İftar süfrəsi üçün fərqli reseptlər

İftar süfrəsi üçün fərqli reseptlərAxşam.az "Günün menyusu"nda iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptləri təqdim edir.

Qaymaqlı göbələk şorbası

Ərzaqlar:
1 paket qaymaq (200 ml)
400 qram göbələk
3.5 stəkan su
1 soğan
1 xörək qaşığı un
3 xörək qaşığı bitki yağı
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Üzəri üçün:
4 budaq doğranmış cəfəri

Hazırlanması:
Göbələyi kiçik parçalara və ya nazik dilimlərə kəsin. 1 quru soğanı kiçik kublara kəsin. Bir qazana 3 xörək qaşığı bitki yağı və 1 xörək qaşığı kərə yağı tökün və soğanı qovurun. Sonra göbələkləri əlavə edin və su buxarlanana qədər qovurun. 1 dolu xörək qaşığı un əlavə edin və bir neçə dəqiqə qovurun. Dayanmadan qarışdırın. Sonra 1 paket qaymaq əlavə edin və orta istilikdə qaynamağa başlayana qədər qarışdıraraq bişirin. 3,5 stəkan isti su əlavə edin, odu azaldın və daha 10 dəqiqə vam odda bişirin. Oddan götürməzdən əvvəl duz və istiot, doğranmış cəfəri əlavə edin.

İftar süfrəsi üçün fərqli reseptlərTunis kababı

Ərzaqlar:
4 kartof (uzun olanlar)
300 qram qiymə
1 soğan
1 bolqar bibəri
1 yaşıl bibər
3 xörək qaşığı bitki yağı
1 çay qaşığı duz
1/2 çay qaşığı qara bibər

Sous üçün:
2 stəkan isti su
1 xörək qaşığı tomat pastası

Üzəri üçün:
1 kiçik kasa sürtgəcdən keçirilmiş çedar pendiri

Hazırlanması:
Kartofları yarıya bölün və içini boşaldın. Yüngülcə yağlayın və sobada əvvəlcədən bişirin. Qiyməni başqa bir qazanda qovurun. Soğan, bibər və yağı əlavə edin və qovurmağa davam edin. Bir az su əlavə edin və bişirin. Qarışığı bişmiş kartofun içinə qoyun. Sousu qarışdırın və üzərinə tökün. Sobada bişirin. 20 dəqiqədən sonra sürtgəcdən keçirilmiş pendiri əlavə edin və üstünü qızardın.

İftar süfrəsi üçün fərqli reseptlərOsmanlı şərbəti

Ərzaqlar:
8-10 mixək
1 stəkan şəkər tozu
2 litr su
1 limon suyu
1 darçın çubuğu
500 qram qırmızı gavalı (qışda tapmasanız, başqa meyvə ilə əvəzləyə bilərsiniz)

Hazırlanması:
Əvvəlcə qazana 2 litr su, 1 darçın çubuğu, 8-10 mixək və 1 stəkan şəkər tozu əlavə edin. 5 dəqiqə qaynadıqdan sonra 500 qram qırmızı gavalı əlavə edin. Bir az daha qaynadıqdan sonra 1 limonun suyunu sıxın. Qaynayarkən, ara sıra üstündə əmələ gələn köpüyü çıxarın. Bir az qatılaşanda götürün.

İftar süfrəsi üçün fərqli reseptlər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 702   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

11:30 135
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

00:13 190
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 116
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

12:40 117
.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 169
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

13:50 115
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 106
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 222
.

Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr

03.10.2026 157
.