Trampın Çinə Səfəri: Vaşinqton-Pekin Münasibətlərində Yeni Mərhələ - POLİTOLOQDAN AÇIQLAMA

Trampın Çinə Səfəri: Vaşinqton-Pekin Münasibətlərində Yeni Mərhələ - POLİTOLOQDAN AÇIQLAMAABŞ Prezidenti Donald Trampın 31 mart-1 aprel tarixlərində Çinə planlaşdırılan səfəri qlobal siyasətin ən diqqətlə izlənilən hadisələrindən birinə çevrilib. Vaşinqton və Pekin arasında son illərdə artan iqtisadi rəqabət, ticarət mübahisələri və təhlükəsizlik məsələləri fonunda baş tutacaq bu səfərin iki böyük güc arasındakı münasibətlərin gələcək istiqamətinə ciddi təsir göstərəcəyi gözlənilir. Dünya ictimaiyyəti görüşü həm siyasi dialoq, həm də geosiyasi balans baxımından mühüm mərhələ kimi qiymətləndirir.
Trampın Çinə Səfəri: Vaşinqton-Pekin Münasibətlərində Yeni Mərhələ - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Amerika və Çin arasında hazırda əsas problem, əsas rəqabət məhz tariflərlə bağlıdır. Onun sözlərinə görə, Amerikada Tramp hakiməyyətə gəldikdən sonra Çinlə bağlı bu məsələlər dahada sərtləşdirilib: "Amma Çinə tətbiq olunan tariflərdən sonra Çinində adekvat addımlar atması Amerika iqtisadiyyatına ziyan vurmağa başlayıb. Belə görünür ki, Tramp məsələni yerində müzakirə etmək və ortaq mövqe tapmaq üçün Çinə gedir. Ancaq onuda qeyd edim ki, Çin tərəfininin səfər ilə bağlı rəsmi açıqlaması yoxdur. Vaşinqton və Pekin arasında hazırda da diplomatik kanallar vasitəsilə müzakirələr gedir. Müzakirələrdə görünür Çin öz şərtlərini irəli sürür ki, bu şərtlər tam razılaşdırılmadığı üçün Çin səfər ilə bağlı rəsmi açıqlama verməyib.

Çin və Amerika arasında əsas rəqabətə gəldikdə isə Amerikanın rəqabət apardığı Çinlə yenədə əməkdaşlığı davam etdirməsi normaldır. ABŞ admistrasiyasının fərqli siyasəti var. Amerika Çinlə siyasətində Çinin tamamilə sıradan çıxarılması siyasətini güdmür. Bu çox çətin prosesdir. Yəni Çin tamamilə qlobal siyasətdən təcrid oluna bilməz. Çinin potensialı buna imkan vermir. Son 10-20 il ərzində Çin qlobal siyasətdə kifayət qədər böyüyüb. Amerika ona görədə daha çox Çinin təsir imkanlarının olduğu yerlərdə nəzarəti ələ keçirməyə çalışır. Çin Mərkəzi Asiyada öz mpvqeyini gücləndirən kimi, Amerikada dərhal Mərkəzi Asiyada öz mövqeyini gücləndirir.

Bu kontekstdən baxdıqda hesab edirəm ki, Amerikanın əsas məqsədi Çinlə ticarət əlaqələrini davam etdirmək, amma burda daha çox Amerikanın maraqlarının ön planda saxlanılmasıdır. Trampın Çinə səfərinin əsas məqsədi tariflər məsələsində razılaşma əldə etməkdir. Digər tərəfdən isə görünür burda istisna edilmir ki, Tramp qlobal siyasətdə Çinin bir çox proseslərdə Amerikanın maraqlarını nəzərə almasını təmin etməyə çalışacaq. Təbiiki aparılacaq danışıqların nəticəsi həmdə Çin və Amerika arasında qlobal rəqabətədə təsir edəcək. Yəni rəqabətin inkişafınıda müəyyənləşdirəcək. Rəqabət dahada sərtləşə və ya müəyyən qədər loyallaşada bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

21:15 102
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 182
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 169
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 278
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 412
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

17:40 160
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 227
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 130
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

22:15 35
.