Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar".
Bunu "Yeni Sabah"a qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.
O, bildirib ki, müasir toy məclislərində bu qədər israfçılığa ehtiyac yoxdur. A.Salamov Avropa ölkələrində toy süfrələrinin daha planlı təşkil edildiyini bildirib:
"Bu gün hər sahədə Avropalaşırıq, amma cibə faydalı məsələlərdə Avropalaşa bilmirik. Avropada toy məclislərində adətən İsveç masası qurulur. Yəni hər kəs istədiyi qədər məhsul götürüb yeyir. Mən 100-dən çox dəfə oradakı toy məclislərində iştirak etmişəm.
Onlarda menyu əvvəlcədən planlaşdırılır. İlk olaraq əsas menyu təqdim edilir və müəyyən məzələrin dadına baxılır. Daha sonra şorba və ya salat verilir. Ardınca isə süfrəyə ət təqdim olunur. Ətin miqdarı da 180 qramı keçmir. Hər şey kiçik porsiyalarla verilir və qonaqlar maşa servisi vasitəsilə istədikləri məhsulu götürürlər.
Bizim toylarda isə süfrədə hər şey olur. Lazım olub-olmamasından asılı olmayaraq isti və soyuq qəlyanaltılar, müxtəlif meyvələr, blinçik, toyuq, balıq, ləvəngi, balıq ruleti, salatlar, qutab, kabablar, bildirçin, tərəvəz kababı, plov, sonda isə tort və dondurma təqdim edilir. Bir insan bu qədər yeməyi yeyə bilərmi? Saydıqca qurtarmır. Bu qədər israfçılığa nə ehtiyac var?".
Ekspert bildirib ki, keçmişdə toylar palatkalarda keçirilirdi və menyuda cəmi bir-iki növ yemək olurdu:
"Mən bir qida eksperti kimi məsləhət görərdim ki, toy süfrəsində 2-3 növ soyuq qəlyanaltı, ən çoxu 2 növ salat və bir neçə isti yemək olsun. Üstəlik, süfrədə çörək və lavaş da olur. İçkiləri isə ümumiyyətlə nəzərə almırıq.
Bizdə insanlar uzun illərdir "kim nə deyər" prinsipi ilə yaşayırlar. Düşünmürəm ki, bu ənənəni yaxın müddətdə qıra bilək. Amma ümid edirəm ki, gələcəkdə bu yanaşma dəyişəcək. Stereotiplərdən biri də budur ki, yeməyi az versək, toya az pul yazdırarlar. Filankəs 10 növ yemək verib, mən də 20 növ verim deyərək hamıdan üstün görünməyə çalışırlar.
Düşünürəm ki, bütün bunlar dəyişməlidir. Çünki həddindən artıq qida qəbulu ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Musiqinin yüksək səslə səsləndirilməsi də ürəyə təsir edən amillərdəndir. Digər tərəfdən, burada israfçılıq və qida tullantıları məsələsi də var. Bu isə ətraf mühitə təsir göstərir və karbon emissiyalarının artmasına səbəb olur. Bütün bunları nəzərə almaq vacibdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 100 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477