8 Mart ölkəmizdə sevilən bayram kimi qeyd olunur

8 Mart ölkəmizdə sevilən bayram kimi qeyd olunurBu gün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəxalq Qadınlar Günü sevilən bayram kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir. Çünki ölkəmizin qadınları buna layiqdirlər. Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq olmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olaraq, öz dərin zəkaları və tükənməz daxili potensialları ilə tarixin bütün dövrlərində olduğu kimi bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Azərbaycan qadınları ana olmaqla yanaşı, eyni zamanda ictimai fəaliyyətləri ilə müasir proseslərə ayaqlaşaraq intellektual səviyyələrini daim artırır, yüksək təhsilə malik, kamil şəxsiyyət kimi formalaşırlar. Qadınlara qayğı həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qadınların problemləri ilə maraqlanmış, onların irəli çəkilməsi üçün lazımı şərait yaratmışdır. "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün və gələcəyimizin dayağıdır" deyən Ulu Öndər Heydər Əliyevin fərman və sərəncamları ilə Azərbaycan Respublikasında qadın siyasətinin əsası qoyulmuş, ölkəmiz "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında", "Qadınların siyasi hüquqları haqqında", "Nigaha daxil olmağa razılıq, minimal nigah yaşı və nigahların qeydə alınması haqqında" beynəlxalq konvensiyalara qoşulmuşdur.
1998-ci ilin 14 yanvarında Ulu Öndər Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il, eyni zamanda, müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir. 2000-ci il mart ayının 6-da "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin Həyata Keçirilməsi Haqqında" Fərmanın qəbul edilməsi isə ölkəmizdə qadın siyasətinin həyata keçirilməsi istiqamətində atılan növbəti addım olmuşdur. Ümummilli Liderin qadınlara olan sonsuz qayğısının, qadın problemlərinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün qadınlar dövlətimizin hərtərəfli inkişafında mühüm rola malikdirlər.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2006-cı il fevral ayının 6-da "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Sərəncam imzalamaqla bu sahəyə dövlət qayğısını bir daha nümayiş etdirdi. Qadınların problemlərinin həlli ilə bağlı konkret qanunvericilik bazası yaradaraq, onların irəli çəkilməsi üçün şərait yaratdı.
Azərbaycanı beynəlxalq miqyasda yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasında müstəsna xidmətlər göstərən, Heydər Əliyev Fondunun Prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin "yumşaq güc" siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Əziz qadınlar! Mən də öz adımdan Sizləri bu gözəl bayramınız münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram!

Adil Hüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 940   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

21:15 102
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 182
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 169
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 278
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 412
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

17:40 160
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 227
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 130
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

22:15 35
.