Zorakılığa məruz qalan qadınlara pulsuz hüquqi yardım göstərilə bilərmi? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Dünyanın bir çox ölkəsində məişət zorakılığına və müxtəlif formada təzyiqlərə məruz qalan, lakin hüquqi müdafiə üçün maddi imkanı olmayan qadınlara dövlət və ya ictimai təşkilatlar tərəfindən pulsuz hüquqi yardım göstərilir. Bu mexanizm qadınların hüquqlarını qorumaq, onların məhkəməyə çıxış imkanlarını artırmaq və zorakılıq hallarında cəzasızlığın qarşısını almaq baxımından mühüm vasitə hesab olunur. Hüquqşünas dəstəyi, psixoloji yardım və hüquqi maarifləndirməni birləşdirən bu model bir çox ölkələrdə effektiv nəticələr verərək zərərçəkənlərin cəmiyyətə daha təhlükəsiz şəkildə inteqrasiyasına şərait yaradıb. Azərbaycanda da məişət zorakılığı ilə bağlı hüquqi baza mövcud olsa da, praktikada bir çox qadın maddi imkanların məhdudluğu, hüquqi prosedurların mürəkkəbliyi və məlumat çatışmazlığı səbəbindən öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Bu baxımdan, zorakılığa məruz qalan və sosial cəhətdən həssas vəziyyətdə olan qadınlara pulsuz hüquqi yardımın sistemli şəkildə təşkili məsələsi yenidən aktuallaşır. Bəs beynəlxalq təcrübədə uğur qazanan bu model ölkəmizdə də tətbiq oluna bilərmi və bunun üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə pulsuz xidmət olmur. Ola bilər ki, kimsə pulsuz xidmət göstərir. Məndə bəzən bəzi vətəndaşlara tam pulsuz hüquqi yardım göstərmişəm. Yəni bu o deməkdir ki, bunu edən vəkil pulsuz hüquqi yardımı öz hesabına edir. Pulsuz hüquqi yardımda vəkil birinci növbədə vaxt sərf edir. Eyni zamanda müxtəlif xərclər varki məsələn yol pulu, dövlət rusumu və s. vəkil öz cibindən ödəyir. Onun sözlərinə görə, təbiiki bu vəkilin öz istəyi ilə yəni könüllü şəkildə edilir: "Ancaq təbiiki vəkil hər dəfə pulsuz şəkildə hüquqi yardım göstərə bilməz. Onda gərək vəkil tamamilə pulsuz işləsin ki, bu mümkün deyil. Çünki hər bir insanın zəhmət haqqı verilməlidir, vəkilində öz maddi ehtiyacları və ailəsi var. Xarici ölkələrdə zoakılığa məruz qalmış qadınlara pulsuz şəkildə hüquqi yardım edən vəkillərin pulunu dövlət və ya qeyri hökümət təşkilatları ödəyir. Avropada pulsuz hüquqi yardım göstərən vəkillərin pulunu dövlət ödəyir. Amerikada isə onların pulunu QHT-lər ödəyir, yəni onları maliyyələşdirir. Azərbaycanda da bu təcrübə qismən tətbiq edilir. Yəni dövlət hesabına vəkil xidməti var.
Hər bir vətəndaş müraciət edə bilərki ona göstərilən hüquqi yardımın pulunu dövlət ödəsin. Yəni qanunda qeyd olunub ki, hansı hallarda vətəndaş mütləq pulsuz vəkil ilə təmin olunmalıdır və hansı hallarda isə məhkəmənin mülahizəsi ilə pulsuz vəkil ilə təmin olunmalıdır. Bundan başqa Ailə Qadın Uşaq Problemləri üzrə dövlət komitəsinin hesabına zorakılığa məruz qalmış qadınlar pulsuz vəkil ilə təmin oluna bilərlər. Eyni zamanda bizdə də pulsuz şəkildə hüquqi yardım göstərən hüquq müdafiəçiləri varki, onlarında pulu beynəlxalq təşkilatlar tərəfindən ödənilir. Yaxşı olardı ki, dövlət hər il zorakılığa məruz qalmış, ancaq maddi imkanları zəif olan qadınlara hüquqi yardımın göstərilməsi üçün vəsait ayırsın".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 713 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
04.10.2026 148 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
04.10.2026 185 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
04.10.2026 156 Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
04.10.2026 152 G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 140 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
04.10.2026 338 Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
04.10.2026 163 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 147 Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
04.10.2026 160