Vaşinqtondakı təxribatın hüquqi təhlili: Dövlət Mühafizə Xidməti öz işini icra edib - VİDEO

Vaşinqtondakı təxribatın hüquqi təhlili: Dövlət Mühafizə Xidməti öz işini icra edib - VİDEOHazırda həm Qərb, həm də müxtəlif rusdilli media qurumları tərəfindən Azərbaycan Prezidentinin mühafizə əməkdaşları ilə təxribatçı əhvali-ruhiyyəli bir qrup şəxs arasında baş vermiş insidentin əks olunduğu video geniş şəkildə tirajlanır.

Oxu.Az kənar maraqlı tərəflərdən hansının bu materialların məhz təhrif olunmuş formada yayılmasında maraqlı olduğunu müzakirə etmədən, sadəcə, situasiyanı təhlilini təqdim edir:

Videonun ilk kadrlarından görünür ki, özlərini "etirazçı" adlandıran şəxslər polis tərəfindən ərazini tərk etmələri tələb olunduğu halda, qəsdən təxribata əl atırlar.

Görüntülərə diqqətlə baxdıqda aydın olur ki, guya dinc aksiya üçün gələn şəxslər əslində dövlət başçısının mühafizə xidmətinin əməkdaşlarını qıcıqlandırmağa və onları tarazlıqdan çıxarmağa çalışırlar. Şüarlar səsucaldan vasitəsilə səsləndirilir ki, bu da həmin ərazidə ictimai asayişin pozulması deməkdir və polis buna müdaxilə etmək hüququna malikdir. Polis də bunu açıq şəkildə bildirir.

Bundan əlavə, etirazçılardan biri qəfil hərəkətlə mühafizəçilərin üzərinə doğru atılaraq sanki onları yarmağa cəhd edir. Bu isə dövlət başçısının avtomobilinə real təhlükə riskinin yaranması demək idi.

Belə vəziyyətdə Dövlət Mühafizə Xidmətinin əməkdaşları operativ və səlahiyyətləri çərçivəsində hərəkət edərək birbaşa vəzifə borclarını - birinci şəxsin təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetiriblər. Kadrlar açıq şəkildə göstərir ki, hadisələrin inkişafı dərhal reaksiya tələb edirdi. Təxribatçıların davranışları ABŞ hüquq-mühafizə orqanları tərəfindən də reaksiya ilə qarşılanıb. Lakin adi polis əməkdaşı ilə xüsusi təlim keçmiş peşəkar mühafizəçilərin reaksiya sürəti fərqlidir. Əgər etirazçılar polisin ictimai qaydanı pozmamaq və aksiyanı dayandırmaq çağırışına adekvat cavab versəydilər, mühafizəçilər mövqelərində qalardılar. Lakin müqavimət göstərildi.

Əgər məhz Azərbaycan Prezidentinin mühafizəçilərinin hərəkətləri bəzi anti-Azərbaycan media resurslarında bu qədər sərt reaksiyaya səbəb olubsa, gəlin ABŞ qanunvericiliyinə (xüsusilə 18 U.S.C. § 3056) əsasən ABŞ liderinin mühafizəçilərinin necə davranmalı olduğunu nəzərdən keçirək.

Əgər xəbərdarlığa və "dayan" kimi şifahi əmrə baxmayaraq, hər hansı şəxs ABŞ prezidentinə doğru hərəkətini davam etdirərsə, mühafizə əməkdaşları fiziki saxlanma tətbiq edir, nəzarət üsullarından istifadə edirlər. Şəxs hərəkətini davam etdirərsə, qeyri-letal vasitələrdən (məsələn, fiziki zərərsizləşdirmə, hərəkəti məhdudlaşdıran vasitələr - məsələn, elektroşokerlər) istifadə oluna bilər. Əgər hərəkətlər açıq hücum riski yaradırsa, hətta odlu silahdan istifadə də mümkündür.

Yenidən rezonans doğurmuş videoya qayıdaq: burada nə elektroşoker, nə odlu silah, nə də sağlamlığa zərər vurmaq məqsədilə fiziki güc tətbiq olunub - yalnız saxlanma xarakterli müdaxilə edilib.

Beləliklə, baş verənlərin guya "etiraz" adı altında əvvəlcədən planlaşdırılmış və sonradan təhrif olunmuş formada mediada yayılması üçün təşkil olunduğu barədə əsaslı şübhə yaranır. Yaxından təhlil etdikdə isə, məsələn, BBC tərəfindən Azərbaycan Prezidentinin dövlət mühafizəsinə qarşı irəli sürülən ittihamların sübut bazasının olmadığı üzə çıxır. Çünki dövlət başçısının mühafizəçiləri belə hallarda nəzərdə tutulan hüquqi və peşəkar fəaliyyət alqoritminə uyğun şəkildə hərəkət ediblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 21 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik

Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma

05.07.2026 168
.

Zərdabda su arxında meyit tapılıb

Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm

05.07.2026 171
.

Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı

Hazırda bazarda fərdi qaydada ölkəyə gətirilən, rəsmi zəmanət və servis xidməti olmayan bəzi avtomobillər ötən illə müqayisədə daha aşağı qiymətə satılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, əvvəllə

05.07.2026 190
.

FT: Britaniyanın Aİ-nin müdafiə fondundan kənarlaşdırılması Fransanın özünə qarşı çevrilib

Fransanın Böyük Britaniyanı Aİ-nin müdafiə fonduna buraxmamaq cəhdi Parisin özünə qarşı çevrilərək onu hökumətin Fransa-Britaniya silah layihələrinə xərcləməyi planlaşdırdığı əlçatan Avropa kreditlərindən məhrum edib. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) üç mənbəy

05.07.2026 156
.

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması ilə bağlı vəziyyətin daha da ağırlaşa biləcəyi bildirilir. "Actualité" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin sosial və humanitar işlər naziri Eva Bazaiba Masudi açıqlama verib. Nazirin sözlərinə görə, virus İtur

05.07.2026 170
.

Rusiya Konstantinovkada atəşi dayandırmağı təklif edib

Rusiya həlak olmuş əsgərlərin meyitlərinin təhvil verilməsi üçün Ukraynaya iyulun 6-da Moskva vaxtı ilə saat 12:00-dan 18:00-dək (Bakı vaxtı ilə 13:00-19:00) Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edir. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib

05.07.2026 182
.

"Arzum"un qəza anı ilə bağlı yeni ŞOK videosu: Qaçdığı deyilirdi, amma…

Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi səbəbilə həbs cəzası alan "tiktoker" İlduzə Hacıyevanın (Arzum) qəza günü ilə bağlı indiyədək gizli qalan görüntüləri üzə çıxıb. xəbər verir ki, yayılan həmin kadrlarda blogerin hadisədən dərhal sonra mobil telefonu ilə canlı yayıma çıxdığı v

05.07.2026 396
.

İsveçrə buzlaqları anomal istilər səbəbindən vaxtından əvvəl əriməyə başlayıb

Bu yay Avropada müşahidə olunan anomal istilər Alp dağlarından da yan keçməyib. xəbər verir ki, bu barədə alimlərin açıqlamalarına istinadən "Reuters" agentliyi məlumat yayıb. Tədqiqatçıların sözlərinə görə, İsveçrənin cənubundakı Rona buzlağında iyunun 29-da "buzlaqların ərimə dövrü"

05.07.2026 170
.

Paşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır

Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların

05.07.2026 116
.

TOP MP3