İcra hakimiyyətlərində ixtisarlar davam edir - Daha kimlər işdən çıxarılacaq?

İcra hakimiyyətlərində ixtisarlar davam edir - Daha kimlər işdən çıxarılacaq?Son zamanlar dövlət strukturlarında, xüsusilə də icra hakimiyyətlərində işçilərin ixtisarına gedilir. Belə ki, Ağsu Rayon İcra Hakimiyyətində 14, Tovuz Rayon İcra Hakimiyyətində isə 43 əməkdaş vəzifəsindən azad edilib.

Məlumatlara görə, bu addımlar rayon icra strukturlarında ştat sayının yenidən tənzimlənməsi və idarəetmə mexanizminin təkmilləşdirilməsi çərçivəsində atılır. Qeyd edək ki, uzun müddətdir rayon və şəhər icra hakimiyyətlərində ştat cədvəllərinin əsassız şəkildə genişləndirilməsi və büdcəyə əlavə yük yaratması ilə bağlı iddialar səslənirdi.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib ki, icra strukturunda ixtisarlar ümumi islahatların tərkib hissəsidir:

"Struktur islahatların həyata keçirilməsi ümumi islahatların əsas istiqamətlərindən biridir. Çünki struktur islahatları dövlət idarəetməsində çevikliyin təmin olunmasına, şəffaflığın artırılmasına xidmət edir. Həmçinin fiskal xərclərin optimallaşdırılmasına da imkan yaradır".

Deputat qeyd edib ki, işsiz vətandaşların işlə təmin olunması əsas prioritetlərdəndir:

"İşdən çıxarılan vətəndaşların işlə təmin edilməsi də əsas prioritetlərdəndir. Bu istiqamətdə istər dövlət, istərsə də özəl sektorda vətəndaşların işlə təmin olunması istiqamətində dövlət dəstəyinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşması daha məqsədəuyğundur. Çünki süni intellektin və rəqəmsal texnologiyaların inkişafı fonunda idarəetmə sisteminin daha çevik və effektiv hala gəlməsi müşahidə edəcəyik".

Parlamentari qeyd edib ki, özəl sektorlarda yeni iş yerlərinin yaradılması vacibdir:

"Özəl sektorun məşğulluqda payının artırılması vacib məqamlardandır. Bu, məşğulluğun dayanıqlığının qorunması baxımından mühüm rol oynayır. Sosial islahatların genişləndirilməsi kontekstində özəl sektorda yeni iş yerlərinin yaradılmasında dövlət dəstəyinin gücləndirilməsi, yeni layihələrin və dəstək mexanizmlərinin hazırlanması vacibdir. Sözügedən proses vətəndaşların işlə təmin olunmasında çətinliklərin qarşısının alınmasına xidmət göstərəcək".

V.Bayramov digər icra strukturlarında da eyni prosesin olub-olmayacağı məsələsinə toxunub:

"Azərbaycanda iqtisadi islahatlar davamlıdır. İdarəetmə strukturunda şəffaflığın gücləndirilməsi, süni intellekt və rəqamsal həllərdən daha yaxından istifadə ilə bağlı tədbirlərin davam etməsini müşahidə edəcəyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"AzerGold" QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub

"AzerGold" QSC-nin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri - "Daşkəsən Dəmir Filiz" MMC və "AzerBlast" MMC-nin rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəs

11:32 157
.

"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq

ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını

15:20 135
.

ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub

ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras

18:20 0
.

Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır

Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır. "Report" Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UP

15:30 127
.

Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1

21:15 0
.

Azərbaycanda hərbi qulluqçu VƏFAT EDİB - FOTO

Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərə

01:55 409
.

"Arzum"un səhhəti pisləşdi - Vəkilindən AÇIQLAMA

"TikTok"da daha çox "Arzum 99" ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib. BİG.AZ " "a istinadən xəbər verir ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev bildirib. Vəkilin sözlərinə görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdır. Vəkil onu da bildirib ki

15:14 318
.

Ərdoğan ABŞ ilə İran arasında əldə olunan atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə İstanbulda keçirdiyi görüşdə İslamabad razılaşması ilə ABŞ və İran arasında əldə edilən atəşkəsin bütün dünyaya təsir etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Türkiyə lideri "X" sosial şəbəkəsind

14:20 147
.

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarə

16:20 96
.

TOP MP3