"Hüquqşünasların 99 faizi bisavaddır, hətta ən tanınmışları..." - Nazirin təklifinə irad

"Hüquqşünasların 99 faizi bisavaddır, hətta ən tanınmışları..." - Nazirin təklifinə irad"Azərbaycanda normal hüquqşünas çox azdır. Hüquq fakültəsinin diplomuna malik olan o qədər adam var ki! Onların 99 faizi bisavaddır! Hətta deyərdim ki, ölkə miqyasında tanınan hüquqşünasların çoxu belədir. Bunu tam məsuliyyətimlə deyirəm".

Bu sözləri "Yeni Sabah"a vəkil Əkrəm Həsənov deyib.

Onun sözləri görə, hüquq sahəsində başlıca problem dərsliklərlə bağlıdır:

"Azərbaycanda hüquq elmi və təhsili digər sahələrə nisbətən lap bərbad gündədir. Məsələn, dərsliklər yoxdur.

Hüquq elə bir sahədir ki, hansısa xarici kitabı tərcümə edib, onu dərslik kimi təqdim etmək olmur. Axı öz qanunvericiliyimiz var. Misal üçün, sizin sahədə, yəni jurnalistikada bu mümkündür. Eləcə də, fizika, yaxud kimyada. 35 ildir Azərbaycan müstəqil dövlətdir, amma hüquq sahəsi üzrə dərsliklər yoxdur. Dərsliklər olmadığı üçün bu sahədə normal təhsil yoxdur".

Ə.Həsənov vurğulayıb ki, yerli hüquqşünaslar bilərəkdən elmi dissertasiyalarını gizlədir:

"Öz qızım bir neçə il bundan əvvəl Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxudu. Mən dəhşətə gəldim. Bizim dövrümüzdə pis-yaxşı təhsil var idi. İndi qəti yoxdur. Nə qədər istəyirsiniz hüquq fakültələri açın, keyfiyyət yoxdursa, nə faydası? Azərbaycanda hüquq sahəsi üzrə dərc olunan ktabların əksəriyyəti boş-boş şeylərdir. Yüksək vəzifələrdə çalışan hüquqşünasların çoxu bisavaddır. İnkişaf etmiş ölkələrdə hüquqşünasın keyfiyyəti dərc etdiyi elmi məqalələrdən, dissertasiyalardan məlum olur. Azərbaycanda isə hüquqşünaslar elmi dissertasiyalarını gizlədirlər. Çünki həmin dissertasiyalar ya bisavad formada yazılıb, ya da xarici materiallardan tərcümə edilib".

Hüquqşünas qeyd edib ki, keyfiyyətli dərsliklərin hazırlanmasına mütləq şəkildə ehtiyac var:

"Hüquq sahəsində dərs deyən müəllimlərin də 90 faizi bisavaddır. Mən onlara dəfələrlə qulaq asmışam. Hüquq fakültələrində dərs deyənlərin çoxu hakim yaxud vəkil kimi haradasa işləyir. Prestij naminə onlar ali təhsil müəssisələrində dərs deyir. Nə var nə var desin ki, mən də müəlliməm. Yazdıqları məqalələrin əksəriyyəti də cəfəngiyatdır. Biz əgər hüquq sahəsində inkişafa nail olmaq istəyiriksə, normal dərsliklər hazırlamalıyıq".

Xatırladaq ki, ədliyyə naziri Fərid Əhmədov fevralın 5-də Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib ki, Azərbaycan bazara kifayət qədər hüquqşünas buraxa bilmir. Onun sözlərinə görə, məsələnin həll yolu hüquq ixtisası üzrə universetitetlərə qəbul sayının artırılmasıdır:

"Çünki regionlarda kəskin şəkildə hüquqşünas qıtlığı var. Artıq hüquqşünaslıq elitar peşəyə çevrilib. "Hüquq" ixtisasına daxil olanların topladığı bal 600-dən yuxarıdır. Düzdür, kəmiyyət problemini həll edə bilərik, lakin belə olanda keyfiyyət aşağı düşəcək. Bu baxımdan müvafiq qurumlarla işlər aparılmalı, mərhələli şəkildə ciddi addımlar atılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

TOP MP3