Prezident ailəsi ilə onlara qonaq getdi - Fotolar

Prezident ailəsi ilə onlara qonaq getdi - FotolarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısına və birinci xanıma şəhərdə görülmüş işlər barədə məlumat verildi.

Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağımızı ucaldıb.

Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir.

Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verildi.

Xocavənddə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Mehriban xanım, bizə şərəfdir ki, evimizə təşrif buyurmusunuz.

Kişi sakin: Fəxr edirəm ki, Sizin komandanlığınız altında döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Füzuli və Xocavənd… Buranı azad etmisən?

Kişi sakin: Hazırda da Müdafiə Nazirliyində hərbi xidmətimi davam edirəm.

Qadın sakin: Xoş gəlmisiniz. Bizim üçün şərəfdir ki, bu gün Siz bizim evimizdəsiniz. Yəni böyük gündür, həqiqətən. Həmişə danışırdım, deyirdim, Xocavəndi o qədər həsrətlə gözləyirəm, orada yaşamağı çox həsrətlə istəyirəm. İndi çox şadam ki, mənim övladlarım burada böyüyəcəklər.

Prezident İlham Əliyev: İnşallah. Çox gözəl. Şərait də yaxşıdır. Eviniz necədir?

Kişi sakin: Minnətdarıq. Çox gözəldir, Ali Baş Komandan.

Prezident İlham Əliyev: Sən özün harada doğulmusan?

Kişi sakin: Xocavənd rayonunun Axullu kəndində.

Prezident İlham Əliyev: Axullu. Uzaqdır buradan?

Kişi sakin: Xeyr, buradan çox uzaq deyil.

Digər qadın sakin: Xoş gəlmisiniz. Nə böyük şərəf.

Kişi sakin: Anamdır. İsti çörəyimiz var, təzə.

Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban xanım, bizi şərəfləndirdiniz.

Birinci xanım Mehriban Əliyeva: Allah sizə cansağlığı versin.

Digər qadın sakin: Allah Sizi də saxlasın. Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Digər qadın sakin: Biz də Sizi təbrik edirik, çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş gəlmisiniz Siz də.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: İşğal dövründə Xəzər rayonunun Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə.

Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı düşərgədə?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Sən də orada doğulmuşdun?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə.

Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir.

Qadın sakin: Nuş edin, nuş olsun.

Prezident İlham Əliyev: Sən də hərbi hissədə xidmət edirsən?

Kişi sakin: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Siz nə işlə məşğul olursunuz?

Qadın sakin: Mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm.

Digər qadın sakin: Mehriban xanım, gəlişinizdən çox şərəf duyuram.

Birinci xanım Mehriban Əliyeva: Mən də çox xoşbəxtəm sizi görməyimə.

Digər qadın sakin: Biz də çox xoşbəxtik Sizi görməyə.

Prezident İlham Əliyev: Əsas odur ki, doğma Qarabağ torpağındasınız.

Qadın sakin: Əsas odur ki, bu gün bu azadlığı yaşayırıq, bu müstəqilliyi yaşayırıq. Qalan şeylər hamısı düzələcək. Təmirdir, məktəbdir - hamısı olacaq, bəli.

Digər qadın sakin: Allah canınızı sağ eləsin.

Kişi sakin: Düşməni də qovmuşuq.

Digər qadın sakin: Allah canınızı sağ eləsin. Sizin sayənizdə.

Prezident İlham Əliyev: Düzdür, qovmuşuq.

Qadın sakin: Amin. Allah Sizi qorusun, xalqımıza çox görməsin. Həmişə sülh olsun, əmin-amanlıq olsun.

Prezident İlham Əliyev: Bundan sonra sülh olacaq.

Digər qadın sakin: Allah ömür versin Sizə.

Qadın sakin: Bizim eşitdiyimiz o bomba səsini, güllə səsini bu uşaqlar bir daha eşitməsinlər.

Prezident İlham Əliyev: Eşitməyəcəklər.

Kişi sakin: Ali Baş Komandanımız onlara elə bir dərs verdi ki, onlar bir daha ayağa qalxan deyillər.

Prezident İlham Əliyev: Bu, şanlı tariximizdir. Əlbəttə, Zəfər tarixi qürur mənbəyimizdir. Elə igidlər hesabına biz torpaqlarımızı azad etdik.

Kişi sakin: Sizin sayənizdə, "dəmir yumruğ"un sayəsində.

Qadın sakin: Mən daha çox qürurluyam. Çünki həm hərbçi bacısıyam, həm də şəhid bacısıyam.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Qadın sakin: Həm də həyat yoldaşım hərbçidir.

Prezident İlham Əliyev: Xocavəndin, Füzulinin azad olunmasında iştirak edib və yüksək təltiflərlə də mükafatlandırılıb.

Qadın sakin: Bəli, Sizin imzanızla. Çox sağ olun.

Prezident İlham Əliyev: İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik.

Qadın sakin: Sayənizdə, cənab Prezident. Bunların hamısı sayənizdə oldu.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

*

Sonra xatirə şəkilləri çəkdirildi.

*

Kişi sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi, sağ olun.

Qadın sakin: Evimizə qonaq olun. Çox sağ olun, cənab Prezident. Şərəfdir bizim üçün.

Prezident ailəsi ilə onlara qonaq getdi - FotolarPrezident ailəsi ilə onlara qonaq getdi - FotolarPrezident ailəsi ilə onlara qonaq getdi - FotolarPrezident ailəsi ilə onlara qonaq getdi - FotolarPrezident ailəsi ilə onlara qonaq getdi - FotolarPrezident ailəsi ilə onlara qonaq getdi - FotolarPrezident ailəsi ilə onlara qonaq getdi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1210   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

04.10.2026 185
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 156
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 140
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 147
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

04.10.2026 160
.