"Bu soyqırımını xatırlamaq yalnız keçmişə qayıdış deyil, həm də gələcəyə mesajdır" - BƏHRUZ QULİYEV
"Xocalı soyqırımı"nın 34-cü ildönümü Azərbaycan xalqı üçün təkcə anım günü deyil, milli yaddaşın, ədalət tələbinin və tarixi həqiqətlərin bir daha dünyaya çatdırıldığı gündür. 1992-ci ilin fevralında Xocalı şəhərində erməni silahlı qüvvələri və keçmiş Sovet İttifaqı ordusunun birgə törətdiyi vəhşilik, qətliam mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Bu soyqırımını xatırlamaq yalnız keçmişə qayıdış deyil, həm də gələcəyə mesajdır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, bu faciə, eyni zamanda erməni vandalizminin və nifrət ideologiyasının açıq təzahürü idi. Tarixi abidələrin dağıdılması, yaşayış məntəqələrinin yerlə-yeksan edilməsi və mülki əhalinin məqsədli şəkildə hədəfə alınması bu siyasətin əsas elementlərini təşkil edirdi. Xocalı yalnız hərbi cinayət deyil, həm də insanlığa qarşı yönəlmiş sistemli zorakılıq aktıdır.
Tarixi kontekstdə isə 1992-ci ildə Azərbaycan yenicə müstəqilliyini əldə etmiş, daxildə hakimiyyət uğrunda mübarizə gedən bir ölkə idi. Bu hərc-mərclik və siyasi xaos fonunda mövcud dövri hakimiyyət Xocalı soyqırımının qarşısını almaq imkanına malik olmadı. İşğalçı Ermənistan qüvvələri bu zəiflikdən istifadə edərək planlı etnik təmizləmə həyata keçirdi.
"Hesab edirəm ki, Xocalı faciəsi həm də regionda təsir imkanlarını qorumağa çalışan sovet imperiyasının məsuliyyətini gündəmə gətirir. Zəifləyən imperiyanın nəzarət mexanizmlərinin işə yaramaması, silahlı birləşmələrin idarəolunmaz fəaliyyəti və Azərbaycana qarşı qisasçılıq hissi bu faciənin baş verməsinə şərait yaratdı.
Hüquqi baxımdan Xocalı soyqırımı beynəlxalq humanitar hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır və insanlığa qarşı cinayət, soyqırımı kimi qiymətləndirilməlidir.
Siyasi və strateji aspektdən isə bu faciə işğalçı Ermənistanın ekspansionist siyasətinin, etnik təmizləmə strategiyasının və regionda geosiyasi maraqların nəticəsi idi. Düşünürəm ki, Xocalı həm də Azərbaycan xalqını qorxuya salmaq, əhalini köçməyə məcbur etmək və demoqrafik vəziyyəti dəyişmək məqsədini daşıyırdı.
Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanınması istiqamətində aparılan işlər davamlı xarakter daşıyır və bu proses dayanmayacaq. Çünki ədalət gec də olsa öz yerini tapmalıdır.
Xocalı unudulmur və unudulmayacaq. Bu faciə Azərbaycan xalqının yaddaşında daim yaşayacaq və tarixi ədalətin təmin olunmasına qədər gündəmdə qalacaq" - deyə, baş redaktor əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 551 Tarix: 26 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
04.10.2026 148 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
04.10.2026 185 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
04.10.2026 156 Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
04.10.2026 152 G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq
"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg
04.10.2026 140 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
04.10.2026 338 Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
04.10.2026 163 Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
04.10.2026 147 Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
04.10.2026 160