Türkiyə Fatma müəllimdən danışır - Şagirdi qətl planını belə qurub+Video

Türkiyə Fatma müəllimdən danışır - Şagirdi qətl planını belə qurub+Videoİstanbulda Texniki Anadolu Liseyin müəllimi Fatma Nur Çelik 17 yaşlı şagirdi tərəfindən bıçaqlı hücuma məruz qalıb.

"Qafqazinfo" xəbər verir ki, hücumda ağır yaralanan 44 yaşlı biologiya müəllimi həkimlərin səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Onun cənazəsi çalışdığı məktəbə gətirilib və vida mərasimi keçirilib. Həmin görüntülər Türkiyə gündəmini zəbt edib.

İlkin məlumata görə, hadisəni törədən şagird ötən il məktəbdə davada iştirak edib və müəllim iclasda həmkarlarına "canımız təhlükə altındadır" deyərək xəbərdarlıq edib.

İddialara görə, 17 yaşlı şagird hadisədən iki gün əvvəl atası tərəfindən Bakırköy Mazhar Osman Ruhi və Sinir Xəstəlikləri Mərkəzindən çıxarılıb.

O, xəstəxanadan çıxdıqdan sonra, müəllimin hansı saatda hansı sinifdə olduğunu öyrənmək üçün məktəbin dərs cədvəlini yoxlayıb və sonra buna uyğun plan qurub.

Səhər məktəbə çatan şagird birbaşa sinif otağına gedib və saat 11:00 radələrində əvvəlcə müəllim Fatma Nur Çeliyə bıçaqla hücum edib.

Müdaxilə etməyə çalışan 15 yaşlı şagird və daha bir müəllim də yaralanıb.

Ölkə gündəminə düşən hadisəyə Prezident Rəcəb Tayyib Ərdoğan belə münasibət bildirib:

"Törədilən dəhşətli hücumda vəfat edən müəllimimiz Fatma Nur Çelik üçün Allahdan rəhmət diləyirəm.

Mərhumun ailəsinə və yaxınlarına, eləcə də ölkəmizə böyük fədakarlıqla xidmət edən bütün təhsil ictimaiyyətinə başsağlığı verirəm. Müəllimlərimizə qarşı zorakılığa heç bir bəraət qazandırmaq olmaz.

Zorakılığı, hətta, müəllimə hörmətsizliyi belə bir kənara qoysaq, haqqında "Mənə bir hərf öyrədən hər kəsə 40 il kölə olaram" deyilən şəxsə qarşı edilən bu hərəkət qəbuledilməzdir.

Bütün millətimizi kədərləndirən bu hadisə qətiyyətlə araşdırılacaq və cinayətkarın layiq olduğu cəzanı alması üçün lazım olan hər şey ediləcək.

Həmçinin eyni hücumda yaralanan müəllimimiz və şagirdimizin tezliklə sağalması üçün Uca Tanrıya dualar edirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1054   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.