100 yaşa qədər yaşamaq mümkündür - Qocalmağın qarşısını alan kəşf
Qərbi Avropada son 30 ilə yaxın müddətdə ölüm göstəriciləri təhlil edilib. Tədqiqat çərçivəsində 400 milyondan çox insanın məlumatı araşdırılıb. Nəticələr göstərib ki, insan orqanizmi daha uzun yaşamaq potensialına malikdir və hazırda aydın görünən bioloji limit yoxdur.
Lent.az xəbər verir ki, Şimali İtaliya, İsveçrə, İspaniyanın bəzi bölgələri və Paris ətrafında yaşayan əhali hər il daha uzun ömür göstəriciləri ilə seçilir. Bu isə göstərir ki, əlverişli sosial və tibbi şəraitdə insan orqanizmi yaş həddini daha rahat keçir.
Uzunömürlülük niyə coğrafiyadan asılıdır?
Avropada uzunömürlülük artıq iki fərqli istiqamətdə inkişaf edir. Bəzi bölgələrdə həyat müddəti artmaqda davam edir, digərlərində isə artım dayanıb və ya geriləyib.
Problemli ərazilər kimi Şərqi Almaniya, Belçikanın müəyyən hissələri və Böyük Britaniyanın bəzi bölgələri göstərilir. Bu yerlərdə orta ömür uzunluğu artım tempini demək olar ki, itirib.
Hansı amillər mane olur?
Alimlər əsas səbəb kimi 55-74 yaş arası, xüsusilə 65 yaş ətrafında olan insanlar arasında ölüm hallarının yüksəkliyini göstərirlər. Mütəxəssislərin fikrincə, bu yaş dövründə baş verən bir çox ölüm halları vaxtında tibbi nəzarət və daha yaxşı həyat şəraiti ilə qarşısı alına bilən hallardır.
Araşdırma müəllifləri vurğulayırlar ki, insanın daha uzun yaşaması üçün bioloji resurslar kifayət qədərdir. Lakin əlavə ömür illəri iqtisadi imkanlardan, səhiyyə sistemindən və sosial bərabərlikdən ciddi şəkildə asılıdır.
Bundan əlavə, biogerontologiya və epigenetika sahəsində aparılan yeni tədqiqatlar maraqlı nəticələr ortaya qoyub. Məlumata görə, ev heyvanı, xüsusilə it saxlayan qadınlarda bioloji yaşlanma prosesinin daha yavaş getdiyi müşahidə olunub. Epigenetik saatlar adlanan hüceyrə yaşını ölçən markerlərin təhlili göstərib ki, it sahiblərinin hüceyrə profili daha gənc olur.
Alimlər bu effekti fiziki aktivlik, psixoloji dəstək, stressin azalması və hormonal balansla əlaqələndirirlər.
Beləliklə, mütəxəssislər hesab edirlər ki, insan ömrünün potensialı artmaqda davam edir. Lakin bu imkandan yararlanmaq üçün sosial və iqtisadi bərabərsizlik problemlərinin həlli vacibdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 712 Tarix: 27 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
04.10.2026 153 Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video
"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki
04.10.2026 185 Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk
04.10.2026 147 Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
04.10.2026 385 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
04.10.2026 121 İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
04.10.2026 147 Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
04.10.2026 156 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
04.10.2026 159 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
04.10.2026 183