"Tibbdə, elmdə belə şey yoxdur, bu, cahillikdir" - Rəşid Mahmudov

"Tibbdə, elmdə belə şey yoxdur, bu, cahillikdir" - Rəşid MahmudovXəbər verdiyimiz kimi, xəstələri əl enerjisi ilə müalicə etdiyini iddia edən özbəkəsilli, "Bionurun sahibi" adı ilə tanınan İqbol Soliyev Bakı şəhərinə gəlib. Onun təqdim etdiyi "müalicə üsulu" sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəs həqiqətən də, bu üsulla hansısa xəstəlikləri sağaltmaq mümkündürmü?

Məsələ ilə bağlı Manset.az Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudova müraciət edib. O, verdiyi açıqlamada vurğulayıb ki, xüsusi enerji ilə müalicə tibb elminə məlum olmayan bir anlayışdır:

"Onu həbs etməkdə çox düzgün ediblər. Belə insanlar sadəcə fırldaqçıdırlar. Bu, tibbə məlum olmayan bir iddiadır və elmdən kənarda heç bir şey yoxdur. Bütün insanların hər bir hüceyrəsi adi halda 60-90 millivolt cərəyan verir. Fəaliyyət göstərəndə isə bu rəqəm 90-120 millivolt arası olur. Yəni o şəxs heç kəsdən fərqli deyil, bu enerji hamıda var. Elə şəxslər camaatı aldadır. Buna inanmaq bizim insanların cahilliyini göstərir. Onlar ayılmalıdır, belə şeylərə inanmamalıdırlar. Bir ara bəzi regionlarda "qaloşla müalicə" məşhurlaşmışdı, ona da meyl edənlər var idi. Bunlar hamısı savadsızlığın, anlayışsızlığın göstəricisidir. Hələ birinin əri, birinin oğlu götürüb aparır o kişinin yanına. Başları batsın onların... Yanlarında kişi əlini qadının ora-burasına çəkir".

Qeyd edək ki, ötən gün paytaxtda yerləşən "Bİ ES VİP" estetik klinikasında izdihama səbəb olan İqbol Soliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 708   Tarix: 12 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bütün ağıllı insanların ortaq problemi

Yüksək intellektə malik insanlar çox vaxt bəzi ümumi problemlərlə qarşılaşırlar, xüsusilə də digər insanlarla münasibətlər qurmaqda çətinlik çəkirlər. Yüksək intellektə insana üstünlüklər versə də, eyni zamanda müəyyən çətinliklər də yarada bilər və psixoloqlar bildirir ki, belə insanlar tez-tez özlərin

05.05.2026 207
.

"Accessbank"dan kredit götürənlərə XƏBƏRDARLIQ

"Accessbank"ın kredit götürənləri ödəniləcək faiz miqdarında aldatdığı iddia olunub. xəbər verir ki, bu barədə sözügedən bank müştərisi Elnarə Bəylərova-Balayeva Feysbukun şikayət səhifələrində yazıb. O bildirib ki, kredit götürərkən daha aşağı faizlə verilir, ödəniş edərkən isə faiz miqdar

05.05.2026 202
.

Stubbdan sərt mesaj: NATO-nun 5-ci maddəsi ilə bağlı xəbərdarlıq

Rusiya NATO ölkələrinin hücum halında cavab verməyə hazırlığını sınamamalıdır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb müsahibəsində bildirib. Stubbun sözlərinə görə, Moskvanın North Atlantic Treaty Organization-nun Kollektiv Müdafiə Müqaviləsinin 5-c

05.05.2026 189
.

Ekranda görünən hər şey artıq məsuliyyət yaradır

"İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər inzibati məsuliyyət yaradır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzv

05.05.2026 217
.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə bir üsul

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər. xarici mediaya istinadən bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?. Alimlərin izahına görə, nəfəsi adi haldan təxminə

05.05.2026 217
.

"Bir də soruşmayın" - Üzündəki dəyişiklikdən danışdı

Müğənni İradə İbrahimova üzündəki dəyişikliyin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində xırda toxunuşlar etdirdiyini gizlətməyib. O bildirib ki, ilk və son dəfə bununla bağlı yazılanlara cavab verir:. "İnsanlar qıcıq olublar, yazırlar gedib özlərin

05.05.2026 383
.

İnsan kəllə sümüyünün forması sürətlə dəyişir

Köhnə ailə albomlarına baxarkən və ya tarix kitablarındakı qara-ağ portretləri incələyərkən keçmiş dövrlərdə insanların üz cizgilərində izahı çətin fərqlilik hiss olunur. Bu fərq adətən dövrün geyim tərzinə, foto texnikasına və ya ciddi ifadələrə bağlanır. Qaynarinfo xəbər verir ki, Tokio Universitet

05.05.2026 149
.

"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranının zirzəmisində ofisantlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib. Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Kamran Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsin

05.05.2026 359
.

Onlayn və çap media üçün müsabiqə elan edildi - Yenilənib

Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir. "Qafqazinfo" xəbər verir ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmə

05.05.2026 190
.

TOP MP3