Bakıda evində dini yığıncaqlar təşkil edən şəxs SAXLANILDI

Bakıda evində dini yığıncaqlar təşkil edən şəxs SAXLANILDIBakıda evdə dini yığıncaqlar təşkil edən şəxs saxlanılıb.

BiG.AZ "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1980-ci ildə Qəbələ rayonunun Tüntül kəndində doğulmuş B.G barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Protokol Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi tərəfindən tərtib edilib.

Məlum olub ki, B.G aylıq 500 manat əməkhaqqı müqabilində 1988-ci ildə Xaçmaz rayonunun Aşağı Zeyid kəndində doğulmuş R.V adlı şəxsi evinə nəzarətçi götürüb. O, evə giriş-çıxışa nəzarət edirmiş.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi onun barəsində də eyni protokol tərtib edib.

Evə baxış zamanı yaşayış yerində 280 ədəd dini ədəbiyyat aşkar edilib, həmin ədəbiyyatların bir qismi açıq vəziyyətdə istifadə olunub, toplantıda iştirak edən şəxslər isə dini məzmunlu dərs prosesinə qatılıblar. İştirakçıların sayının 10 nəfər olması, dərslərin davamlı keçirilməsi və çoxsaylı dini ədəbiyyatın istifadəsi bu toplantının adi ailəvi və ya fərdi dini öyrənmə xarakteri daşımadığını göstərir.

Məhkəmədə bu, ictimai xarakterli, təşkil olunmuş dini yığıncaq və tədris prosesi kimi dəyərləndirilib.

Məhkəmənin hökmü ilə B.G və R.V İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə ayrı-ayrılıqda 1 500 manat cərimə ediliblər.

Qeyd edək ki, tədbir iştirakçıları arasında Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 105/61 ünvanında qeydiyyatda olan Türkiyə vətəndaşı Talha Camurcan da olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 605   Tarix: 08 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Velizar yeni konsertə hazırlaşır!

Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan mövzulardan biri də fenomen Velizarın Gəncə şəhərində planlaşdırılan konsertinin baş tutmaması oldu. Ötən ay yayılan məlumatlara görə, Velizar məşhur ifaçı Rəqsanə ilə birlikdə Gəncədə səhnəyə çıxacağını açıqlamış və bu tədbir üçün öz izləyici kütləsin

05.05.2026 469
.

Stubbdan sərt mesaj: NATO-nun 5-ci maddəsi ilə bağlı xəbərdarlıq

Rusiya NATO ölkələrinin hücum halında cavab verməyə hazırlığını sınamamalıdır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb müsahibəsində bildirib. Stubbun sözlərinə görə, Moskvanın North Atlantic Treaty Organization-nun Kollektiv Müdafiə Müqaviləsinin 5-c

05.05.2026 203
.

Dibinə heç kim çatmayıb: Dünyanın ən dərin şirin su mağarası

Çexiyanın şərqində yerləşən milli təbiət qoruğunda qayalı dərənin dibində kiçik bir göl var. Bu gölün səthinin altında isə dünyanın məlum ən dərin şirin su mağarası sayılan "Hranitska uçurumu" gizlənir. Qaynarinfo xəbər verir ki, " saytının yazdığına görə, bu yer barədə ilk qeydlər 1580-c

05.05.2026 261
.

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3x3 basketbol turnirinə yekun vurulub. 2011-2012-c

05.05.2026 183
.

Yaponlar hər gün düyü yeyir, amma kökəlmir - Mütəxəssislər səbəbini açıqlayır

Yaponiyada düyü demək olar ki, hər yeməyin əsas hissəsidir, lakin bu ölkədə piylənmə səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Qaynarinfo xəbər verir ki, bu barədə g4food.ro nəşri yazıb. Mütəxəssislərin fikrincə, bunun səbəbi təkcə düyünün özü deyil, yemək mədəniyyəti, porsiya ölçüləri və gündəli

05.05.2026 288
.

Ukraynanın Naftogaz qaz istehsal zavodlarında Rusiyanın dron və raketləri beş nəfəri öldürüb

Şirkətin baş icraçı direktoru çərşənbə axşamı bildirib ki, Rusiyaya məxsus dronlar və raketlər Ukraynanın dövlət enerji şirkəti Naftogazın Poltava və Xarkov vilayətlərindəki qaz istehsalı müəssisələrinə hücum edib, nəticədə üç işçi və iki xilasetmə işçisi həlak olub. BİG.AZ Reuters-ə istinadən xəbə

05.05.2026 224
.

Bakıda 97 yaşlı qadının meyiti tapıldı

Bakıda evdən meyit tapılıb. xəbər verir ki, hadisə Nizami rayonu, Q.Qarayev prospektində qeydə alınıb. 97 yaşlı Məqsumə Sadıxovna Gənciyevanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır

05.05.2026 293
.

Rusiya İkinci Dünya Müharibəsi qələbə paradından əvvəl mobil interneti məhdudlaşdırır

Rusiya çərşənbə axşamı günü Nasist Almaniyası üzərində qələbəni qeyd etmək üçün keçirilən illik 9 may paradından əvvəl Moskvada bir çox müştəri üçün mobil internet xidmətlərini dayandırdı. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, parad Ukraynadan gələn dron hücumları təhlükəsi səbəbindən azaldılıb

05.05.2026 229
.

Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar

Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağl

05.05.2026 380
.

TOP MP3