Ürəyin daha tez qocalmasına səbəb olan vərdiş
Ürək sağlamlığından danışarkən insanların çoxu ilk növbədə düzgün qidalanma və fiziki aktivliyi düşünür. Şübhəsiz ki, bunlar vacibdir. Lakin kardioloqlar qeyd edirlər ki, ürək-damar sistemini səssiz şəkildə qocaldan daha bir amil var yuxu çatışmazlığı.
Lent.az xarici mediaya istinadən bildirir ki, dietoloq və terapevt Andrea Mathisin sözlərinə görə, yuxu sadəcə istirahət deyil, həm də bərpa prosesidir. O, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə, iltihabi proseslərə və hətta ürək ritminə təsir göstərir. Milli Ürək İnstitutunun məlumatına əsasən, yuxu pozuntuları və ya xroniki yuxusuzluq ürəyə əlavə yük yaradan dəyişikliklərə səbəb ola bilər.
Yuxu çatışmazlığı ürəyə necə təsir edir?
Arterial təzyiqin yüksəlməsi
Kardioloq Elizabet Klodas bildirir: "Bütün canlılar yatır və bu, yuxunun həyati vacib proses olduğunu göstərir. Yuxu azlığı və ya keyfiyyətsiz yuxu orqanizmə birbaşa təsir edir".
Araşdırma göstərib ki, xroniki yuxusuzluq simpatik sinir sisteminin tonusunu artırır. Bu isə orqanizmin daimi "mübarizə və ya qaç" vəziyyətində qalmasına səbəb olur. Nəticədə arterial təzyiq yüksəlir və aritmiya riski artır. Zamanla ürək daha intensiv işləməyə məcbur qalır, ürək əzələsi qalınlaşır, damarlar zədələnir və ürək-damar sistemi daha tez qocalır.
İltihabi proseslərin güclənməsi
Digər araşdırmaya görə, iltihab aterosklerozun damarlarda lövhəciklərin toplanmasının əsas səbəblərindən biridir.
Dietoloq Daniel Smayli izah edir ki, yuxu azlığı C-reaktiv zülal və interleykin-6 kimi iltihab markerlərinin səviyyəsini artırır. Xroniki iltihab damarların daxili qatını zədələyir, lövhəciklərin əmələ gəlməsini sürətləndirir və ürək-damar riskini yüksəldir.
İnsulinə həssaslığın azalması
Xroniki yuxusuzluq qlükoza tənzimlənməsini də pozur. Hətta qısa müddətli yuxu azalması belə insulinə həssaslığı aşağı salır. Bu isə qanda şəkərin artmasına və 2-ci tip diabet riskinin yüksəlməsinə səbəb olur. Diabet isə damar sisteminə əlavə yük yaradır və ateroskleroz riskini artırır.
Klodas əlavə edir ki, yuxusuzluq insanları ümumilikdə sağlam həyat tərzindən uzaqlaşdırır: yorğunluq idmana həvəsi azaldır, sağlam qida seçimlərini çətinləşdirir və nəticədə şəkərə nəzarət zəifləyir.
Nə qədər yatmaq lazımdır?
Optimal yuxu müddəti fərdi olsa da, mütəxəssislər gündə 7-9 saat yatmağı tövsiyə edirlər. Əgər yuxu rejimi ilə bağlı çətinliklər varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır.
Yuxunu yaxşılaşdırmaq və ürəyi qorumaq üçün nə etməli?
Gündəlik fiziki aktivlik sirkadiyal ritmləri tənzimləyir, stress hormonlarını azaldır və yuxu keyfiyyətini artırır. Yatmazdan əvvəl alkoqoldan imtina spirt tez yuxuya getməyə kömək etsə də, sonradan yuxunu pozur. Onun əvəzinə su və ya çobanyastığı çayı seçmək daha məqsədəuyğundur.
Yatmazdan əvvəl ekran vaxtını azaltmaq mavi işıq melatonin ifrazını azaldır və orqanizmin istirahətə hazırlaşmasına mane olur. Axşam düzgün qidalanma melatonin, maqnezium və kaliumla zəngin qidalara üstünlük vermək, ağır və şirin yeməklərdən uzaq durmaq vacibdir.
Bu sadə dəyişikliklər yalnız yuxunu yaxşılaşdırmır, həm də ürəyə düşən yükü azaldaraq onun daha gec qocalmasına və damar sağlamlığının qorunmasına kömək edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 931 Tarix: 05 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 231 Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
13:40 145 Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
00:33 363 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 269 Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk
19:40 95 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 271 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 276 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
16:40 144 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
11:00 148