Aspartam Bir Çox Ölkədə Qadağan Edilib, Azərbaycanda isə Hələdə İcazəlidir - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Aspartam Bir Çox Ölkədə Qadağan Edilib, Azərbaycanda isə Hələdə İcazəlidir - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illər süni dadlandırıcıların insan sağlamlığına təsiri ilə bağlı aparılan araşdırmalar dünyada geniş müzakirələrə səbəb olub. Xüsusilə qida və içki sənayesində geniş istifadə edilən aspartam maddəsi bir sıra ölkələrdə qadağan edilsə də, Azərbaycanda onun istifadəsi hələ də məhdudlaşdırılmayıb. Bu vəziyyət qida təhlükəsizliyi və dövlət nəzarəti mexanizmləri ilə bağlı sualları gündəmə gətirir. Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumların aspartamın mümkün sağlamlıq riskləri ilə bağlı açıqlamaları müzakirələri daha da gücləndirib. Bir çox ölkədə bu maddənin istifadəsinə qadağalar tətbiq olunduğu halda, Azərbaycanda mövcud qaydaların dəyişməməsi əsas sualı gündəmə gətirir: sağlamlıq riskləri fonunda aspartam niyə hələ də qadağan edilməyib?
Aspartam Bir Çox Ölkədə Qadağan Edilib, Azərbaycanda isə Hələdə İcazəlidir - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda bir çox qazlı içkilər və şəkərsiz saqqızların tərkibində aspartam var. Rəsmi qurumlar onu müəyyən doza daxilində təhlükəsiz saysa da, mən bir qida mütəxəssisi olaraq bu maddəyə ehtiyatla yanaşıram. Onun sözlərinə görə, 2023-cü ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) aspartamı "insanlar üçün mümkün kanserogen" (2B qrupu) kimi təsnif etdi: "Bu, tam sübut olunmuş xərçəng səbəbi demək deyil, amma risk ehtimalının elmi səviyyədə qəbul edildiyini göstərir. Mənim üçün bu, "tam təhlükəsizdir" demək üçün kifayət qədər əsas olmadığını göstərir.

Aspartam orqanizmdə parçalanaraq fenilalanin, aspartik turşu və metanol əmələ gətirir. Həmçinin bəzi araşdırmalar süni şirinləşdiricilərin bağırsaq mikrobiotasına təsir edə biləcəyini göstərir. Bağırsaq sağlamlığının immun sistem və metabolik xəstəliklərlə əlaqəsini nəzərə alsaq, bu, diqqətə alınmalı mövzudur.

Bəli, Avropa Qida Təhlükəsizliyi Qurumu gündəlik təhlükəsiz dozanı 40 mq/kq olaraq müəyyən edib. Amma burada iki vacib məqam var:

1. İnsanlar çox vaxt bir mənbədən yox, bir neçə məhsuldan aspartam qəbul edir.

2. "Təhlükəsiz doza" anlayışı sıfır risk demək deyil, sadəcə qəbul edilə bilən risk səviyyəsidir.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ildə çəki nəzarəti üçün qeyri-şəkərli şirinləşdiricilərin uzunmüddətli faydasının sübut olunmadığını və metabolik risklərlə bağlı sualların qaldığını bildirdi.

Mənim mövqeyim belədir:
Əgər bir maddə ilə bağlı uzunmüddətli risk müzakirəsi davam edirsə və alternativ olaraq su, mineral su, təbii dadlandırıcılar və ya ümumiyyətlə şəkərsiz seçim mümkündürsə, niyə riskli variantı seçək?

Profilaktik yanaşma baxımından - xüsusilə uşaqlar, hamilələr və xroniki xəstəliyi olan şəxslər üçün - aspartamlı məhsulların müntəzəm istifadəsini məsləhət görmürəm.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1757   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

21:15 102
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 182
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 169
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 278
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 412
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

17:40 160
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 227
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 130
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

22:15 35
.