Dünya təcrübəsi Azərbaycanda: təqaüdçülər öz bankını seçə bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində təqaüdçülər öz pensiyalarını istədikləri bankdan ala bilirlər ki, bu da həm onların seçim azadlığını təmin edir, həm də banklar arasında rəqabəti gücləndirərək xidmət keyfiyyətini artırır. Belə sistemdə vətəndaşlar öz rahatlıqlarına və üstünlüklərinə uyğun bankı seçə bilir, banklar isə müştəri cəlb etmək üçün daha əlverişli xidmət və təkliflər təqdim edirlər.
Azərbaycanda isə hazırda bütün təqaüdlər yalnız Beynəlxalq Bank və Kapital Bank vasitəsilə ödənilir. Bu yanaşma təqaüdçülərin seçim imkanlarını məhdudlaşdırır və banklar arasında rəqabəti azaldır. Digər ölkələrdə olduğu kimi, vətəndaşların istədikləri bankı seçərək təqaüd alma imkanının yaradılması həm sosial rahatlığı artırar, həm də bank xidmətlərinin keyfiyyətini yüksəldər.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ son bir ildir ki, Mərkəzi Bankda müzakirə olunur. Onun sözlərinə görə, Mərkəzi Bankın sədri dəfələrlə bildirib ki, bu istiqamətdə iş gedir: "Xüsusi ilə dövlət sektorunda işləyənlərin maaşı və Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən pensiyaların istənilən bankdan alına bilməsi məsələsi Mərkəzi Bank həll edirdi. Həttda mətbuatda da qeyd olunmuşdu ki, 2025-ci ilin sonunadək bu proses bitəcək. Amma görünür texniki problemlər var. Mərkəzi Bankın təcrübəsində bu proses bu cür nəzərdə tutulub ki, xüsusi tətbiq vasitəsi ilə vətəndaş istədiyi bankı seçə bilsin və təqaüd vətəndaşa o bank vasitəsi ilə ödənilsin. Bu proqram test mərhələsində idi.
Mərkəzi Bankda bu problemi çox ciddi şəkildə həll etməyə çalışırdı. Mənə bildirilmişdilər ki, texniki problemlər var və probelm 2025-ci ilin sonunadək həllini tapmalı idi. Görünür problemi həll edə bilməyiblər. Bu çox vacib məsələdir. Xüsusi ilədə bank sektorunda rəqabətin gücləndirilməsi üçün, eyni zamanda təqaüdçülərə daha yaxşı xidmət göstərmək üçün çox vacib məsələdir. Özəl bankların imkanlarının artırılması üçündə vacibdir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1092 Tarix: 24 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862