ABŞ və İran Arasında Müharibə: Yaxın Şərq Yeni Böhran Astanasında - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran Arasında Müharibə: Yaxın Şərq Yeni Böhran Astanasında - POLİTOLOQDAN AÇIQLAMAABŞ ilə İran arasında gərginliyin açıq hərbi qarşıdurmaya çevrilməsi Yaxın Şərqdə uzun illərdir davam edən siyasi və təhlükəsizlik balansını ciddi şəkildə sarsıdan hadisə kimi qiymətləndirilir. Regional rəqabət, nüvə proqramı ətrafında artan mübahisələr və qarşılıqlı ittihamlarla müşayiət olunan münasibətlər nəhayət silahlı toqquşma mərhələsinə keçərək beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu həssas bölgəyə yönəldib. Baş verənlər təkcə iki ölkə arasındakı qarşıdurma deyil, həm də qlobal enerji bazarlarına, beynəlxalq təhlükəsizlik sisteminə və müttəfiqlər arasındakı siyasi münasibətlərə birbaşa təsir göstərə biləcək yeni geosiyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İlk zərbələr və qarşılıqlı hərbi addımlar fonunda dünya paytaxtlarında narahatlıq artır, diplomatik kanallar isə mümkün genişmiqyaslı müharibənin qarşısını almaq üçün intensiv fəaliyyətə başlayıb. Münaqişənin genişlənməsi region ölkələrini də prosesə cəlb edə və Yaxın Şərqi uzunmüddətli qeyri-sabitlik dövrünə sürükləyə biləcəyi ehtimal olunur.
ABŞ və İran Arasında Müharibə: Yaxın Şərq Yeni Böhran Astanasında - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, İranın danışıqları davam etdirib-etdirməyəcəyi ilə bağlı olan məlumatlar kifayət qədər spekulativ xarakter daşıyır və fərqli mənbələrdə fərqli məlumatlar paylaşılır, həttda Oman vasitəsi ilə artıq İranın ABŞ-a danışıqları davam etdirmək niyyəti ilə bağlı müraciət ünvanladığı xəbəridə mediada paylaşılır. Onun sözlərinə görə, İranın ümumiyyətlə danışıqları davam etdirmək niyyətində olmadığını və qisas əməliyyatının davam edəcəyi ilə bağlı atacağı addımlar fonunda müharibənin hansı maştabda genişlənməsi ilə bağlı dəyərləndirsək, düşünürəm ki, kifayət qədər dağıdıcı nəticələri özündə ehtiva edən və nəzarət edilməsi çətin olan bir müharibəyə çevrilmə ehtimalını daha çox özündə birləşdirir: "Çünki əgər Avropa dövlətləri ABŞ və İsrail tərəfindən müharibəyə qoşulsa, eyni zamanda regional dövlətlər, həm İslam həmrəliyi, həmdə regional təhlükəsizlik kontekstində müharibəyə cəlb olunsa, biz bunu artıq faktiki olaraq Rusiya-Ukrayna müharibəsi dövründə dörd illik müzakirə etdiyimiz üçüncu dünya müharibəsinin başlanma mərhələsi kimi qiymətləndirə bilərik. Çünki İranla-ABŞ-ın eləcədə İsrailin birbaşa olaraq quru sərhədlərinin olmadığınıda nəzərə alsaq, hava hücumundan hər hansısa bir formada əməliyyatların həyata keçirilməsi ancaq məhdud xarakter ala bilər və belə geniş maştablı müharibələrə mütləq şəkildə digər regional dövlətlər və eyni zamanda İranla qonşu olan dövlətlərində təsir ötüşməyəcəyi və hər hansısa bir formada cəlb olunacağı istisna edilmir. Ona görə düşünürəm ki, belə bir həssas məqamda dövlətlər provakativ çıxışlardan daha çox, hər iki tərəfi danışıqları davam etdirmək yönündə çağırışlar səsləndirdiyi halda biz regional və qlobal təhülkəsizliklə bağlı ola biləcək ciddi narahatlıq yaradan məqamda hər hansısa bir sabitlikdən danışa bilərik. Əks halda üçüncü dünya müharibəsi kontekstində yeni bir münaqişə ocağının yaranması və bunun daha dağıdıcı fəsadlarla nəticələnməsi qaçılmazdır.

Düşünürəm ki, əslində Xamneinin öldürülməsi və davamında dövlət struklarının, dövlət başçısının verdiyi bəyanatlar, eyni zamanda İran cəmiyyətində həmrəliklə bağlı olan çağırışlar onu deməyə əsas verir ki, əslində bu mərhələyə İran müəyyən mənada hazırlıqlı idi. Çünki biz bir neçə gün bundan öncə Xamneinin ona qarşı ola biləcək sui qəsd fonunda dövlətin idarəetmə planı ilə bağlı bir sənədi təsdiqlədiyinində şahidi olduq. Deməli kəşfiyyat məlumatları artıq belə bir hazırlıq dövrünü keçmişdir və bundan sonrakı mərhələdə ola biləcək bütün hücumlara, dövlət və ictimai xadimlərin həyatına ola biləcək qəsddən sonrakı mərhələdə dövlətin idarə olunması və parçalanmanın qarşısının alınması, eyni zamanda birmənalı şəkildə onların ifadə etdiyi kimi desək qisas əməliyyatının davam etdirilməsi ilə bağlı müəyyən bir planlar və ssenarilər var. Amma təbiiki davamlı şəkildə bu hücumun həyata keçirilməsi və ABŞ, digər Qərb dövətlərinin proseslərə cəlb olunması fonunda İranın uzun müddət tab gətirəcəyini deyə bilmərik. Bu kifayət qədər ciddi ölçüdə geniş maştablı bir müharibədir və potensialları və resursları dəyərləndirəndə heçdə qarşılıqlı qüvvələr balansını biz müşahidə edə bilmirik. Ancaq hər bir halda vurğulanmalı olan tək məqam onunla bağlıdır ki, Amerika kimi kifayət qədər önəmli fövqəl dövlətin, qlobal gücün qarşısında İranın son iki gündə sərgilədiyi mövqe bir daha onu deməyə əsas verir ki, İranda bu istiqamətdə müəyyən mənada plan və ssenarılər əvvəlcədən cızılmış xətt üzrə edir.

Həttda media paylaşılan informasiyalarda Pezeşkianın səlahiyyətlərinin təhlükəsizlik məqsədi ilə müəyyən mənada məhdudlaşdırılması ilə bağlı informasiyalarda müzakirələrə səbəb olmuşdu. Düşünürəm ki, ali dini lider institutu bu istiqamətdə prezidentin, eyni zamanda digər dövlət qurumlarının səlahiyyətlərini məhdudlaşdırıcı təsir mexanizmlərini hələdə qoruyur. Amerikanın və İsrailin əsas hədəfidə məhz bu institutun sıradan çıxarılması və yeni bir idarəçilik sisteminin İrana gətirilməsi ilə bağlıdır. Düşünürəm ki, əməliyyatlar məhz bu istiqamətdə davam edəcək və onların istədiyi formada hər hansısa bir yeni idarəçilik sistemi, yada mövcud institut çərçivəsində yumşalma müşahidə edildiyi halda qısa müddətdə hərbi əməliyyatlar dayanacaq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1823   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

21:15 102
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 182
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 169
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 278
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 412
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

17:40 160
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 227
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 130
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

22:15 35
.