Planetdə quraqlıq niyə eyni anda baş vermir? - Alimlər izahını tapdı

Planetdə quraqlıq niyə eyni anda baş vermir? - Alimlər izahını tapdıAlimlər uzun müddət qlobal istiləşmə səbəbindən bir neçə qitədə eyni anda güclü quraqlıqlar baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edirdilər. Lakin Hindistanın Gandhinagar Texnologiya İnstitutundan tədqiqatçılar müəyyən ediblər ki, okean temperaturunda baş verən dəyişikliklər belə bir ssenarini məhdudlaşdırır və quraqlıqların bütün dünyanı eyni anda əhatə etməsinin qarşısını alır.

Qaynarinfo xəbər verir ki, bu nəticələr "Communications Earth & Environment" jurnalında yayımlanan araşdırmada təqdim olunub.

Qlobal quraqlıqların riskləri daha azdır

1901-2020-ci illərin məlumatlarına əsaslanan araşdırma göstərir ki, eyni vaxtda baş verən quraqlıqlar yalnız planetin maksimum 6,5%-ni əhatə edir. Əvvəllər alimlər hesab edirdilər ki, bu göstərici üç dəfə yüksək ola bilər.

Tədqiqatın rəhbəri Dr. Udit Bhatia bildirib ki, quraqlıqların başlanğıcını qlobal hadisə kimi qiymətləndirirlər. Əgər iki uzaq region qısa müddət ərzində quraqlıqlı vəziyyətə düşürdüsə, onlar sinxronizasiya olunmuş hesab olunurdu.

Kənd təsərrüfatına təsirləri

Alimlər bu müddət ərzində buğda, düyü, qarğıdalı və soya məhsuldarlığına dair tarixi məlumatları analiz edərək orta səviyyəli quraqlıqların aqrar sektora təsirini qiymətləndiriblər.

IITGN-də süni intellekt üzrə alim Hemant Puniya qeyd edib: "Bir çox əsas kənd təsərrüfatı bölgələrində orta səviyyəli quraqlıq zamanı məhsul itkisi ehtimalı kəskin artır - tez-tez 25%-dən çox, bəzi ərazilərdə isə qarğıdalı və soya kimi məhsullarda 40-50%-ə çatır."

Əsas səbəb: El Nino

Tədqiqat göstərir ki, bu dəyişikliklərin başlıca səbəbi ElNino fenomenidir. Bu təbii hadisə zamanı Sakit okeanda suyun temperaturu dəyişir, bəzən qızır, bəzən soyuyur. Bu dəyişikliklər isə müxtəlif regionlara fərqli təsir göstərir: bir yerdə güclü quraqlıq varsa, başqa regionlarda yağıntılar çox olur. Belə təbii balans quraqlıqların bütün qitələri eyni anda əhatə etməsinin qarşısını alır.

Dr. Bhatia əlavə edib: "Araşdırmamız göstərir ki, qlobal istiləşmə qarşısında aciz deyilik."

Son illərdə baş verən ekstremal təbiət hadisələri

Qeyd edək ki, 2025-ci ildə Şri-Lanka ən böyük təbii fəlakətlə üzləşib. Sel və torpaq sürüşmələri ölkənin yarısını əhatə edib, yüzlərlə insan həyatını itirib, minlərlə ev dağılıb, körpülər və əsas yollar zədələnib.

Belə fəlakətlər dünya iqtisadiyyatına təxminən 120 milyard dollar ziyan vurub. Tədqiqatçılar qeyd edirlər ki, son illərdə ekstremal hava hadisələrinin sayı rekord həddə çatıb. Cənub-Şərqi Asiyada, xüsusilə Tayland, İndoneziya, Şri-Lanka, Vyetnam və Malaziyada baş verən tufan və siklonlar nəticəsində 1750-dən çox insan həlak olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

04.10.2026 153
.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

04.10.2026 185
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 147
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

04.10.2026 385
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 121
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 147
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

04.10.2026 156
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

04.10.2026 159
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 183
.