Uşaqların dərs yükü: Təhsil onların dünyagörüşünə mane ola bilərmi? - PSİXOLOQDAN AÇIQLAMA

Uşaqların dərs yükü: Təhsil onların dünyagörüşünə mane ola bilərmi? - PSİXOLOQDAN AÇIQLAMASon illər təhsil sistemində proqramların genişlənməsi və akademik nəticələrə verilən önəmin artması uşaqların dərs yükü ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Şagirdlər günün böyük hissəsini dərslərə, ev tapşırıqlarına və əlavə hazırlıqlara sərf edir. Bu vəziyyət isə uşaqların yalnız akademik bilik deyil, həm də sosial bacarıqlar, yaradıcılıq və ümumi dünyagörüşünün inkişafı baxımından nə dərəcədə balanslı böyüdüyü sualını gündəmə gətirir.

Uşaqlıq dövrü təkcə dərs öyrənmək mərhələsi deyil, eyni zamanda kəşf etmək, ünsiyyət qurmaq, oyun oynamaq və fərdi maraqları formalaşdırmaq dövrüdür. Dərs yükünün həddindən artıq olması isə bəzi hallarda uşaqların sərbəst düşünmə qabiliyyətinə, psixoloji rahatlığına və həyat təcrübəsi qazanmasına mənfi təsir göstərə bilər. Bu səbəbdən təhsildə balans məsələsi son dövrlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Uşaqların dərs yükü: Təhsil onların dünyagörüşünə mane ola bilərmi? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə dərs yükü şağird və tələbələrdə daxili psixoloji gərginlik yaradır, hətta dünya görüşünü ləngidir. Onun sözlərinə görə, hətta uşaq inkişafı üzrə araşdırmalar da, dəfələrlə bunu sübut edib: "Dərs yükünün psixoloji əlamətləri; diqqət zəifləməsi, yuxu problemləri, aqressiya, qapanma, motivasiya itkisi, stress, yorğunluq kimi psixoloji pozuntularla bilinir. Əgər şagirdin bədən tərbiyəsi ilə məşqul olmağa zamanı yoxdursa, əlavə hobbiləri yoxdursa, oyunlar və sərbəst vaxtı azdırsa, uşaq emosiyalarını boşalda bilmir. Dərs oxumaqla isə dünyagörüşü formalaşmır. Sosial bacarıqlar olmadan, emosional zəka, tənqidi düşünmə, real həyat təcrübəsi olmadan sağlam fərd kimi formalaşmaq mümkün deyil.

Dərs ilə zehni doldururlar, amma ruh boş qalır. Bu gün təhsil sistemi guya savadlı nəsil yetişdirməyə fokuslanıb, amma ruhən bədbəxt nəsil yetişir. "Uşaqlar bizim gələcəyimizdir!" artıq boş şüara çevrilib. Çünki təhsil və cəmiyyətdə baş verənlər bir daha onu göstərir ki, onlar xoşbəxt və müstəqil seçimə sahib olan, sağlam düşüncəli insan kimi deyil, gələcəkdə istifadə olunacaq resurs kimi proqramlaşırlar. Ölkəmizin xaricə parıltısı var, daxili səviyyə isə sönükdür.

Bütün sahələrdə insanlara üzdə təqdim olunan, hətta xaricə təqdim olunan ölkəmizin görüntüsü düzəldilir, amma daxili sistem dəyişmədən davam edir. Necə ki, texnologiya yenilənmədən geri qalır, insan da elə. Bu gün xoşbəxt ola bilməyən uşaq, gələcəkdə xoşbəxt cəmiyyət qura bilməz. Onsuzda artıq məktəblərdə baş verən silahlı hadisələr bunu göstərir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 705   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

04.10.2026 185
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 156
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 140
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 147
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

04.10.2026 160
.