Özbək "həkim"lə bağlı "Bİ ES VİP" klinikasından açıqlama - "Bizə aidiyyəti yoxdur"
"Bİ ES VİP" estetik klinikası Bakıda saxlanılan özbək "həkim" İqbol Soliyevlə bağlı açıqlama yayıb.
Klinikanın vəkili Əsəd Əhmədli "Qafqazinfo"ya açıqlamada bildirib ki, klinikanın həmin şəxslə hər hansı əlaqəsi yoxdur:
"Baş verən hadisə bizə və fəaliyyət göstərdiyimiz klinikanın nüfuzuna ciddi zərər vurub. Belə ki, "Bİ ES VİP" estetik klinikasının adıçəkilən hadisə ilə heç bir əlaqəsi yoxdur. Klinikamız bu cür fəaliyyətlərlə heç vaxt məşğul olmayıb və belə bir şəxsə dəvət göndərilməyib. Adıçəkilən şəxslə tərəfimizdən heç bir müqavilə bağlanmayıb".
Estetik klinikanın açıqlamasında qeyd edilib ki, özbək "həkim"lə müqavilə bağlayan fiziki şəxsin klinika ilə heç bir əlaqəsi yoxdur:
"Həmin fiziki şəxs başqa bir sahibkar ilə müqavilə imzalayıb və bizim klinikamızın adı yalnız başqa bir şəxsin fəaliyyətinin yanlış şəkildə qeyd olunması nəticəsində xəbərlərə daxil edilib. Klinikamızın adı bu cür xəbərlərdə yer alması həm hüquqi, həm də ictimaiyyətə təqdimat baxımından xoşagəlməz və əsassızdır. Bizim klinikamızın adı yalnız yanlış və yanıltıcı şəkildə reklam edilib. Bu cür yanlış məlumatlar klinikanın nüfuzuna ciddi təsir edir və biz belə halların qarşısını almaq üçün müvafiq hüquqi addımlar atmağa qərar vermişik.
Bundan əlavə, "Bİ ES VİP" estetik klinikası olaraq, bildiririk ki, klinikanın reklamı binanın cöl hissəsində yerləşdirilib. Bu reklama bağlı patent və Reklam Agentliyi ilə əlaqəli bütün hüquqi prosedurlar yerinə yetirilib və qeydiyyatdan keçilib. Klinikamız 3 mərtəbəli binada yerləşir və həmin ünvanda 10-a yaxın digər icarədarlar da fəaliyyət göstərir. Bu səbəbdən, binanın cöl hissəsində reklam verildikdə, həmin reklama aid olanlar yalnız biz deyilik. Bir çox icraçı yerlərinin rahat tapılması məqsədilə, reklamlarında "Bİ ES VİP" estetik klinikasının yerləşdiyi ünvana istinad edirlər. Lakin qeyd etmək istəyirik ki, həmin məkanla bizimlə yanaşı rəsmi şəkildə icarədə olan digər şəxslər də fəaliyyət göstərir".
Əsəd Əhmədli bildirilib ki, klinika yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət edəcək:
"İctimaiyyətə və əlaqədar şəxslərə bildiririk ki, bizim klinikamızın adı bu cür xəbərlərdə yanlış istifadəsi ilə bağlı məsələnin həllini təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət edəcəyik. Həmçinin, qanuni tədbirlər yolu ilə klinikanın nüfuzuna vurulmuş zərərin qarşısı alınacaq və hüquqlarımız qorunacaqdır.
Biz hüquqi mübarizə aparmaqla bu məsələdə hər hansı bir səhv anlaşılmanın və yanlış təqdimatın qarşısını alacağıq və əminik ki, gələcəkdə bu məsələyə düzgün və ədalətli qərar veriləcək. Hər hansı hüquqi məsuliyyət daşıyan qərarın veriləcəyinə əminik və klinikamızın bu məsələdə heç bir əlaqəsinin olmadığı müəyyən olunacaq".

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 729 Tarix: 12 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
00:35 237 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib
ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi
12:50 122 Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
00:33 337 BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"
15:40 0 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
11:10 160 Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen
00:31 265 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
03.10.2026 216 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
11:00 133 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 190