Martda 17 gün İŞ OLMAYACAQ - Maaşlar belə hesablanacaq
Qarşıdan gələn 17 günlük qeyri-iş günləri dövrü işçilərin hüquqları və əməkhaqqının hesablanması məsələsini gündəmə gətirib. Bu müddətdə işə cəlb olunan əməkdaşların ödənişi və ikiqat əmək haqqı prinsipi cəmiyyətin diqqət mərkəzindədir. Eyni zamanda əlavə istirahət günlərinin verilməsi mexanizmləri də qanunvericiliklə tənzimlənir.
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın yeni dəyişiklik edilmiş Əmək Məcəlləsi həm daxildə, həm də dünyada əmək münasibətlərini tənzimləyən sənədlər arasında ən çox dəyişikliklərə məruz qalan sənədlərdəndir.
O qeyd edib ki, yeni Məcəllədə beynəlxalq sosial məsuliyyət standartları, müasir trendlər və digər vacib məsələlər nəzərə alınıb:
"Qeyri-iş günlərində işləyən işçilərin əmək ödənişi bir günlük iş üçün ikiqat nəzərdə tutulur. Bu ödəniş istirahət, bayram və matəm günləri üçün minimum səviyyədir. İşçi istəsə, başqa gün əlavə istirahət günü götürə bilər. Xüsusilə xidmət sahələrində vətəndaşlara fasiləsiz xidmət təmin edilməlidir və həmin əməkdaşların ödənişi də ikiqat həyata keçirilir. İşə cəlb olunan personalın razılığı mütləq alınmalı, sonra müvafiq rəsmiləşdirmə işləri aparılmalıdır".
Əgər bayram günü işə çağırılırsınızsa, həmin günün pulu sizə adi gündəkindən iki dəfə çox ödənilməlidir. Məsələn, gündəlik qazancınız 30 manatdırsa, bayramda işlədiyiniz hər gün üçün 60 manat almalısınız. Əgər əlavə ödəniş istəmirsinizsə, bunun əvəzinə rəhbərlikdən başqa bir iş günündə istirahət tələb edə bilərsiniz.
Həmçinin işəgötürən sizi məcburi şəkildə işlədə bilməz. Bunun üçün mütləq sizin razılığınız olmalı və rəsmi əmr verilməlidir. Bu qaydalar işçilərin həm əməkhaqqının düzgün hesablanmasını təmin edir, həm də onların hüquqlarının qorunmasına xidmət edir. Uzunmüddətli tətil dövründə xidmət və istehsalat sahələrində çalışanların bu hüquqlarını bilməsi vacibdir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Novruz və Ramazan bayramlarının üst-üstə düşməsi, həmçinin istirahət günlərinin yerdəyişməsi nəticəsində martın 20-dən 30-na qədər ardıcıl 11 gün iş olmayacaq. Bundan əlavə, 8 Mart Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyi üçün 9 mart tarixi də istirahət günü hesab ediləcək. Beləliklə, vətəndaşlar mart ayında bayramlar və şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 17 gün istirahət edəcəklər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2245 Tarix: 21 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı
Hazırda bazarda fərdi qaydada ölkəyə gətirilən, rəsmi zəmanət və servis xidməti olmayan bəzi avtomobillər ötən illə müqayisədə daha aşağı qiymətə satılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, əvvəllə
05.07.2026 190 Venesuelada zəlzələ qurbanlarının sayı üç minə yaxınlaşıb
İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2 954 nəfərə çatıb. xəbər verir ki, bu barədə Bolivar Respublikasının İnformasiya və Rabitə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Nazirliyin açıqlamasına görə, zəlzələ nəticəsində 16 592 nəfər xəsarə
05.07.2026 170 Türkiyə ilə Kanada əməkdaşlığı genişləndirmək niyyətindədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Mark Karni ilə telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-Kanada ikitərəfli münasibətləri, eləcə də regional və qloba
05.07.2026 166 Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"
İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl
05.07.2026 173 Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib. "Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq",
05.07.2026 168 "Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq
ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını
05.07.2026 163 Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb
Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib
05.07.2026 160 AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
05.07.2026 149 Tramp ŞİKAYƏTLƏNDİ: işinin çoxluğu üzməyə və kitab oxumağa mane olur
ABŞ prezidenti Donald Tramp bildirib ki, sıx iş qrafiki Ağ ev ərazisində üzgüçülük və qolf oynamaq da daxil olmaqla, asudə vaxtının qalmasına səbəb olur. "Uzun müddətdir çimərlik geyimi geyinmirəm - çox məşğulam", - -ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib. Tramp oxumağa vaxt
05.07.2026 162