Azərbaycan tərəfi hesab edir ki, beynəlxalq təşkilatların qərəzli mövqeyi prosedurun obyektivliyini gölgələməyə xidmət edir və hüquqi qiymətləndirmənin düzgünlüyünü dəyişdirmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 577   Tarix: 20 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Arzum"un qəza anı ilə bağlı yeni ŞOK videosu: Qaçdığı deyilirdi, amma…

Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi səbəbilə həbs cəzası alan "tiktoker" İlduzə Hacıyevanın (Arzum) qəza günü ilə bağlı indiyədək gizli qalan görüntüləri üzə çıxıb. xəbər verir ki, yayılan həmin kadrlarda blogerin hadisədən dərhal sonra mobil telefonu ilə canlı yayıma çıxdığı v

05.07.2026 396
.

AZAL Bakı-Naxçıvan reysləri ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur. BİG.AZ xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirili

05.07.2026 228
.

Venesuelada zəlzələ qurbanlarının sayı üç minə yaxınlaşıb

İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2 954 nəfərə çatıb. xəbər verir ki, bu barədə Bolivar Respublikasının İnformasiya və Rabitə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Nazirliyin açıqlamasına görə, zəlzələ nəticəsində 16 592 nəfər xəsarə

05.07.2026 170
.

"AzerGold" QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub

"AzerGold" QSC-nin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri - "Daşkəsən Dəmir Filiz" MMC və "AzerBlast" MMC-nin rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəs

05.07.2026 166
.

Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq

Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib. "Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq",

05.07.2026 168
.

Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"

İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl

05.07.2026 173
.

Fransa Hörmüz boğazında hərbi mövcudluğunu saxlayıb

Fransa Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə iki minaaxtaran gəmi, iki freqat və bir patrul təyyarəsi yerləşdirib. "Report"un məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu barədə "X" sosial şəbəkəsində bidirib. Onun sözərinə görə, Frans

05.07.2026 164
.

Macarıstanda yeni konstitusiya hazırlanacaq, ümumxalq referendumu keçiriləcək

Macarıstanın Baş naziri Peter Madyar prezidentin hakimiyyətdən kənarlaşdırılmasına dair Konstitusiyaya dəyişikliklər layihəsini parlamentə təqdim edib. "Report" "Index"ə istinadən xəbər verir ki, Madyar bu barədə videomüraciətində bildirib. "Bu gün parlamentə təqdim edilən hə

05.07.2026 164
.

Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib

05.07.2026 160
.

TOP MP3