Virtual kart daha təhlükəsizdir?
"Bank kartının təhlükəsizliyi hər bir istifadəçinin diqqətindən asılıdır. PİN kodunuzu heç vaxt kartın üzərində, telefonunuzda və ya başqa bir yerdə yazmayın. Bu məlumat yalnız sizə məxsus olmalıdır və heç kimə açıqlanmamalıdır. Kartın arxa tərəfindəki təhlükəsizlik kodunu (CVV), bitmə tarixini və PİN kodunu üçüncü şəxslərlə paylaşmaq olmaz. Bu məlumatlardan yalnız etibarlı və təhlükəsiz mühitdə istifadə edilməlidir".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı, Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, elektron poçt və ya qısa mesaj vasitəsilə bank adından göndərildiyi iddia olunan keçidlərə daxil olmaq təhlükəlidir. Bu cür mesajlar dələduzluq məqsədi daşıya bilər. Onlayn bank hesabında iki mərhələli təsdiqləmə funksiyasını aktiv etmək tövsiyə olunur. Bu halda hesaba giriş zamanı əlavə təsdiq kodu tələb olunur və məlumatlar ələ keçirilsə belə, icazəsiz girişin qarşısı alınır:
"Onlayn bank xidmətlərindən ictimai internet şəbəkələrində istifadə etmək risklidir. Həmişə təhlükəsiz və şəxsi internet bağlantısına üstünlük verilməlidir. Bankomatdan istifadə edərkən qurğu diqqətlə yoxlanmalı, şübhəli detal və ya əlavə qurğu aşkar edildikdə həmin bankomatdan istifadə edilməməlidir. PİN kod daxil edilərkən klaviatura əllə örtülməlidir ki, kənar şəxslər bu məlumatı görə bilməsin. Ödəniş zamanı təqdim olunan qəbz isə vəsaitin hesabdan düzgün silindiyinə əmin olana qədər saxlanmalıdır.
Bankın rəsmi mobil tətbiqindən və əməliyyat bildiriş xidmətindən istifadə etmək hesabda baş verən dəyişikliklər barədə dərhal məlumat almağa imkan verir. Onlayn ödənişlər üçün məbləğ limiti müəyyən etmək də təhlükəsizlik baxımından vacibdir. Bu, yüksək məbləğlərin icazəsiz çıxarılmasının qarşısını ala bilər.
Kart itirildikdə və ya oğurlandıqda dərhal bankla əlaqə saxlanmalı və kart bloklanmalıdır. İstifadəçi özü tərəfindən həyata keçirilməyən əməliyyat barədə bildiriş aldıqda da gecikmədən tədbir görülməli və bank məlumatlandırılmalıdır.
Onlayn ödənişlər zamanı virtual kartlardan istifadə etmək daha təhlükəsiz hesab olunur. Belə halda karta yalnız ödəmə üçün lazım olan məbləğ köçürülür və əməliyyat həmin kart vasitəsilə həyata keçirilir. Bu üsul mümkün riskləri minimuma endirir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 713 Tarix: 02 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır
ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd
21:15 102 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
10:15 182 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın
16:20 169 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 278 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
20:19 412 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
17:40 160 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 227 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
18:40 130 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
22:15 35