Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onun məhz taun xəstəliyinə yoluxduğu qonşu Buryatiyanın rəhbəri Aleksey Tsıdenov tərəfindən də təsdiqlənib.
İnfeksiya müəyyən edildikdən sonra xəstəxanada karantin rejimi tətbiq olunub. Bəzi şöbələrdə hələ oktyabrın 1-dən etibarən xəstələrin qəbulu və evə buraxılması dayandırılıb.
Ümumilikdə 197 nəfər təmasda olan şəxs kimi tibbi nəzarətə götürülüb. Onlardan 189-u xəstəxanalara yerləşdirilib, 12 nəfər isə taun əleyhinə ixtisaslaşmış instituta göndərilib. Regional hakimiyyətin məlumatına görə, həmin şəxslərdə infeksiya əlamətləri aşkarlanmayıb, ilkin laborator analizlərin nəticələri də mənfidir.
Qadının iş yerində yoluxmuş ola biləcəyi ilə bağlı versiya da yayılıb. Yerli KİV-in məlumatına görə, o, taun əleyhinə müəssisədə laborant işləyib və onun sentyabrın 25-də ağciyər taununun törədicisi olan nümunə saxlanılan sınaq şüşəsini sındırdığı iddia olunur. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Buryatiya rəsmiləri qadının respublikaya səfər zamanı yoluxması barədə yayılan məlumatları təkzib ediblər. Aleksey Tsıdenov bildirib ki, qadın Buryatiyaya gəlməyib və yoluxma halının bu regionla əlaqəsi yoxdur.
Eyni zamanda Baykalsk administrasiyası sakinlərə müvəqqəti olaraq Şelexov və yaxınlıqdakı şəhərlərə səfərlərdən çəkinməyi tövsiyə edib. Bütün hallar aydınlaşdırılanadək gediş-gəlişin məhdudlaşdırılması məsləhət görülüb.
Ağciyər taunu Yersinia pestis bakteriyasının törətdiyi taun xəstəliyinin üç əsas formasından biridir. Bu zaman infeksiya ağciyərləri zədələyir. Əsas simptomlar yüksək hərarət, baş ağrısı, təngnəfəslik, sinə ağrısı, öskürək və bəzi hallarda qanlı bəlğəmdir.
Ağciyər taunu yoluxmuş insan və ya heyvandan hava-damcı yolu ilə keçə bilər. Xəstəlik digər taun formalarının ağırlaşması nəticəsində infeksiyanın ağciyərlərə yayılması ilə də inkişaf edə bilər.
Müalicə olunmadıqda ağciyər taunu çox yüksək ölüm riski daşıyır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 117 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
03.10.2026 163 "Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
14:50 83 Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir
Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin
03.10.2026 169 Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
00:33 337 Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR
Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma
14:10 113 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
03.10.2026 211 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
14:40 106 Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
13:50 115 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
03.10.2026 171