İRANDAKI SAVAŞ AZƏRBAYCANIN ƏRZAQ BAZARINI "VURACAQ"? - "Yüzlərlə məhsul bahalaşa bilər..."

İRANDAKI SAVAŞ AZƏRBAYCANIN ƏRZAQ BAZARINI "VURACAQ"? - "Yüzlərlə məhsul bahalaşa bilər..."Məlum olduğu kimi, Yaxın Şərqdə son günlər hərbi-siyasi gərginlik yenidən artıb. İsrail və ABŞ-nin İran ərazisinə zərbələr endirməsi, İranın isə regiondakı ABŞ hərbi bazalarını hədəfə alması bölgədə qarşıdurmanın daha geniş miqyas alma ehtimalını gündəmə gətirib. Proseslərin nə qədər davam edəcəyi və hansı mərhələyə keçəcəyi hələlik bəlli deyil. Lakin baş verənlər təkcə hərbi deyil, həm də iqtisadi baxımdan region ölkələrinə, o cümlədən Azərbaycana təsirsiz ötüşməyə bilər.

İllərdir Azərbaycanda İran istehsalı olan ərzaq və gündəlik tələbat mallarının satışı ilə məşğul olan xüsusi mağazalar fəaliyyət göstərir. Xüsusilə Bakıda belə obyektlərin sayı daha çoxdur.

Paytaxtda "Nə alsan 1 manat" kampaniyaları ilə tanınan bəzi mağazalarda məhsulların ucuz olmasının əsas səbəblərindən biri də məhz İran mallarının geniş paya malik olmasıdır. Hazırda paytaxtda və cənub bölgəsində yerləşən ticarət mərkəzlərində İran istehsalı olan ərzaq, ədviyyat, çərəz və digər gündəlik məhsullar geniş çeşiddə təqdim olunur.

Statistik göstəricilərə görə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə cüzi dəyişərək 644 milyon dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 647 milyon dollar olub. 2025-ci ildə Azərbaycan İrandan əsasən portağal (14,3 milyon dollar), kartof (13,6 milyon dollar), qida üçün yararlı duz və yodlaşdırılmış məhsullar (11,8 milyon dollar), badımcan (9,4 milyon dollar), peçenye (8,8 milyon dollar), kərə yağı (8,7 milyon dollar), bibər (8,3 milyon dollar), xurma (6,4 milyon dollar), soğan (6,1 milyon dollar), yerkökü (5,7 milyon dollar), kələm (4,5 milyon dollar), pendir (4,1 milyon dollar), kivi (3,1 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

Bununla yanaşı, idxalda əsas ağırlıq sənaye və tikinti məhsullarının payına düşüb. Həmin dövrdə İrandan azot (84,8 milyon dollar), arqon (48,7 milyon dollar), mərmər qırıntıları və tozu (20,1 milyon dollar), tikinti daşlarının dənəvərləri və qırıntıları (18,9 milyon dollar), təbii barium sulfatı (12,5 milyon dollar), ağ portlandsement (9,7 milyon dollar), hipoxlorit və xloritlər (6,9 milyon dollar), dinatrium karbonat (5,8 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub. Göründüyü kimi, İranla ticarətdə sənaye və tikinti məhsullarının həcmi ərzaq məhsullarını üstələyir.

Qeyd edək ki, regionda baş verənlər fonunda ucuz seqmentdə satılan gündəlik İran malların bahalaşması ehtimalı istisna edilmir.

İqtisadçı Xalid Kərimli "AzPolitika"ya şərhində bildirib ki, İranda baş verən hadisələr və bu ölkədən idxalın məhdudlaşması yerli bazarda qiymət artımına təsir göstərə bilər. Onun sözlərinə görə, bu təsir birmənalıdır.
İRANDAKI SAVAŞ AZƏRBAYCANIN ƏRZAQ BAZARINI "VURACAQ"? - "Yüzlərlə məhsul bahalaşa bilər...""Hətta İrandan idxal olunan məhsullarda birbaşa problem yaranmasa belə, İran üzərindən həyata keçirilən daşınmalarda çətinliklər yarana bilər. Azərbaycan İrandan təkcə bu ölkənin məhsullarını almır, eyni zamanda İran ərazisi vasitəsilə tranzit daşımalar həyata keçirilir. Naxçıvana, Türkiyəyə, eləcə də Çindən və digər şərq ölkələrindən idxalın əhəmiyyətli hissəsi Bəndər-Abbas limanı üzərindən reallaşır. Hazırda həmin limanın vurulması isə logistika zəncirində riskləri artırır. Bu da qeyd olunan məhsullar üzrə qiymət artımına səbəb ola biləcək amillər yaradır", -deyə iqtisadçı qeyd edib.

Ekspert vurğulayıb ki, mağazalar fəaliyyətlərini davam etdirmək üçün ya İrandan məhsulları daha baha qiymətə almağa məcbur qalacaqlar, ya da Türkiyə və digər alternativ bazarlara yönələcəklər:"İndiyədək bir çox sahibkarlar məhsulları İrandan daha əlverişli və ucuz olduğu üçün gətirirdilər. Alternativ bazarlar isə qiymətlərin sabit qalacağı anlamına gəlmir. Əksinə, məhsulların bahalaşması ehtimalı yüksəkdir. Söhbət yüzlərlə məhsul növündən gedir və hər biri üzrə qiymət artımı baş verə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1100   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.