Əli Mirəliyevin leksik avaragorluğu: jurnalisti söyən "sənətkar"

Əli Mirəliyevin leksik avaragorluğu: jurnalisti söyən "sənətkar"Əli Mirəliyev əksəriyyətin ağlına onun hansısa mahnısı yox, efirlərdə çıxardığı rəzalət gəlir. Məsələn, canlı efirdə bir müğənninin qolundan, üzündən öpərək pornoqrafik səslər çıxarması, yenə canlı efirdə rəqqasənin qabağında diz çöküb əl çalması, "həyat yoldaşımla bacı-qardaşıq" deməsi, - yox, hələ davamı var - efirdə müəllifi olmadığı mahnını öz adına çıxarmağa çalışması, Roza Zərgərli ilə canlı yayımda diz çöküb qucaqlaşması, öpməsi və sair və ilaxır yada düşür. Bir sözlə, sənətdən başqa hər şey. Sənət olmayanda belə hərəkətlərlə diqqət çəkmək ehtiyacı yaranır, əksəriyyət onu bu əxlaqi "süddənyanıqlıqla" tanıyır. Oxumağa gəlincə isə, qarşında səni dinləyən nəhəng bir divar qalır və sən də əlindəki mikrofonla çevrilib olursan "divaraoxuyan".

Bu gün efir qadağası qoyulan müğənnilərin qeyri-rəsmi siyahısı dərc edilmişdi. Siyahıda Əli Mirəliyevin də adı var idi.

Lent.az-ın əməkdaşı Əli Mirəliyevə zəng edərək bununla bağlı münasibətini öyrənməyə çalışdı. O, isə ən ağır təhqirlər və söyüşlərlə öz leksik avaragorluğunu ortaya qoydu. Olmazın söyüşlərini söyüb telefonu bağladı. Yox, bununla da ürəyi soyumadı, daha sonra zəng edib operator xanım əməkdaşımızı da təhqir etdi.

Siyahı hər nə qədər rəsmi olmasa da, Əli Mirəliyev bu davranışı ilə bir daha sübut etdi ki, onun kimiləri nəyinki efirə, heç sünnət məclisinə də çağırmaq lazım deyil. Efirdə onu-bunu öpməklə əldən düşmüş fantaziyalarını imitasiya edən Əli Mirəliyev bilməlidir ki, zəng edib ondan açıqlama almaq istəyən jurnalistə o cür təhqirlər yağdırmaq, yüngül desək, mənəvi "xuliqanlıqdır". Əli Mirəliyev o vaxt efirdə "uzanıb öləndə" başa düşməli idik ki, bu ölmək başqa cür ölməkdir...

Məsələyə hamı bizim kimi təmkinli yanaşmır, eşidib-bilən olsa, deyəcək ki, yaşlanıb, ağlı gedib. Amma biz Əli Mirəliyevə yaşıllığın gətirdiyi müdriklik, dinclik və səbri arzulayırıq...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1159   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.