Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK

Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİKAzərbaycanda İslam bankçılığı sistemi 2026-cı ildən maliyyə sektorunda yenidən tətbiq olunmağa başlanıb. Hazırda iki bankda - Azərbaycan Beynəlxalq Bankı və Rabitəbankda İslam bankçılığı guşəsi var. Bu istiqamətdə hüquqi və tənzimləyici bazanın formalaşdırılması üçün işlər davam edir.

Məqsəd ənənəvi banklar vasitəsilə "İslam pəncərəsi" modeli çərçivəsində şəriətə uyğun maliyyə məhsullarını təqdim etməklə bazarda tələbatı müəyyənləşdirmək və daha geniş həcmdə tətbiq üçün zəmin yaratmaqdır.

Azərbaycan Mərkəzi Bankı Modern.az-ın sorğusuna cavabında bildirib ki, ölkədə İslam bankçılığının tətbiqi məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Dövlət rüsumu haqqında", "Kredit Büroları haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər layihəsi hazırlanmış və aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir:

"İslam bankçılığının təşkili prosesində beynəlxalq təcrübəyə əsaslanma əsas prioritetlərdəndir. Belə ki, İslam bankçılığının həyata keçirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanarkən Türkiyə, Pakistan, Malayziya, Qazaxıstan və Qırğızıstan kimi ölkələrin təcrübəsi və beynəlxalq standartlar təhlil edilmiş və nəzərə alınmışdır. Tətbiq ediləcək İslam bankçılığı fəaliyyətinin İslam bankçılığının fundamental prinsiplərinə uyğunluğunun təmin edilməsi nəzərə alınmışdır.

Dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və yerli qanunvericiliyə uyğunlaşdırılmışdır. Məqsəd beynəlxalq standartları yerli hüquqi mühitlə uzlaşdırılmış və dayanıqlı şəkildə tətbiq etməkdir.

Layihənin hazırlanması prosesində müvafiq ölkələrin İslam bankçılığı sahəsində tənzimləyici və nəzarət orqanları ilə təcrübə mübadiləsi və qabaqcıl praktikanın öyrənilməsi məqsədilə görüşlər keçirilmişdir. Qanunvericiliyə dəyişikliklər layihəsi isə Mərkəzi Bank tərəfindən hazırlanmışdır.

Yaxın perspektivdə İslam bankçılığının tətbiqi "İslam pəncərələri" modeli çərçivəsində nəzərdə tutulur. İslam banklarının yaradılması məsələsinə isə növbəti mərhələdə, ölkədə İslam maliyyə məhsullarının tətbiqinin praktiki nəticələri və bazarın inkişaf dinamikası nəzərə alınaraq baxıla bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1201   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.