"Bolt"da rüşvətxorluq iddiaları - Rəhbər şəxslər işdən çıxarıldı

"Bolt"da rüşvətxorluq iddiaları - Rəhbər şəxslər işdən çıxarıldıAzərbaycanda "Bolt" platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər.

"Qafqazinfo" Bakupost.az-a istinadən xəbər verir ki, "Bolt"la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb.

Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.

Yoxlamalar zamanı məlum olub ki, sürücülər hansısa səbəbə görə bloklanır. Ofisə müraciət olunsa da? bloklanma açılmır. Bir müddət kimsə elan verir ki, blokları açmaq mümkündür. Sürücü həmin şəxsə 200-300 manat pul verdikdən sonra bloklanma aradan qalxır.

Başqa bir problem filit məsələsi ilə bağlıdır. Portalda sənədlərin yenilənməsi zamanı sahibkarı incidirlər. 3-4 min manat aldıqdan sonra sənədlərdəki "problemlər" aradan qalxır.

Üçüncü məsələ reklamla bağlıdır. Sahibkarlar avtomobillərə reklam vurduqda hər gedişə görə ödəniş bonusu olmalıdır. Son vaxtlar bununla bağlı hərc-mərclik hökm sürür. Ofisə müraciət edən sahibkarlara deyilir ki, reklam kampaniyası dayandırılıb. Amma 500 manat ödəyənlərin avtomobillərinə reklam vurulur və onlar bonuslardan yararlanır.

Park sahiblərindən birinin verdiyi geniş açıqlamada qeyd olunur ki, bəzi parkların avtomobilləri platformaya qəbul edilmədiyi halda, "öz adamları" hesab edilən digər parkların maşınları problemsiz şəkildə sistemə daxil edilir.

Şikayətçi park sahibi bildirir ki, onun balansında on minlərlə manatlıq vəsait saxlanılmasına, sürücülərin ödənişlərinin vaxtında təmin olunmasına baxmayaraq, parkları bloklanıb və fəaliyyət faktiki olaraq iflic vəziyyətinə salınıb. Sahibkarın sözlərinə görə, bu qərarlar üçün əsaslandırılmış izah verilmir, müraciətlər isə formal cavablarla nəticəsiz qalır.

İddialara əsasən, "Bolt"un bəzi filiallarında reklam stikerlərinin vurulması rəsmi qadağan edildiyi halda, müəyyən şəxslərdən 500 manat tələb olunmaqla bu qadağa qeyri-rəsmi şəkildə aradan qaldırılıb. Şikayətçi bildirir ki, reklam üçün pul yığılması, bu vəsaitlərin filiallar və "baş ofis" arasında bölüşdürülməsi ilə bağlı video və səs yazıları, həmçinin çeklər mövcuddur. Sahibkarın sözlərinə görə, reklamlar rəsmi qadağadan sonra da yalnız "yaxın" parklara icazə verilməklə həyata keçirilib.

Park sahibinin iddiasına görə, bu məsələlər ictimailəşdirildikdən sonra bir sıra sürücülərə və park sahiblərinə ofisdən zənglər edilib, təzyiq göstərilib və nəticədə bir çoxu geri şikayətini çəkərək susmağa məcbur olub. "Estoniyaya müraciət edək" təşəbbüsünə əvvəlcə onlarla adam dəstək versə də, sonradan hamısının mövqeyini dəyişməsi bu iddiaları daha da gücləndirib.

Açıqlamada hava limanı və şəhərdaxili kateqoriyalarla bağlı da ciddi suallar yer alır. Bildirilir ki, bəzi kateqoriyalar faktiki olaraq qapalı saxlanılır, yalnız müəyyən parklara və sürücülərə giriş imkanı verilir. Bunun üçün irəli sürülən şərtlər isə ya real deyil, ya da formal xarakter daşıyır. Park sahibi bunu "gözə kül üfürmək" kimi qiymətləndirir.

