"Xəstə uşağım var" deyə dələduzluq edən keçmiş direktora hökm oxundu

"Xəstə uşağım var" deyə dələduzluq edən keçmiş direktora hökm oxunduSumqayıt şəhərində fəaliyyət göstərən "Edinaya Roşka" və "Kolobok" uşaq bağçalarında direktor vəzifəsində işləmiş Zərinə Səfixanovanın məhkəməsi başa çatıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Zərinə Səfixanovaya 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında, kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarından məlum olur ki, Zərinə Səfixanova müxtəlif vədlərlə 11 nəfər qarşı dələduzluq edib. O, əsasən "xəstə uşağım var" iddiası ilə vətəndaşlardan pul alıb qısa müddətdə qaytaracağını desə də, vədinə əməl etməyib.

Bir neçə il əvvəl mediada gedən məlumatlarda isə bildirilir ki, Zərinə Səfixanova yaxın tanışı Şahmar Abdullayevlə ilə birgə 50-yə yaxın vətəndaşa qarşı dələduzluq edib. "Bu adamlar dələduzluq yolu ilə biz vətəndaşlara məxsus külli miqdarda pulları mənimsəyiblər. Onlar öz cinayət əməllərini biz vətəndaşlardan kurs keçmək adı ilə, saxta mədaxil qəbzi əsasında pullar almaqla və kursdan sonra saxta sertifikatlar verməklə aldadaraq işlə təmin etmək adı ilə əvvəlcədən hazırladıqları plan əsasında həyata keçiriblər. Bundan əlavə, vətəndaş Zərinə Səfıxanova həyat yoldaşı adlandırdığı, mərkəzin direktoru Şahmar Abdullayevlə birgə faktiki olmayan uşaqlarının xəstəlik və sair bəhanələri adı altında öz əməkdaşları olan, biz zərərçəkmişləri aldadaraq etibarımızdan sui-istifadə etməklə, qısa müddətdə qaytaracaqları adı ilə külli miqdarda pullarımızı alaraq dələduzluq yolu ilə mənimsəyiblər", - deyə dələduzluğa məruz qalmış vətəndaşlar həmin vaxt bildiriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1995   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.