Azərbaycan gücləndikcə niyə eyni ssenari təkrarlanır? - VİDEO
Son illərdə maraqlı bir mənzərə formalaşıb: Azərbaycan beynəlxalq arenada hansısa ciddi uğur əldə edən kimi, paralel şəkildə xaricdə siyasi qalmaqallar, etiraz aksiyaları və mediada eyni məzmunlu tənqidi materiallar peyda olur. Bu artıq təsadüf kimi görünmür.
Vaşinqtonda baş verən son hadisələr də məhz belə bir dövrə təsadüf etdi. Azərbaycanın enerji layihələrində artan rolu, regionda nəqliyyat dəhlizlərinin açılması və Bakının diplomatik fəallığının yüksəlməsi fonunda birdən-birə informasiya məkanında ölkə əleyhinə kampaniyanın güclənməsi diqqətdən qaçmadı. Hadisənin özündən çox onun necə təqdim olunması suallar doğurdu.
Baş verənlər zamanı Prezidentin Dövlət Mühafizə Xidmətinin təhlükəsizlik qaydalarına uyğun şəkildə hərəkət etməsi əslində gözlənilən addım idi. Dünyanın istənilən ölkəsində dövlət başçısının təhlükəsizliyi prioritet sayılır və təhlükəsizlik qaydalarının pozulmasına reaksiya verilməsi adi prosedur hesab olunur. Buna baxmayaraq, hadisənin mahiyyətindən çox emosional tərəfi qabardıldı.
Əslində məsələ daha geniş kontekstdədir. Son dövrlərdə Azərbaycanla ABŞ arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi diqqət çəkir. Enerji təhlükəsizliyi, regional əməkdaşlıq və diplomatik dialoqun genişlənməsi bəzi ermənipərəz dairələrdə açıq narahatlıq doğurur. Azərbaycan hər dəfə beynəlxalq mövqelərini möhkəmləndirdikcə və yeni tərəfdaşlıqlar qurduqca informasiya təzyiqinin də paralel artması təsadüfi görünmür.
Məhz bu fonda hadisənin Qərb mediasında işıqlandırılma sürəti ayrıca diqqət çəkdi. CNN, BBC, The Washington Post və The Guardian kimi nüfuzlu nəşrlər olayı qısa müddətdə gündəmə çıxardı və əsas diqqət təhlükəsizlik səbəblərinə deyil, görüntülərin emosional tərəfinə yönəldi. Bu isə hadisənin təqdimatında balans məsələsini yenidən müzakirəyə açdı.
Eyni zamanda Ermənistan lobbi çevrələrinə yaxın media platformalarının fəallığı da diqqətdən yayınmadı. Xüsusilə Ermənistanın ANSA lobbi təşkilatı məsələni sürətlə öz YouTube platformasında yayması və erməni xəbər resurslarının bunu koordinasiyalı şəkildə tirajlaması informasiya axınının təsadüfi olmadığını düşündürür. Maraqlıdır ki, hadisənin digər tərəfləri və təhlükəsizlik konteksti isə eyni sürətlə yayılmadı.
Bütün bunlar belə bir qənaəti gücləndirir ki, informasiya dalğası spontan deyil, müəyyən siyasi maraqlar çərçivəsində formalaşdırılıb. Azərbaycanın regionda artan rolu, Ermənistanla sülh gündəliyinin irəliləməsi və Vaşinqton platformasında aparılan danışıqların yeni mərhələyə keçməsi bəzi dairələr üçün arzuolunan mənzərə deyil.
Amma burada əsas məqam dəyişmir: bu cür kampaniyalar adətən Azərbaycanın zəif olduğu dövrdə deyil, məhz gücləndiyi mərhələlərdə ortaya çıxır. Çünki güclənən və müstəqil qərarlar verən dövlətlər həmişə siyasi narahatlıq yaradır.
Bugünkü reallıqda informasiya artıq sadəcə xəbər deyil - siyasi təsir vasitəsidir. Lakin informasiya dalğaları nə qədər güclü olsa da, zaman keçdikcə emosional kampaniyalar səngiyir, faktlar isə qalır.
Azərbaycanın son illərdə qazandığı mövqe də məhz həmin faktların nəticəsidir.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 878 Tarix: 22 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşG7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 140 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
04.10.2026 157 Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video
"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki
04.10.2026 186 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
04.10.2026 148 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
04.10.2026 156 Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
04.10.2026 157 Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
04.10.2026 163 Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
04.10.2026 136 Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
04.10.2026 153