Putinin açıqlaması Ankara-Moskva xəttində gərginlik müzakirəsi yaratdı - POLİTOLOQDAN AÇIQLAMA

Putinin açıqlaması Ankara-Moskva xəttində gərginlik müzakirəsi yaratdı - POLİTOLOQDAN AÇIQLAMASon günlər Rusiya-Türkiyə münasibətləri fonunda səslənən açıqlamalar regionda yeni gərginlik müzakirələrinə səbəb olub. Rusiya Prezidenti Vladimir Putin Qara dənizin dibi ilə Türkiyəyə uzanan "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı mümkün təxribat planları barədə kəşfiyyat məlumatları aldıqlarını açıqlayaraq diqqətçəkən mesajlar verib. Moskva bu cəhdlərin enerji təhlükəsizliyini hədəf aldığını və bölgədəki siyasi proseslərə təsir göstərmək məqsədi daşıdığını bildirir. Bu açıqlamalar iki ölkə arasında strateji əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Putinin açıqlaması Ankara-Moskva xəttində gərginlik müzakirəsi yaratdı - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, Rusiya-Türkiyə münasibətlərinin tarixi əsaslarda müəyyən mənada ziddiyyətli maraqlarının olması əslində müasir dövrdə də hər iki dövlət arasında nə qədər yumşalmalar müşahidə edilsədə yenədə gərginliyin hər zaman aktiv ola biləcəyi ilə bağlı məsələləri istisna etmir. Ona görədə həm tarixi dövrə, yaxın keçmişə nəzər yetirəndə aydın şəkildə bunu müşahidə etmək mümkündür ki, Türkiyə ərazisində olan NATO bazalarının Rusiya tərəfindən hədəf alınması, yada Türkiyə ərazisinin hər hansısa bir formada hədəf alınması fonunda NATO-ya mesaj verilməsi aydın şəkildə müşahidə edilir. Onun sözlərinə görə, həttda biz Montro konferansının ilkin qərarlarından Rusiyanın geri çəkilməsi ilə bağlı müəyyən təhdidlərin səsləndirildiyinidə müşahidə etmişdik ki, həmin qərarın nəticələrinə uyğun olaraq hal-hazırda bu günə qədərdə boğazların ümumi statusunun tənzimlənməsi, Qara Dəniz və qeyri Qara Dəniz dövlətlərinin boğazlardan keçidinin qaydalarının müəyyənləşdirilməsi mümkün ola bilib: "Konfransın yekun nəticələrinə uyğun olaraq, müvafiq qeydlərdə bildirildiyi kimi tərəflər əgər imtina etmirsə mütamadi olaraq həmin qərarların tətbiqetmə müddəti uzanır. Rusiya isə davamlı olaraq Türkiyənin NATO donanmalarına boğazlardan keçməsi ilə bağlı məsələlərdə güzəşt etməsi iddialarını səsləndirərək, hər zaman öz imzasını geri çəkəcəyini və Montro qərarlarını tanımayacağını dilə gətirirki, buda heç bir halda arzuolunan deyil. Çünki qlobal sistemdə ciddi ölçüdə dəyişikliklər yarada biləcək məqamlardan biridir. Əslində düşünürəm ki, bu heç Rusiyanında maraqlarına uyğun deyil. Sadəcə olaraq Türkiyə ilə olan münasibətlərdə və Türkiyənin təsir dairələrinin bloklanmasında bu vasitədən təzyiq mexanizmi olaraq istifadə etməyə çalışır. Daha əvvəl biz Orta Şərqdə Türkiyənin kifayət qədər təsir dairələrinin genişlənməsi, ərəb baharı fonunda Suriyada baş verən proseslərdə Rusiyanın təsir mexanizmlərindən istifadə etməyə çalışdığını görürdük.

İndi isə biz Rusiya-Ukrayna müharibəsi fonunda bunu aydın şəkildə müşahidə edə bilirik. Çünki son zamanlarda Ukraynanın mövqeyinin müdafiə olunması ilə Avropa İttifaqı çərçivəsində ciddi ölçüdə fərqli yanaşmaları müşahidə edirik. Həttda Türkiyə ilə əməkdaşlıq, Türkiyənin Avropa İttifaqına üzvlüyünün müəyyən mənada yeni qaydalar əsasında təmin olunması və bu yolla Rusiyaya qarşı yeni bir hərbi, yada siyasi-starteji müdafiə mexanizminin formalaşdırılması cəhdləri mediada daim müzakirə olunur. Düşünürəm ki, Rusiyanın bu qərəzli yanaşmalarının və Türkiyəni hədəf alan çıxışlarınının, yada bu istiqamətdə mediada paylaşılan informasiyaların əsas hədəfi məhz budur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1045   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

04.10.2026 185
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 156
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 140
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 147
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

04.10.2026 160
.