Meksikada etirazlar və zorakılıq dalğası: ölkə yeni təhlükəsizlik sınağı qarşısında - POLİTOLOQDAN AÇIQLAMA

Meksikada etirazlar və zorakılıq dalğası: ölkə yeni təhlükəsizlik sınağı qarşısında - POLİTOLOQDAN AÇIQLAMALatın Amerikasının ən böyük dövlətlərindən biri olan Meksika yenidən ciddi təhlükəsizlik və ictimai narazılıq dalğası ilə üz-üzə qalıb. Son günlər ölkənin müxtəlif bölgələrində baş verən etirazlar və zorakılıq hadisələri təkcə kriminal qruplarla hökumət arasındakı qarşıdurmanın deyil, həm də cəmiyyətdə yığılan sosial gərginliyin açıq təzahürü kimi qiymətləndirilir. Xüsusilə narkotik şəbəkələrinə qarşı keçirilən əməliyyatlardan sonra vəziyyət sürətlə nəzarətdən çıxaraq küçə toqquşmaları, yol bağlanmaları və kütləvi aksiyalarla müşayiət olunmağa başlayıb. Baş verən hadisələr ölkədə təhlükəsizlik məsələsini yenidən gündəmin əsas mövzusuna çevirib və dövlətin kriminal qruplarla mübarizə siyasəsi ətrafında müzakirələri daha da gücləndirib. Mövcud vəziyyət Meksikada sabitliyin nə qədər həssas olduğunu göstərməklə yanaşı, qarşıdakı dövrdə vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi sualını da aktuallaşdırır.
Meksikada etirazlar və zorakılıq dalğası: ölkə yeni təhlükəsizlik sınağı qarşısında - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Turan Rzayev BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə başda Meksika olmaqla, Latın Amerikası ölkələrində kartellər olduqca güclü və böyük nüfuza sahibdirlər. Beləki, bir çox hallarda siyasiləri belə hakimiyyətə gətirib, hakimiyyətdən endirəcək qədər gücdə olurlar. Lakin son illərdə Amerika qitəsində kartellərə qarşı mübarizələr intensivləşibki, bunlardan da ən önəmlisi Meksikadadır. Onun sözlərinə görə, Meksikada kartellərlə mübarizə fonunda artıq yüzlərlə şəxs saxlanılıb və sonuncu kartel liderinin həbs edilməsi fonunda da iğtişaşlar dahada genişlənib: "Kartellərin əlində ciddi maliyyə resursu var. Xüsusilə, narkotik, silah qaçaqmalçılığı və qadın ticarətindən əldə edilən pullardır ki, bu pullar milyardlarla ölçülür. Həttda bir çox dövlətin dövlət büdcəsindən belə daha çox kartellərin əlində maliyyə dövriyyəsi var. Kartellərlə bağlı məsələ təkcə Meksikanın problemi deyil, Latın Amerikasında və Amerikanın özündə belə ciddi şəkildə bununla bağlı planlar var. Amerikanın əslində Meksika ilə bağlı problemləri var və bu problemlər fonunda hadislərin qızışmasında Amerika faktorunun olduğu iddiaları yayılır.

Amma indiki məqamda Vaşinqtonun kartellər üzərindən Meksikaya nə isə edəcəyini düşünmürəm. Bunun ən sadə izahı ondan ibarətdir ki, həmin kartellər Amerikada da var və bun gün onlara dəstək gələcəkdə də elə Meksika və digər ölkələrində, həttda Rusiya və Çin kimi ölkələrində Amerikadakı kartellərə dəstək verməsi deməkdir ki, mən bunun olacağını düşünmürəm. Yəni Vaşinqtonun bunu gözə alacağını düşünmürəm. Vəziyyət kifayət qədər ciddidir və artıq üç ştatda ciddi şəkildə atışmalar gedir. Həttda polisləri vuracaqları təqdirdə 1200 dollar və daha çox məbləğdə pul alacaqlarına dair məlumatlar var.

Bunlar təbii olaraq Amerika qitəsində tez-tez baş verən hadisələr olsada, Meksikada baş verən olay uzun illər sonra ilk belə hadisədir. Hər halda Meksika kiçik bir ölkə deyil və hesab edirəm ki, kartellərlə bağlı məsələ qısa müddətdə olmasada öz həllini tapacaq. Ən pis halda onlar hakimiyyəti devirib və özlərinin dəstəklədiyi birini hakimiyyətə gətirə bilərlər. Amma mövcud iqtidarda kartellərlə mübarizəni dövlət proqramına salıb və çətinki bu məsələdən geri addım atsın".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 694   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.