Kukla Teatrında GƏRGİNLİK: Aktrisa ilə direktorun QALMAQALI Ali Məhkəməyə gedir

Kukla Teatrında GƏRGİNLİK: Aktrisa ilə direktorun QALMAQALI Ali Məhkəməyə gedirAzərbaycan Dövlət Kukla Teatrı aktrisa Nərmin Əhmədova ilə qurumun direktoru Rəşad Əhmədzadə arasında gedən mülki məhkəmə prosesi ilə bağlı açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, açıqlamada vurğulanıb ki, qeyd olunan məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə 2 mart 2026-cı il tarixində iclası keçirilib və Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərar qüvvədə saxlanılıb:

"Qərardan narazı tərəf kimi Azərbaycan Dövlət Kukla Teatrı yuxarı instansiya məhkəməsi olan Ali Məhkəməyə müraciət edəcək və sonrakı addımlar sözügedən instansiyanın qərarına uyğun olaraq müəyyən ediləcək.

Nərmin Əhmədova ilə bağlı direktor tərəfindən imzalanmış əmrin qüvvədən düşməsi və ləğvi məsələsinə gəlincə, bildiririk ki, bu istiqamətdə hər hansı yekun qərar qəbul edilməyib. Bu məsələ mübahisələndirilərək Ali Məhkəməyə təqdim olunacaq və Ali Məhkəmənin qərarına uyğun olaraq müvafiq hüquqi addımlar atılacaq.

Onu da qeyd etməyi zəruri hesab edirik ki, qarşı tərəf qərarın nə hər iki tərəfə rəsmi qaydada təqdim olunmasını, nə də məhkəmənin müvafiq informasiya portalında yerləşdirilməsini gözləmədən mediaya açıqlama verib. Bu onun vətəndaş mövqeyidir və hər hansı etirazımız yoxdur. Amma ictimaiyyətdə və media nümayəndələri arasında yarana biləcək suallara, həmçinin uzun illik teatr idarəçiliyi təcrübəsinə və bu sahədə formalaşmış nüfuza malik Rəşad Əhmədzadə haqqında əsassız təsəvvürlərin yaranmaması üçün hadisənin hüquqi və faktiki tərəflərini ətraflı şəkildə diqqətə çatdırmağı vacib bilirik.

Məlumat üçün bildiririk ki, sözügedən məsələ və bununla əlaqədar qəbul edilmiş qərar ətrafında tərəf olaraq bizi narahat edən və qanunvericiliyin tələbləri baxımından prinsipial əhəmiyyət daşıyan məqamlar aşağıdakılardır:

1. İntizam pozuntusu faktiki sübut olunub.

İş materiallarında olan Həmkarlar Komitəsinin aktı, truppa rəhbərinin xidməti məlumatı və əməkdaşların izahatları ilə təsdiq olunur ki, Nərmin Əhmədova 27 may 2025-ci il tarixində direktorun otağına xidməti qaydaları pozaraq daxil olub, yüksək səslə danışıb, qeyri-etik davranış nümayiş etdirib və direktorun nüfuzuna xələl gətirə biləcək ifadələr işlədib. Nəticədə digər əməkdaşlar iş yerlərini tərk edərək qəbul otağının qarşısına və direktorun iş otağına toplaşıb, müəssisədə iş rejimi pozulub.

Qeyd olunan hallar Əmək Məcəlləsinin 186.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqi üçün kifayət qədər hüquqi əsas yaradır.

2. Birinci instansiya məhkəməsində sübutların araşdırılması prinsipi pozulub.

Hadisənin birbaşa şahidi olan və məhkəmə iclasına gələn şəxslər dindirilib, məhkəmə əsasən iddiaçının mövqeyini dəstəkləyən şahidin ifadəsi ilə kifayətlənib. Bu isə Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan obyektiv araşdırma prinsipi, 77-ci maddədə təsbit edilmiş sübutların araşdırılması vəzifəsi, 88-ci maddədə müəyyən edilmiş sübutların obyektiv qiymətləndirilməsi qaydası və 217-ci maddənin tələblərinin pozulması deməkdir.

Hesab edirik ki, qeyd olunan prosessual pozuntular qətnamənin ləğvi üçün müstəqil hüquqi əsas təşkil edir.

3. İntizam tənbehi qanunvericiliyin tələblərinə uyğun tətbiq edilib.

İşəgötürən tərəfindən intizam tənbehi pozuntu aşkar edildikdən dərhal sonra və qanunla müəyyən edilmiş müddət çərçivəsində tətbiq edilib, işçidən yazılı izahat alınıb. Əmək Məcəlləsinin 186 və 187-ci maddələrinin bütün prosedur tələblərinə riayət olunub. Bu isə əmrin həm formal, həm də maddi baxımdan tam qanuni olduğunu göstərir.

4. Dövlət teatrında əmək intizamının qorunmasının xüsusi əhəmiyyəti

Kukla Teatrı dövlət təşkilatıdır və 95-dən artıq əməkdaşdan ibarət kollektiv fəaliyyət göstərir. Belə geniş kollektivdə rəhbərliyin nüfuzu, subordinasiya prinsipləri və əmək intizamı qorunmalıdır. İşçinin direktorun otağında yüksək səslə danışması və hədələyici davranış nümayiş etdirməsi kollektiv intizamına birbaşa təhlükə yaradır və ümumi iş mühitinə mənfi təsir göstərir.

Belə davranışın hüquqi qiymət almaması kollektivdə intizamın zəifləməsinə səbəb ola bilər.

5. Sübutlara yanlış hüquqi qiymət verilib.

Birinci instansiya məhkəməsi faktiki sübut olunmuş intizam pozuntusunu "kiçik narazılıq" kimi qiymətləndirib, sübutları hərtərəfli araşdırmayıb və maddi hüquq normalarını düzgün tətbiq etməyib. Halbuki Mülki Prosessual Məcəllənin 385 və 386-cı maddələrinə əsasən bu hallar qətnamənin ləğvi üçün birbaşa hüquqi əsasdır. Apellyasiya instansiyası isə bu məqamları nəzərə almayıb.

İnanırıq ki, məsələ ali hüquq prinsipləri və qanunun aliliyi çərçivəsində obyektiv şəkildə araşdırılacaq və yekunda ədalətli hüquqi qiymətini alacaq.

Sonda yaranmış vəziyyətdən təəssüf hissi keçirir və inanırıq ki, məsələ ali hüquq prinsipləri və qanunun aliliyi çərçivəsində obyektiv şəkildə araşdırılacaq və yekunda ədalətli hüquqi qiymətini alacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 995   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

13:40 146
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

15:40 144
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

14:10 154
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

12:50 148
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 366
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 179
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

18:40 117
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 279
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 156
.