17 ildən sonra qəbul edildi, amma bazarda dəyişiklik yoxdur - Rəqabət Məcəlləsi niyə işləmir? - ARAŞDIRMA

17 ildən sonra qəbul edildi, amma bazarda dəyişiklik yoxdur - Rəqabət Məcəlləsi niyə işləmir? - ARAŞDIRMAÖlkədə uzun illər gözlənilən mühüm hüquqi sənədlərdən biri - Rəqabət Məcəlləsi 17 illik müzakirə və gözləntidən sonra qüvvəyə minsə də, sənədin real təsiri hələ də müzakirə mövzusu olaraq qalır. Məcəllənin qəbulundan 1 il 8 aydan artıq vaxt keçməsinə baxmayaraq, bazarda inhisarçılıq və monopoliya ilə mübarizə istiqamətində ciddi dəyişikliklərin hiss olunmadığı bildirilir. İqtisadi mühitdə rəqabətin artırılması, bazarda bərabər şərtlərin yaradılması və istehlakçı hüquqlarının qorunması məqsədi daşıyan bu sənədin praktik nəticələri ilə bağlı suallar isə gündəmdə qalmaqda davam edir.
17 ildən sonra qəbul edildi, amma bazarda dəyişiklik yoxdur - Rəqabət Məcəlləsi niyə işləmir? - ARAŞDIRMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məcəllə rəqabət yaratmaq məcəlləsi deyil. Yəni bu məcəllə ölkə iqtisadiyyatında rəqabət yaratmaq gücünə malik deyil. Rəqabət Məcəlləsi yalnız mövcud rəqabəti tənzimləyir. Əgər rəqabət mövcud deyilsə, onun tənzimlənməsi ilədə məşğul olmaq absurddur. Yəni rəqabət yaratmaq o deməkdir ki, ölkədə inhisarçılıq və monopoliya aradan qalxmalıdır. İnhisarçılıqla rəqabət qaranlıqla işıq kimi bir şeydir. Yəni işıq varsa, qaranlıq yoxdur. Bu o deməkdir ki, inhisarçılıq varsa, rəqabət yoxdur. Onun sözlərinə görə, Orta Asiya ölkələrində inhisarçılıq bir qədər məhduddur və hökümətlər elan edir ki, ölkə iqtisadiyyatının neçə faizi inhisardadır, yəni inhisarçılıq altındadır: "Ancaq Azərbaycanda siz belə bir rəqəmin açıqlandığını eşitmisinizmi? Çünki bu rəqəmi hesablasalar görərlərki, bu rəqəm 90%-ə yaxındır. Yəni bir hissə dövlət inhisarçılığındadır, digər hissə isə böyük şirkətlərin inhisarçılığındadır.

Belə bir şəraitdə rəqabətin formalaşması mümkün deyil. Yəni rəqabəti məcəllə formalaşdırmır. İnhisarçılığa qarşı mübarizə və rəqabət mühitinin yaradılması siyasi iradə tələb edir. Siyasi iradə olmadan belə bir köklü problemin həlli mümkün deyil. Bu qədər böyük bir problemin məcəllə ilə aradan qaldırılması əvvəldəndə bəlli idiki mümkün deyil. O məcəllə qəbul ediləndə də biz qeyd etdik ki, bu məcəlləni qəbul etməklə rəqabət mühiti formalaşdırmaq mümkün deyil. Rəqabət mühitinin formalaşması üçün məhz siyasi iradə ortada olmalıdır" - deyə Nəsirli qeyd edib.
17 ildən sonra qəbul edildi, amma bazarda dəyişiklik yoxdur - Rəqabət Məcəlləsi niyə işləmir? - ARAŞDIRMAMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda bir sıra yaxşı qanunlar var, amma icra olunmur. Məsələn, məmurların gəlirlərinin bəyan edilməsi haqqında da qanun var, amma icra olunmur. Onun sözlərinə görə, Rəqabət Məcəlləsidə belə qanunlardan biridir: "Problemdə bu məsələyə nəzarət edən qurumdadır. Yəni şəffaf deyil, buna görədə ayrı-seçkilik var. Mən sizə konkret bir misal deyəcəm. Məndə bir məhkəmə işi var. İki şirkət arasında mübahisə gedir. O biri şirkət deyir ki, sən mənimlə müqavilə bağlamısan, məndən mal almalısan. Amma müqavilədə qiymət yoxdur. Həmin şirkət məhkəməyə verib ki, məhsulu məndən bu qiymətə almalısan. Məhkəmədə işi rəy üçün ekspertizaya göndərdi. Ekspertlərdə fərqli rəylər verirlər.

Şirkətdə deyir ki, bazarda hər yerdə malın qiyməti eynidir. Sonra isə baxırıq ki, bu malı Azərbaycana yalnız bu şirkət gətirir. Yəni başqa şirkət gətirmir, inhisarçıdır. Artıq mən bir neçə aydır Antiinhisara müraciət etmişəm, 2 dəfə mənə cavab göndərirlər, hələdə məsələni araşdırırıq. Yəni nəyi araşdırırlar. Mən onlara konkret olaraq deyirəm ki, mənim əlimdə fakt var, yəni gömrük sənədləri var, bu şirkət malı bu qiymətə gətirir və Azərbaycanda da 4 dəfə baha qiymətə satır. Könüllü satmaqları bir tərəfə qalsın, məcbur edir ki, müqavilə bağlamısan və malı almalısan. Şirkətdə deyir ki, mən bu qiymətə almıram. Çünki sən inhisarçısan. Yəni Antiinhisar agentliyi öz işi ilə məşğul deyil".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1006   Tarix: 13 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.