Yurgen Klopp "Real Madrid"in baş məşqçisi olmaq üçün şərtlərini açıqladı
"Liverpul"un sabiq çalışdırıcısı Yurgen Kloppun yayda "Real Madrid"in baş məşqçisi vəzifəsinə təyin olunması ehtimalı gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis İspaniya klubundan gələcək mümkün təklif qarşılığında əməkdaşlıq üçün konkret tələblərini artıq müəyyənləşdirib.
Klopp "Kral klubu"nun sükanı arxasına keçməyə razılıq vermək üçün heyətin ciddi şəkildə gücləndirilməsini vacib sayır. Almaniyalı çalışdırıcı komandaya iki mərkəz müdafiəçisi və iki yarımmüdafiəçinin cəlb olunmasını şərt kimi irəli sürür. Bundan əlavə, o, braziliyalı hücumçu Endrikin yenidən komandaya qaytarılması məsələsində israrlı mövqe nümayiş etdirir.
Yayılan məlumatlara görə, tanınmış məşqçi hazırkı heyətdə bəzi köklü dəyişikliklərin edilməsinə də etiraz etmir. Belə ki, o, klubun aparıcı oyunçuları olan Cud Bellinqem və Eduardo Kamavinqa ilə yolların ayrılması variantını nəzərdən keçirməyə müsbət yanaşır.
Xatırladaq ki, Yurgen Kloppun son iş yeri İngiltərənin "Liverpul" klubu olub. O, 2015-ci ildən 2024-cü ilə qədər bu kollektivə rəhbərlik edib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 346 Tarix: 28 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zidan Fransa millisinin baş məşqçisi olacaq
Zinəddin Zidan Fransa milli komandasının baş məşqçisi təyinatı ilə bağlı Fransa Futbol Federasiyası (FF) ilə şifahi razılığa gəlib. "Qafqazinfo" MARCA-ya istinadən xəbər verir ki, FF prezidenti Filip Diallo artıq varisin seçildiyini təsdiqləyib. Lakin o, yeni baş məşqçinin kimliyini açıqlama
23.03.2026 683 Ronaldo milliyə çağırılmadı
"Əl Nəsr"in ulduzu Kriştianu Ronaldo Portuqaliya milli futbol komandasına çağırılmayıb. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldonun yoxluğunda Qonçalo Quedes 2022-ci ildən sonra ilk dəfə milliyə dəvət alıb. Qeyd edək ki, Ronaldo son həftələrdə aldığı bud əzələs
21.03.2026 450 Almaniyanın "Union" klubuna qadın baş məşqçilik edəcək
"Union" klubu baş məşqçi Şteffen Baumqartın istefasını açıqlayıb. "Report" xəbər verir ki, qərar Almaniya çempionatında səfərdə "Haydenhaym"a 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib. Əsas komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə 2026-cı il iyunun 30-dək əvvəllə
12.04.2026 443 Nəriman Axundzadə ABŞ-yə yollanıb
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə transfer olunduğu "Kolambus Kryu" klubunun düşərgəsinə qatılmaq üçün ABŞ-yə yollanıb. xəbər verir ki, bu barədə "Report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov məlumat verib. Forvard bu səhər yola düşüb
08.03.2026 617 Azərbaycan klubu səfərə getməyə pul tapmır
Azərbaycan II Liqasında çıxış edən "Quba" futbol klubu maddi problemlərlə üzləşib. Qaynarinfo xəbər verir ki, bu haqda klubun feysbuk sosial şəbəkəsi vasitəsilə ictimaiyyətə ünvanladığı müraciətdə bildirilib. "Bu gün "Araz Saatlı" ilə oyuna çıxmalı idik. Amma açıq deyək, bu oyun
23.03.2026 769 "Çelsi" pulunu geri qaytarmaq üçün Enzo Fernandesi "Real"a sata bilər
İngiltərənin "Çelsi" klubu 2023-cü ildə yarımmüdafiəçi Enzo Fernandes üçün ödədiyi 120 milyon avroluq transfer məbləğini geri qaytarmaq niyyətindədir. "Report" "TyC Sports"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə İspaniyanın "Real" kollektivi yaxında
22.03.2026 450 Modriç Avropanın "Top-5" liqalarında ən çox oyun keçirən ikinci futbolçu olub
İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Luka Modriç A Seriyasının XX turunda "Torino"ya qarşı keçirilən oyunda meydana çıxıb. "Report" xəbər verir ki, bununla da 40 yaşlı futbolçu son 18 ildə Avropanın "Top-5" liqalarında 550-dən çox oyun keçirən ikinci oyunç
22.03.2026 420 Luis Enrike PSJ ilə yeni müqavilə imzalamağa yaxındır
Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqavilə imzalamağa yaxındır. "Report" "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq bütün əsas şərtlər üzrə razılığa gəliblər. Yeni müqavilənin müddətinin 2030-cu ilə qədər qüvvədə olması gözlənilir. Mənb
11.04.2026 191 Sadio Mane Türkiyə yolunda: İki Superliqa klubu ulduz futbolçu üçün hərəkətə keçdi
Seneqal milli komandasının kapitanı Sadio Manenin karyerasını Türkiyə Superliqasında davam etdirəcəyi gözlənilir. xəbər verir ki, təcrübəli hücumameyilli oyunçu üçün həm "Beşiktaş", həm də İstanbulun digər təmsilçisi "Başakşəhər" elçi düşüb. Hazırkı klubu "Ən-Nəsr"lə müqaviləsini
11.04.2026 242