İbtidai Siniflərdə Dərs Saatının Gec Başlaması: Sağlamlıq və Diqqət Üçün Yeni Yanaşma - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

İbtidai Siniflərdə Dərs Saatının Gec Başlaması: Sağlamlıq və Diqqət Üçün Yeni Yanaşma - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAİbtidai sinif şagirdlərinin dərsə başlaması məsələsində yeni yanaşmalar ortaya çıxır. Uşaqlar səhər saat 8:00-da deyil, daha gec - məsələn, saat 11:00-da və ya ikinci smenə daxil olsalar, həm yuxu rejimləri qorunar, həm də dərslərdə daha diqqətli olardılar. Erkən saatlarda yuxudan oyanan uşaqlar bəzən tam oyanmamış, enerjisi az və diqqəti dağınıq olur. Dərslərin bir qədər gec başlaması onlara səhər daha yaxşı istirahət etmək, dərslərə daha hazırlıqlı olmaq və öyrənməyə həvəsli yanaşmaq imkanı verir. Bu yanaşma uşaqların sağlamlığı və təhsil keyfiyyətini artırmaq baxımından böyük üstünlüklər yarada bilər.
İbtidai Siniflərdə Dərs Saatının Gec Başlaması: Sağlamlıq və Diqqət Üçün Yeni Yanaşma - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, ibtidai sinif şagirdlərinin səhər saat 08:00-da, bəzən isə paytaxtın tıxaclarını nəzərə alsaq, yuxulu halda saat 06:30-da yola çıxması həqiqətən də ciddi bir pedaqoji və fizioloji problemdir. Valideynlərin "uşaqların uşaqlığı əllərindən alınır" fəryadı bir tərəfdən haqlı olsa da, məsələnin bir neçə tərəfi var:

1.Təbabət təsdiq edir ki, uşaq orqanizmi üçün səhər yuxusu inkişaf deməkdir. Saat 11:00-da dərslərin başlaması uşağın yuxusunu tam alması, daha gümrah oyanması və dərsi daha yaxşı qavraması deməkdir. Dünya təcrübəsində, xüsusən Skandinaviya ölkələrində dərslərin bir qədər gec başlaması praktikasının müsbət nəticələri var.

2. Məsələnin ən çətin tərəfi budur. Əgər uşaq saat 11:00-da məktəbə getməlidirsə, səhər saat 08:00-da və ya 09:00-da işə gedən valideyn övladını kimə əmanət etməlidir? Bu, ölkədə ümumi iş saatlarının və əmək qanunvericiliyinin də məktəbə uyğunlaşdırılmasını tələb edir ki, bu da hazırda iqtisadi baxımdan çox mürəkkəbdir.

3.Azərbaycanın, xüsusən Bakının bir çox məktəbi iki növbəli, hətta 3 növbəli rejimdə işləyir.. Əgər birinci növbə saat 11:00-da başlasa, ikinci və üçüncü növbənin dərsləri axşam saat 20:00-21:00-da bitməli olacaq. Bu isə uşaqlar üçün daha böyük təhlükə və yorğunluq deməkdir. Məktəb fondu genişlənmədən, hər kəs birnövbəli təhsilə keçmədən 11:00 saatı real görünmür.

Mənim təklifim:

Dərsləri 11:00-a çəkmək bəlkə də çətindir, amma ibtidai siniflər üçün saat 09:00 və ya 09:30 qızıl orta ola bilər. Saat 08:00 çox erkəndir. Həmçinin, ilk dərslərin ağır fənlər (riyaziyyat kimi) yox, daha yüngül, uşağı məktəbə isinişdirən məşğələlərlə başlaması pedaqoji cəhətdən daha doğrudur.
Uşaqların uşaqlığını qorumaq üçün təkcə dərsin saatını yox, həm də dərsliklərin ağırlığını, ev tapşırıqlarının həcmini azaltmaq, yaş və idrak səviyyəsini nəzərə almaq lazımdır. Yuxulu gözlərlə məktəbə gedən uşaqdan gələcəyin alimini yetişdirmək çətindir. Amma bu dəyişiklik üçün ilk növbədə məktəblərin maddi-texniki bazası birnövbəli sistemə tam hazır olmalıdır. O da ki hələ yoixdur.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 726   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.