Yeni BAHALAŞMA gəlir: Nə olacaq?

Yeni BAHALAŞMA gəlir: Nə olacaq?Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% aşağıdır. Yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.

Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib. Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl = 10 litr ) meyvə şirələri, 11 min 433,5 ton meyvə-tərəvəz konservləri, 6,4 min ton qida duzu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq, 44,5%, 8,2%, və 11,1% azdır. Qeyd edək ki, 2025-ci ildə ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.

O da məlum olub ki, bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib. 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya 30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb. Ötən il ölkəyə 33 milyon 51.71 min ABŞ dolları dəyərində 306 591 baş diri qoyun, 91 milyon 457.62 min ABŞ dolları dəyərində 115 301 baş diri iribuynuzlu heyvanlar idxal edilib.

İqtisadçı Vüsalə Əhmədovanın fikrincə, otlaq sahələrinin azalması və yemçilik problemləri ilə bağlı Azərbaycanda son illərdə heyvan sayında azalma müşahidə olunur. Musavat.com-a açıqlamasında o, bildirib ki, yüksək yem xərcləri, aşağı süd məhsuldarlığı fermerləri daha sərfəli sahələrə keçməyə vadar edir:

"Əlbəttə, heyvan sayının azalması kərə yağının istehsal həcminə müəyyən dərəcədə təsir edib, ancaq birbaşa təklifi məhdudlaşdıra biləcəyini düşünmürəm. 2023-cü illə müqayisədə 2024-cü ildə iribuynuzlu heyvan sayında təxminən 4,4%-lik azalma yaşanmışdı (təqribən 115.635 baş azalmadan söhbət gedir). Buna baxmayaraq, 2023-cü ildə kərə yağının istehsal həcmi 27.000 ton səviyyəsində olduğu halda, 2024-cü ildə 28.975 ton həcmdə istehsal həyata keçirilib. Bu da 2023-cü il ilə müqayisədə 1.988 ton və ya təqribən 7,4% artım deməkdir. Bu səbəbdən kərə yağı istehsalındakı durğunluğu yalnız heyvan sayının azalması ilə əlaqələndirmək doğru olmaz. İstehsal həcmi daha mürəkkəb faktorlarla müəyyənləşir, məsələn, məhsuldarlıq, texnologiya, südlük mal istehsalının səviyyəsi, yüksək istehsal dəyəri və bazar tendensiyaları".

V.Əhmədovanın sözlərinə görə, Azərbaycan üçün ərzaq təhlükəsizliyinin hələ tam təmin olunduğunu demək olmaz:

"Məhsuldarlıq beynəlxalq səviyyələrdən çox aşağıdır və idxaldan tam asılılıq aradan qalxmayıb. Bu baxımdan idxal-ixrac dinamikaları hər zaman diqqət mərkəzində olmalıdır. Məsələn, 2024-cü ilin əvvəlində Azərbaycandan Rusiyaya 940-960 ton kərə yağı ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə çox yüksəkdir. 2025-ci ilin yanvar-mart aylarında isə təxminən 12,6 milyon ABŞ dolları dəyərində kərə yağı ixracı həyata keçirilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78% artım deməkdir (dəyər ifadəsində). Beynəlxalq trendlər göstərir ki, dünya bazarında südlük məhsulların qiymətində volatillik davam edir. Bəzi regionlarda qiymətlər aşağı səviyyədə olsa da, kərə yağının qiyməti yüksək qalan bazarlar daha çoxdur. FAO kimi beynəlxalq təşkilatlar göstərir ki, qida qiymətləri indeksində taxıl, ət və süd məhsullarının qiymətləri hər zaman artmaya meylli olub. Bu səbəbdən də hər üç məhsulda qida təhlükəsizliyi tam təmin olunmalıdır və daha sonra ixracın artırılmasından söhbət gedə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1562   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 150
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

04.10.2026 152
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

04.10.2026 181
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 569
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

04.10.2026 164
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 193
.

Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb

İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil

04.10.2026 136
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

04.10.2026 121
.