ABŞ-İran Gərginliyi Neft Qiymətlərini Artıra bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ-İran Gərginliyi Neft Qiymətlərini Artıra bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAABŞ ilə İran arasında hərbi qarşıdurma ehtimalının artması qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Yaxın Şərqin dünya neft ehtiyatlarının və ixrac marşrutlarının mühüm hissəsini təşkil etməsi səbəbindən regionda baş verən hər hansı eskalasiya birbaşa neft qiymətlərinə təsir göstərə bilər. Xüsusilə Fars körfəzi və strateji dəniz yolları ətrafında təhlükəsizlik risklərinin yüksəlməsi bazarlarda qeyri-müəyyənliyi artıraraq qiymətlərin bahalaşması ehtimalını gündəmə gətirir. Münaqişənin genişlənəcəyi halda neft tədarükündə mümkün fasilələr, sığorta və nəqliyyat xərclərinin artması, eləcə də investorların riskdən qaçma davranışı enerji bazarında yeni qiymət dalğalanmalarına səbəb ola bilər. Bu isə həm istehsalçı, həm də idxalçı ölkələrin iqtisadiyyatına birbaşa təsir edəcək amillərdən biri kimi qiymətləndirilir.
ABŞ-İran Gərginliyi Neft Qiymətlərini Artıra bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, Yaxın Şərqdəki gərginlik, İran ətrafındakı hadisələr və müharibənin şiddətlənməsi neft qiymətlərinə təsir göstərəcəkdi. Yəni bu gözlənilən idi. Hazırda dünya bazarında neftin qiyməti 80 dolları keçib. Təbiiki Azərbaycan kontekstindən baxdıqda bu bizim neft gəlirlərimizin artması deməkdir. Amma bunun uzunmüddətli olacağını düşünmürəm. Yəni hər şey müharibənin hansı həddə qədər davam etməsindən asılı olacaq. Müharibə çox tez, yəni bir neçə günə yekunlaşarsa o zaman neft qiymətlərində yenidən aşağı düşmə prosesi baş verəcək. Onun sözlərinə görə, çünki neftin qiymətinin artmasının fundamental səbəbi yoxdur: "Yəni nə hasilatla bağlı problem var, nədə dünyada neft hasilatının azalması baş vermir. Əksinə dünən OPEC+ təşkilatı aprelin 1-dən ölkələrin kvotalarını artırdı. 200 min bareldən çox gündəlik neft hasilatı artacaq. Yəni hasilatla bağlı problem yoxdur. Problem logistika və müharibə gərginliyi ilə bağlıdır.

Eyni zamanda problem hörmüz boğazının bağlanması və digər məsələlərlə bağlıdır. Bu gərginlik azalan kimi neftin qiymətidə ucuzlaşa bilər. Amma gərginlik uzun müddət, yəni bir neçə həftə davam etsə, neftin qiyməti hazırda 80 dollardırsa, 90 dollara qədər arta bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

21:15 102
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 182
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 169
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 278
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 412
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

17:40 160
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 227
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 130
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

22:15 35
.