Sürətli Qida, Yavaş Sağlamlıq: Paketləşdirilmiş Məhsulların Gizli Təhlükəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Sürətli Qida, Yavaş Sağlamlıq: Paketləşdirilmiş Məhsulların Gizli Təhlükəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illərdə fast food məhsulları, paketləşdirilmiş qidalar və qazlı içkilər gündəlik qida rasionunun ayrılmaz hissəsinə çevrilib. Xüsusilə şəhər həyatının sürətli tempi insanları tez hazırlanan, ucuz və əlçatan qidalara yönəldir. Lakin bu məhsulların tərkibində yüksək miqdarda şəkər, duz, trans yağlar və müxtəlif dad gücləndiricilərin olması onların sadəcə qida deyil, müəyyən mənada "asılılıq yaradan" vasitəyə çevrilməsinə səbəb olur. İnsan bir dəfə bu dadlara alışdıqdan sonra orqanizm daha çoxunu tələb edir və nəticədə sağlam qidalanma vərdişləri arxa plana keçir. Bu cür qidalar beyində mükafat mexanizmini aktivləşdirərək qısa müddətli həzz hissi yaradır. Bu isə insanı təkrar-təkrar eyni məhsullara yönəldir. Nəticədə artıq çəki, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər ciddi sağlamlıq problemləri yaranır. Bəs insanları bu asılılıq yaradan qidalardan necə uzaq tutmaq olar? Maarifləndirmə, sağlam qida seçimlərinin təşviqi və ailədən başlayan düzgün qidalanma mədəniyyəti bu problemin həllində əsas rol oynaya bilər. Bu mövzu cəmiyyətin sağlam gələcəyi baxımından xüsusi diqqət tələb edir.
Sürətli Qida, Yavaş Sağlamlıq: Paketləşdirilmiş Məhsulların Gizli Təhlükəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı Sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, məcbur olmadıqca fast-food qidalanma tərzinə müraciət etməməliyik. Onun sözlərinə görə, bu qidalarda problem yalnız kalori deyil: "Bu qidalarda adətən eyni anda duz, şəkər, yağ çox olur. Orqanizmimiz qısa müddətə doyduğunu hiss edir. Amma sonra yenə acırıq və yenidən yemək istəyirik. Əgər mütəmadi fast-foodla qidalanırıqsa, əsas risklər çəki artımı, qan təzyiqinin yüksəlməsi, qan yağlarının pisləşməsi, qanda şəkərin tez-tez dəyişməsi hallarıdır. Bir də xroniki halsızlıq, mədə yanğısı, şişkinlik kimi gündəlik narahatlıqlar artır. Belə qidalarda lif az olur, tərəvəz az olur, su balansı pozulur.

Fast-food qidalarda çox vaxt E621 adlı qida qatqı maddəsi qatılır. Digər adı ilə monomatrium qlutamatdır. Bu maddə istənilən qidaya qatıldıqda o qidaya qarşı bizdə asılılıq yaranır. Həmçinin dad kombinasiyası çox güclüdür. Duz, yağ, şəkər birlikdə beyində mükafat sisteminə təsir edir. Yəni beyin bunu tez məmnunluq kimi qəbul edir və həmin hissi təkrar axtarır. Fast-food çox vaxt çox yumşaq və asan çeynənən olur. Tez yeyilir. Beyinə doyma siqanalı gec çatır. Nəticədə ehtiyacımızdan artıq yeyə bilirik. Bu qidalara qatılan digər qatqı maddələri konservantlardır. Rəf ömrünü uzadır, mikroorqanizmlərin artmasını ləngidir. Rəngləndiricilər və aromatizatorlar məhsulun görünüşünü yaxşılaşdırır.

Emulqatorlar və stabilizatorlar sousun ayrılmaması, mayonezin kəsilməməsi, dondurmanın daha kremli olması kimi effektlər verir. Dadlandırıclar şəkər az olsa da, çox şirin dad yaradır.
Bu qidaların qida dəyəri az olur. Əgər mütləq fast-food yemək istəyiriksə, ayda maximum 1-2 dəfə az porsiya qəbul edə bilərik. Hər zaman ev üsulu, sağlam qidalar ən yaxşı seçimdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.