Aİ "Drujba" boru kəmərinə ekspert missiyasının göndərilməsi üçün Ukrayna ilə danışıqlar aparır
Avropa Komissiyası (AK) Macarıstanın Baş naziri Viktor Orbanın zədələnmiş "Drujba" boru kəmərinin vəziyyətini yoxlamaq üçün missiya təşkil etmək təşəbbüsünü alqışlayır.
"Report" Avropa bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseldə jurnalistlərə bildirib.
Baş nazir V.Orban fevralın 25-də Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya müraciət edərək, slovakiyalı və macarıstanlı ekspertlərin iştirakı ilə "Drujba" neft kəmərinin vəziyyətini yoxlamaq və faktları müəyyən etmək üçün missiya göndərilməsini xahiş edib.
"Biz Baş nazir Orbanın belə bir missiyanı həyata keçirməyə və onun nəticələrini qəbul etməyə hazır olmasını alqışlayırıq. Bu, çoxdan gözlənilən addımdır. İndi biz missiyanın necə və hansı formada keçiriləcəyini anlamaq üçün növbəti addımları atmalıyıq", - A.İtkonen bildirib.
Onun sözlərinə görə, Aİ hazırda missiya ekspertlərinin boru kəmərinə daxil ola bilməsi üçün Ukrayna hökuməti ilə əlaqə saxlayır.
İtkonen xatırladıb ki, Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayen bu həftənin əvvəlində Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə "Drujba" neft kəmərinin təmirini sürətləndirməyi xahiş edib. Eyni zamanda, Rusiyanın yeni hücumları ilə bağlı təhlükənin davam etdiyi şəraitdə bu cür təmir işlərinin aparılmasının çətinliyi ilə bağlı anlayış var. Təmirin müddəti barədə hələlik yeni məlumat yoxdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır
ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd
21:15 102 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
10:15 182 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın
16:20 169 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 278 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
20:19 412 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
17:40 160 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 227 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
18:40 130 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
22:15 35