Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Burada əsas problem...

Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Burada əsas problem..."Televiziyalar üçün məqsəd yalnız pul qazanmaq, sponsor cəlb etmək və ucuz vasitələrlə reytinq qazanmaqdırsa, bu halda problemlər həmişə qalacaq".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli son zamanlar televiziyalarla baş verən neqativ hallarla bağlı deyib.

O söyləyib ki, efirdə baş verənlər yeni deyil:

"Bu gün efirdə baş verənlər yeni hadisələr deyil. Sadəcə olaraq, efirdə baş verənlərin kəm-kəsirlərinin uzantısı sosial şəbəkələrdə yayılır. Belə olan halda daha çox insan televiziya aparıcıların problemlərindən xəbərdar olur. Zaman etibarilə son illərdə Milli Məclisdən tutmuş adi auditoriyalarda televiziyadakı nöqsanlar tənqid olunub. Xüsusən, şou proqramların vəziyyəti, aparıcıların həddindən artıq sərbəst davranması, etik çərçivələri aşması, verilişə gələn qonaqları təhqir etməsi, tamaşaçıların rəyinə hörmətsiz yanaşmaları barədə çox danışılıb. Hazırda bu məsələyə bir az daha çox diqqət yetirilir".

Professor qeyd edib ki, televiziya məkanını tamamilə qara rəngdə göstərmək də düzgün deyil:

"Problemlər televiziyalarda kifayət qədər çoxdur. Lakin televiziya məkanını tamamilə qara rəngdə göstərmək də düzgün deyil. Yaxşı telekanallarımız, yaxşı verilişlərimiz, yaxşı aparıcılarımız var. Amma söhbət hazırda tamaşaçı narazılığına səbəb olan veriliş seqmentindən - əyləncəli musiqili şou proqramlardan gedir. Bu proqramların bəzi aşağı səviyyəli aparıcıları tamaşaçıların zövqünü təmin etmir, etik normaları pozur".

Q. Məhərrəmli vurğulayıb ki, məqsəd tamaşaçıya yaxşı veriliş təqdim etməkdirsə, belə problemlər həll olunacaq:

"Televiziya kanalları bu problemləri həll etmək gücündədir. Əgər məqsəd tamaşaçıya keyfiyyətli veriliş təqdim etməkdirsə, bunu etmək mümkündür. Yox, əgər məqsəd yalnız pul qazanmaq, sponsor cəlb etmək, reklamlardan gəlir əldə etmək və ucuz vasitələrlə reytinq qazanmaqdırsa, bu halda problemlər həmişə qalacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 979   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

04.10.2026 185
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 156
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 140
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 147
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

04.10.2026 160
.