Digər ciddi problem isə selfi və kamera tələbləri ilə bağlıdır. Şikayətçi bildirir ki, bəzi sürücülər monitor üzərindən işlədiklərinə və ya telefon kameraları nasaz olduğuna görə selfi tələblərini alternativ cihazdan yerinə yetirdikdə avtomatik bloklanırlar. Halbuki IP, yerləşmə və digər texniki göstəricilər sürücünün eyni şəxs olduğunu açıq şəkildə göstərir. Buna baxmayaraq, ofislər problemi araşdırmadan bloklamanı açmaqdan imtina edir.

Park sahibi vurğulayır ki, onun parklarında heç vaxt sürücülərin vəsaitlərini nağdlaşdıra bilməməsi problemi olmayıb və hazırda da park balanslarında kifayət qədər vəsait mövcuddur. Buna baxmayaraq, ona qarşı əsassız araşdırmaların aparıldığı, fəaliyyətinin məqsədli şəkildə dayandırıldığı iddia olunur.

Şikayətçi park sahibi bildirir ki, digər platformalardan və parklardan ona əməkdaşlıq təklifləri gəlsə də, o, ilk gündən "Bolt"la işlədiyini və problemi platformanı tərk etməklə deyil, ədalətin bərpa olunması ilə həll etmək istədiyini deyir. Onun sözlərinə görə, məsələ təkcə şəxsi problem deyil, yüzlərlə sürücü və park sahibi eyni vəziyyətdən əziyyət çəkir.

Açıqlamanın sonunda park sahibi "Bolt"un mərkəzi ofisindən obyektiv araşdırma aparılmasını, parkların fəaliyyətinin bərpa edilməsini və yalnız bundan sonra hər hansı hüquqi qiymətləndirmənin verilməsini xahiş edir. O, bütün sübutları təqdim etməyə və istənilən platformada, o cümlədən Estoniyada məsələni şəxsən izah etməyə hazır olduğunu bildirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 803   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur dağıstanlı şairi ilan sancdı - Reanimasiyaya yerləşdirilib

Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb. BİG.AZ -a istinadən bildirir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib. Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərl

05.07.2026 195
.

Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək

Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır

05.07.2026 164
.

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması ilə bağlı vəziyyətin daha da ağırlaşa biləcəyi bildirilir. "Actualité" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin sosial və humanitar işlər naziri Eva Bazaiba Masudi açıqlama verib. Nazirin sözlərinə görə, virus İtur

05.07.2026 170
.

Yəmən husiləri İrana dəstək ifadə ediblər

Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik

05.07.2026 165
.

"AzerGold" QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub

"AzerGold" QSC-nin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri - "Daşkəsən Dəmir Filiz" MMC və "AzerBlast" MMC-nin rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəs

05.07.2026 166
.

Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır

Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır. "Report" Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UP

05.07.2026 170
.

"Arzum"un qəza anı ilə bağlı yeni ŞOK videosu: Qaçdığı deyilirdi, amma…

Ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi səbəbilə həbs cəzası alan "tiktoker" İlduzə Hacıyevanın (Arzum) qəza günü ilə bağlı indiyədək gizli qalan görüntüləri üzə çıxıb. xəbər verir ki, yayılan həmin kadrlarda blogerin hadisədən dərhal sonra mobil telefonu ilə canlı yayıma çıxdığı v

05.07.2026 396
.

7 yaşında 116 kilo çəkisi olan uşaq ürək çatışmazlığından öldü

ABŞ-da 7 yaşlı Kasper O'Brayenin ölümündən sonra valideynləri cinayət, işgəncə və uşaq istismarında ittiham olunurlar. Hakimiyyət orqanları iddia edir ki, öldüyü zaman 116 kiloqram çəkidə olan uşaq illərdir baxımsız qalıb və lazımi tibbi yardım almayıb. Hadisə yerinə gələn təcili yardım həkimlərini

05.07.2026 243
.

Zərdabda su arxında meyit tapılıb

Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm

05.07.2026 171
.

TOP MP3