Pişiyin göz yaşları nə deməkdir: bu, emosiyadır, yoxsa sağlamlıq XƏBƏRDARLIĞI

Pişiyin göz yaşları nə deməkdir: bu, emosiyadır, yoxsa sağlamlıq XƏBƏRDARLIĞIBir çox pişik sahibi bəzən heyvanın gözlərinin yaşardığını və ya uzun, sanki ağlamağa bənzər səslər çıxardığını görür. Bu isə tez-tez "pişik kədərləndiyi üçün ağlayır" kimi bir düşüncə yaradır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əslində pişiklərin davranışı insanlardan fərqlidir. Onlar narahatlıq, ehtiyac və ya stressi səs və mimika vasitəsilə bildirirlər, emosional göz yaşları ilə yox.

İnsanlarda göz yaşları güclü emosiyalar kədər, sevinc və ya qorxu zamanı yaranır.

Pişiklərdə isə göz yaşları hissləri ifadə etmək üsulu deyil. Bununla belə, pişik bəzən insanlara ağlamağa bənzəyən səslər çıxara bilər. Bu, adətən aşağıdakı hallarda olur:

ağrı zamanı

qorxu zamanı

tək qalanda

diqqət cəlb etmək istəyəndə

Heyvan "şikayət edirmiş kimi" səslər çıxarsa da, bu emosional göz yaşı ilə müşayiət olunmur.

Pişik səsləri nə deməkdir?

Sahiblərin "pişik ağlayır" kimi qəbul etdiyi səslər əslində fərqli vokalizasiyalardır. Bu səslər pişiyin yaşından, cinsindən, xarakterindən və vəziyyətdən asılı olaraq dəyişə bilər.

Ən çox rast gəlinən səslər:

ulama

yüksək səslə miyoldama

sakit, sanki sızlama kimi səslər

Bəzən pişiklər həyəcanlı və ya narazı olanda qısa "cıvıltı" kimi səslər də çıxara bilər. Güclü stress zamanı isə səslər uzun, kəskin və davamlı olur. Bu isə emosional ağlama yox, narahatlıq siqnalıdır.

Pişiyin "ağlamasının" əsas səbəbləri

Yüksək miyoldama və ulama adətən praktiki səbəblərlə bağlı olur:

Aclıq. Pişiklər yemək vaxtını tez yadda saxlayır. Qab boş olanda və ya yemək gecikəndə yüksək səslə miyoldaya bilər.

Harasa daxil olmaq və ya çıxmaq istəyi. Qapı bağlı olduqda pişik miyoldayaraq istədiyi otağa keçmək istəyir.

Diqqət ehtiyacı. Bəzən pişik sahibini çağırır oynamaq, sığallanmaq və ya sadəcə yanında insan olmasını istəyir.

Narazılıq. Pişiyi məcburi qucağa almaq və ya daşıma qəfəsinə qoymaq istəyəndə o, protest kimi miyoldaya və ya ulaya bilər.

Qorxu. Yeni insan, yüksək səs və ya başqa heyvan pişidə qorxu yarada bilər.

Sağlamlıq problemi. Davranışın kəskin dəyişməsi, tez-tez miyoldama, yemək və ya tualet vərdişlərində dəyişiklik ağrı və ya xəstəliyin əlaməti ola bilər. Bu halda baytara müraciət etmək lazımdır.

Pişiklərdə göz yaşarması nə deməkdir?

Əgər pişiyin gözləri yaşarırsa, bu adətən emosional ağlama deyil, fizioloji və ya tibbi səbəb olur. Bu vəziyyət epifora adlanır - göz yaşının həddindən artıq ifrazı.

Göz yaşlarının əsas funksiyası:

gözü nəmləndirmək

tozu yumaq

göz səthini qorumaq

Lakin aşağıdakı əlamətlər görünərsə, problem ola bilər:

tüklərdə yaş izləri

gözlərdə ifrazat və qızartı

pişiyin gözünü qıyaraq baxması və ya pəncəsi ilə ovuşdurması

Ən çox rast gəlinən səbəblər:

virus və bakterial göz infeksiyaları

allergik konyunktivit

buynuz qişanın zədələnməsi və ya mikrotravmalar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

11:30 135
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

00:13 190
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 116
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

12:40 117
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 169
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 115
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 106
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 222
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 157
.