Azərbaycan Qran-Prisinin yeri Bakıdan süni adaya dəyişdirilə bilər

Azərbaycan Qran-Prisinin yeri Bakıdan süni adaya dəyişdirilə bilərFormula 1 Azərbaycan Qran-Prisinin yerinin dəyişdirilməsi gündəmə gəlib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "Move Real Estate" Forumunun kuluarlarında "RİA Novosti"yə açıqlamasında bildirib.

O, yaxın gələcəkdə "Sea Breeze" kurortu ərazisində alov formasında, sahəsi 200 hektar olan süni adanın salınmasını planlaşdırdıqlarını açıqlayıb.

Azərbaycanın tarixən "Odlar yurdu" adlandırılmasından ilhamlanaraq "Fire Island" adı verilmiş bu layihənin yüksəksəviyyəli yarışları, dünya memarlıq ulduzlarının şedevrlərini və premium daşınmaz əmlakı özündə birləşdirməklə Xəzər dənizi turizminin simasını tamamilə dəyişdirəcəyi gözlənilir.

Layihənin dəyəri təxminən 15-16 milyard dollar qiymətləndirilir. Bunun 1 milyardı təkcə adanın yaradılmasına xərclənəcək, orada daşınmaz əmlakın tikintisi isə tikintinin sıxlığından və kvadratmetrindən asılı olaraq, təxminən 10-15 milyard dollara başa gələcək.

E.Ağalarovun sözlərinə görə, adanın tikinti konsepsiyası üzərində işə bir neçə tanınmış beynəlxalq memarlıq şirkətinin cəlb edilməsi planlaşdırılır. Avtomobil yarışları üçün trasın layihələndirilməsi ilə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) birinci kateqoriyalı yarış avtodromlarının tərtibatçısı kimi tanınan "Tilke Engineering" məşğul olacaq.

"Biz bütün "Fire Island" ərazisini bir neçə klasterə bölməyi və hər memarlıq bürosuna klasterlərdən biri üçün öz fərdi üslubunda unikal konsepsiya hazırlamağı təklif etmək niyyətindəyik. Formula 1 yarışlarının təşkilatçıları köhnə Bakının fransız damlı dörd və beşmərtəbəli binalardan ibarət memarlığını çox bəyənirlər. Buna görə də yarışın keçiriləcəyi sahələrdə binaların layihələndirilməsini məhz bu üslubla yaxşı işləməyi bacaran memar Sergey Çobana həvalə etmək istərdim", - Ağalarov deyib.

O həmçinin "Fire Island" adasında yeni Formula 1 trasının 2031-ci ildə istifadəyə verilə biləcəyini diqqətə çatdırıb. Bununla belə, biznesmen hələlik yarışın Bakı mərhələsinin trasının köçürülməsi haqqında saziş imzalanmadığını, yekun müddətin layihənin maliyyələşdirilmə sxemindən asılı olacağını söyləyib.

"Bu halda biz dövlət investisiyalarına arxalana bilmərik, yəni bu layihəni öz gücümüzlə həyata keçirməliyik. Bu isə o deməkdir ki, trasın tikintisi üçün faktiki investisiyalar bu layihədə bizim tərəfdaşımız olacaq developer şirkətlərin xərclərinə daxil ediləcək", - Ağalarov əlavə edib.

Qeyd edək ki, hazırda Bakı Şəhər Halqası (Baku City Circuit) şəhər trekləri arasında ən uzun və sürətli treklərdən biri hesab olunur. Uzunluğu təxminən 6 kilometrə çatan bu trekdə bolidlər 370 km/saat sürət yığa bilirlər. Yarışın süni adada yerləşəcək stasionar avtodroma köçürülməsi isə təhlükəsizliyi artırmağa, eləcə də tamaşaçılar və komandalar üçün infrastruktur imkanlarını genişləndirməyə imkan verəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 20 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

04.10.2026 246
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

04.10.2026 161
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 184
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 136
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

04.10.2026 161
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

04.10.2026 236
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 569
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 181
.