Şokolad və şirniyyatların tərkibində etil spirti: istehlakçıları düşündürən detal - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Şokolad və şirniyyatların tərkibində etil spirti: istehlakçıları düşündürən detal - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon dövrlər satışda olan bir çox şokolad və paketlənmiş şirniyyat məhsullarının üzərində tərkib hissələri siyahısında "etil spirti" qeydinin yer alması istehlakçıların diqqətini çəkir. Gündəlik istifadə olunan şirniyyatlarda belə bir maddənin göstərilməsi alıcılar arasında suallar yaradır: bu maddə məhsula hansı məqsədlə əlavə olunur və onun insan sağlamlığına təsiri varmı? Qida məhsullarının tərkibi ilə bağlı məlumatlılığın artdığı bir dövrdə alıcılar artıq yalnız məhsulun dadına və qiymətinə deyil, həm də etiket üzərində yazılan hər bir komponentə daha diqqətlə yanaşırlar. Bu səbəbdən şirniyyatların tərkibində göstərilən maddələr istehlakçı seçimlərinə birbaşa təsir edən əsas amillərdən birinə çevrilib.
Şokolad və şirniyyatların tərkibində etil spirti: istehlakçıları düşündürən detal - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova BiG.AZ-a açıqlamasında bildirdi ki, nəzərə almaq lazımdır ki, bütün şokaladların deyil, bəzi şokoladların istehsalı zamanı etil spirti və yaxudda digər adı ilə etanoldan istifadə oluna bilər. Onun sözlərinə görə, bu texnoloji məqsədlərlə, müxtəlif bitkilərdən və yaxudda meyvələrdən istifadə olunursa, onların tərkibidə spirt əsaslı ola bilər: "Dad məqsədi ilə istifadə oluna bilər. Ümumiyyətlə qida sənayesində bu müəyyən miqdarda və müəyyən növlərə görə icazəli hesab olunur. Lakin miqdarında məhsula görə standartları var. Uşaqlar üçün nəzərdə tutulan şokoladların tərkibində etil spirti olmamalıdır. Bunu əgər valideynlər bilmirsə, məhsulun tərkibini oxumalıdır və əgər varsa uşaqlara verilməsi tövsiyyə olunmur. Ancaq böyüklər üçün bir çox şokoladlar varki, onların tərkibində xüsusi ilə "Truffle" şokoladlarının tərkibində spirt olur. Eyni zamanda konyak tərkibli və digər alkoqol tərkibli içkilərdən hazırlanan şokaladların tərkibində spirt olması mümkündür.

Bəzi şokoladlarda mikroorqanizmlərin çoxalmasının dayandırılması üçün az miqdarda spirt istifadə olunur. Eləcədə bəzən şokoladların tərkibinə müəyyən əlavə qat olaraq vurulur ki, buda onların müxtəlif formalar almasında və yaxudda bəzən qurumasını sürətləndirmək üçündə istifadə olunur. Bu zaman miqdar çox az olur. Bundan başqa nanə ekstraktlı şokoladlar varki, onlarında tərkibində etil spirti olur. Eyni zamanda tərkibində portağal qabığı olan şokoladlar varki onlarında tərkibində etil spirti var. Təbbi vanel tərkibli şokoladların tərkibində müxtəlif miqdarda, yəni məhsulun miqdarına görə etil spirtinin miqdarı müəyyənləşdirilib, qatılır. Orqanizmdə əgər spirtə qarşı həssaslıq varsa, eyni zamanda azyaşlılar və hamilə qadınlarda sağlamlıq problemləri yarada bilər.

Ancaq bu məhsulu çox miqdarda qəbul etdikdə bəzən spirt alışqanlığı olmayan insanlarda xüsusi ilə başgicəllənmə, ürəkbulanma verə bilər. Bəzən məhsulun etiketində spirt olduğu göstərilirsə və miqdarın az olduğu yazılsa belə şokoladın tərkibində spirt miqdarı artıq olur. Məhsulun tərkibində vanel, portağal qabığı, sitrus meyvələrindən hazırlandığı qeyd olunubsa, o məhsulun tərkibində etil spirtinin olduğu qeyd olunmasa belə, məhsulun tərkibində etil spirti ola bilər. Uşaqlar üçün hazırlanan şokoladların tərkibində etil spirti olmur. Hər bir halda diqqətli olmaq lazımdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1051   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.